"Əminəm ki, soydaşlarımıza qarşı müxtəlif cinayətlər törədənlərin hər birinin qanunla cəzalandırılmasının şahidi olacağıq" - DEPUTAT

"Əminəm ki, soydaşlarımıza qarşı müxtəlif cinayətlər törədənlərin hər birinin qanunla cəzalandırılmasının şahidi olacağıq" - DEPUTAT"Ermənistanın ölkəmizə qarşı apardığı soyqırım siyasətində, sülh və insanlıq əleyhinə törədilən cinayətlərdə, torpaqlarımızın işğalı, terror aktları və terrorçuların maliyyələşdirilməsində, zorla hakimiyyətin ələ keçirmək və saxlanılması kimi cinayətlərin törədilməsində iştirak edən şəxslərin məhkəməsi davam edir. Bu şəxslər Ermənistanda rəsmi vətəndaşlığı olan, 30 il ərzində torpaqlarımızın işğal altında saxlanılmasında, həmçinin, Vətən müharibəsi bitdikdən sonra da separatizmi dəstəkləyən və bütün aspektlər üzrə onu gücləndirən fəaliyyətlər göstəriblər".

Bunu Sonxeber.az-a danışan Milli Məclisin üzvü Azər Allahverənov bildirib.
Deputat qeyd edib ki, əldə olunan faktlara və hüquq mühafizə orqanlarımızın əlində olan sübutlara nəzər saldıqda bu şəxslərin sadalanan cinayətlərdə iştirak etməsinə dair hər hansı şübhələr üçün yer qalmır:
"Məhkəmə prosesi zamanı qeyd edilən cinayətlər barədə faktlar səsləndirilir və onlarə təsdiqləyən ciddi sübutlar göstərilir. Təbii ki, hətta belə bir şəraitdə təqsiri şübhə olunan bu şəxslər müxtəlif aldadıcı ifadələri ilə törətdikləri cinayətlərdən boyun qaçırmağa, məhkəmə prosesini izləyən ictiamiyyəti çadırmağa çalışırlar. Məhkəmə prosesini daha da çətinə salmaq, onu mürəkkəbləşdirmək üçün ittiham olunanlar müxtəlif manipulyasiyalara da əl atırlar.
Amma məhkəmə prosesi qanunun aliliyi təmin olunmaq şərtilə çox şəffaf, açıq və ədalətli aparılır. Məhkəmə iclaslarında təqsirləndirilən şəxslər, onların müdafiəçiləri ilə yanaşı həm də zərərçəkmişlərin bir qismi, onların varisləri və nümayəndələri də iştirak edirlər. Məhkəmədə iştirak edən prokurorlar əsaslı faktlara və sübutlara söykənən ittihamlar səsləndirirlər. Müxtəlif dövrlərdə qondarma rejimin rəhbərliyində təmsil olunan bu şəxslər törətdikləri cinayətlərdən yayınmağa çalışsalar da məqsədlərinə çata bilməyəcəklər. Çünki onlar de-yure Ermənistanın vətəndaşı olaraq qonşu ölkənin ərazisinin işğal olunmasında, onun təbii sərvətlərinin istismar edilməsində, mədəni və tarixi abidələrinin dağıdılmasında, əhalisinə qarşı müxtəlif vəhşilik və soyqırım törədilməsində iştirak etməkdə günahkar bilinirlər. Və faktlardan isə onlara yayına bilməyəcəklər".
Deputat vurğulayıb ki, maraqlı məsələlərdən biri də odur ki, məhkəmədə ifadə verənlər bütün cinayətlərin törədilməsində həm də Ermənistan silahlı qüvvələrinin iştirak etdiyini bildirirlər:
"İstər 44 günlük Vətən müharibəsində, istərsə də ona qədər ki dövrdə. Hətta bunu onunla əlaqələndirməyə çalışırlar ki, Dağlıq Qarabağda yaşayan vətəndaşların çox az idi və onlar müdafiəni təşkil edə bilməzdi. Təqsirləndirlilən şəxslər törətdikləri cinayətlərdən yayınmağa və nə qədər manipulyasiyalara əl atmağa çalışsalar da başqa dövlətin vətəndaşı olmaqla Ermənistan tərəfindən ölkəmizə qarşı aparılmiş işğalçılıq siyasətində birbaşa iştirak etdiklərini inkar edə bilməzlər. İşğal dönəmində onların dinc əhaliyə qarşı misli görünməmiş vəhşiliklər və cinayətlərin törədilməsində iştirak etməkləri ilə bağlı əsaslı şübhələr var. Amma istənilən halda məhkəmənin qətnaməsi çıxarılana qədər onlar sadaladığım cinayətlərin törədilməsində şübhəli olan şəxslər qismində çıxış edirlər.
Onların bu tipli fəaliyyətləri olması ilə bağlı fikirlər və faktlar hətta Ermənistanın araşdırmaçıları, jurnalistləri tərəfindən zaman-zaman dilə gətirilib. Təbii ki, bütün bunlar da sübut kimi istifadə olunacaq materiallardır. Eləcə də Serj Sarkisyanın, Robert Köçəryanın müsahibələrində Xocalının və digər Azərbaycanın digər şəhər, qəsəbə və kəndlərinin işğalı zamanı törətdikləri soyqırım və digər cinayətlərdə iştirak etmələrini təsdiq edən ifadələri var. Düşünürəm ki, məhkəmə prosesi çox ədalətli, obyektiv insan hüquqlarının bütün təməl prinsipləri söykənən formada davam etdirilir. Çıxarılan məhkəmə qətnamələri də bu prinsiplərə söykənən formada olacaq. Əminəm ki, soydaşlarımızın haqlarını və hüquqlarını tapdalayan, onlara qarşı müxtəlif vəhşiliklər törədən şəxslərin tez bir zamanda qanunla cəzalandırılmasının şahidi olacağıq və inanıram ki, məhkəmə qarşısına bu gün çıxarılmayan digər şübhəli şəxslər də tezliklə qanunla öz cəzalarını alacaqlar".


Sonxeber.az
Telegramda izləyin
Şou-biznes   Baxılıb: 1387   Tarix: 01 mart 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Əməkdar artist AzTV-də aparıcılıq edir

Əməkdar artist Elnur Kərimov aparıcılığa başlayıb. xəbər verir ki, aktyor AzTV-də çalışır. O, Xədicə Sənanqızı lə birlikdə "Gün başladı" proqramına aparıcılıq edir. Veriliş həftəiçi beş gün səhər saatlarından yayımlanır. Qeyd edək ki, XəSənanqəzə ötən mövsüm proqramı tək aparırdı

4 sentyabr 2021
.

Azərbaycanlı musiqiçi dənizdə boğuldu

Azərbaycanlı gənc musiqiçi Məmmədbağır Misiroğlu dünyasını dəyişib. Axşam.az xəbər verir ki, klarnet ifaçısı dənizdə batıb. Bu haqda sənət adamları məlumat yayıb. Bildirilib ki, Məmmədbağır ötən gün vəfat edib. Qeyd edək ki, Məmmədbağır bir çox müğənninin ansamblında çalışıb

2 sentyabr 2021
.

Jan-Pol Belmondo vəfat etdi

Dünya və Fransa kinosunun məşhur simalarından olan Jan-Pol Belmondo 88 yaşında vəfat edib. Bu barədə onun vəkili məlumat yayıb. Qeyd edək ki, aktyor 1933-cü ildə Fransanın Neyi-sür-Sen bölgəsində anadan olub. O, karyerası ərzində daha çox komediya və döyüş filmlərində çəkilib. Belmondo "Qızıl palm

6 sentyabr 2021
.

Türkiyəli məşhur aktrisa vəfat etdi

Türkiyəli məşhur aktrisa İncilay Şahin vəfat edib. Bu barədə "Oyunçular Birliyi"nin "Twitter" hesabında məlumat verilib. 60 yaşlı sənətçi "Çiçek taksi", "Hayat Bilgisi", "Yasak elma" kimi reytinqli seriallarda rol alıb

7 sentyabr 2021
.

Britni Spirs bu şəxslə nişanlandı - FOTO

Amerikalı məşhur ifaçı Britni Spirs 27 yaşlı fitnes məşqçisi Sem Asqari ilə nişanlandığını açıqlayıb. Pop janrın ən məşhur simalarından biri olan 39 yaşlı müğənni öz "Instagram" səhifəsində barmağında üzüklə video paylaşıb. Britni Spirs paylaşımında qeyd edib ki, baş verənlərə hələ də inan

13 sentyabr 2021
.

​"Guya Rəmişin nəyi var idi ki..." - Xanımı sirləri açdı

Rəmişsiz mənim günüm necə keçə bilər? Rəmişsiz Gülü ola bilərmi? O mənim başımın tacı idi, nəfəsim idi. xəbər verir ki, bu sözləri -a Xalq artisti Rəmişin (Rafiq Hüseynov) həyat yoldaşı Gülü (Gülşən Hüseynova) deyib. Mərhum gitara ifaçısının vəfatından sonra onu kimsə yada salıbmı?. Xanımı Mədəniyyə

8 sentyabr 2021
.

"Bədəninə dərman yüklədilər, dünyasını dəyişdi"

"Mənə başqa yerdən pislik etməyə başlayırlar. İctimai insanam, çırmalayaram qollarımı, başlayaram. Kiməsə pislik etmək istəmirəm". Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Brilliant Dadaşova İnstaqramda canlı yayımda deyib. Koronavirusa yoluxan müğənni bir neçə gün əvvə

9 sentyabr 2021
.

Flora Kərimova küçədə mahnı oxudu – VİDEO

Xalq artisti Flora Kərimova küçədə mahnı oxuyub. Belə ki, xalq artisti küçə ilə gedərkən musiqi səsi eşidib və musiqi səsi gələn tərəfə yönəlib. O, küçədə gitara çalıb mahnı oxuyan gənclərlə birgə duet oxuyub. Bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb. Həmin görüntüləri təqdim edirik:

8 sentyabr 2021
.

Firəngiz Mütəllimova Yaşar Nuridən yazdı: "Kaş sağ olardın..." - FOTO

Bu gün Xalq artisti, Azərbaycan Respublikasının Dövlət Mükafatı laureatı Yaşar Nurinin anadan olmasının 70-ci ildönümüdür. xəbər verir ki, Xalq artisti Firəngiz Mütəllimova sosial şəbəkədə sevilən aktyorla bağlı paylaşım edib. F.Mütəllimova Xalq artistinin fotosunu yayımlayaraq bunları yazıb:. "Əvəzolunma

3 sentyabr 2021