Tarixin ən hazırcavab saray təlxəyi – Krala sillə vurdu, edamdan xilas oldu
Orta əsirlərdə bütün kral saraylarında bir neçə formada təlxək var idi. Onların bəziləri musiqi ifa edir, bəziləri janqlyorluq edir, bəziləri isə aktyor səhnəcikləri qurmaqla hökmdarı və əyanlarını əyləndirirdi. Orta əsr Avropasında təlxəklər imtiyazlı sinif üçün mühüm sosial rol ifa edirdilər. Söz azadlığının olmadığına görə lordlar kralı tənqid edə bilmirdilər, kral isə lordları tənqid etməyi özünə sığışdırmırdı. Onların əvəzinə bu işi təlxəklər öz üslublarında görürdülər. Bu zaman təlxək sərhədi aşardısa, onu öldürməzdilər, başqa cür cəzalandırardılar.
Lent.az tarixin ən hazırcavab, iti ağıla malik təlxəyi, Fransa kral sarayında xidmət etmiş Tribule haqda yazını təqdim edir.
Tribule (1479-1536) Fransa kralları XII Lüdovik və I Fransikin saray təlxəyi olub. Onun haqqında, xüsusən də həyatının ilk illəri ilə bağlı dövrümüzə məlumat çatmayıb. Onun əsil adının Le Ferrial olduğu məlumdur.
Tribule zarafatcıl, müasirlərinin xatirələrinə görə, çirkin olduğu qədər də müdrik və hazırcavab biri idi. Epitafiyada o, istedadlı rəssam, akrobat, mim, rəqqas, "söz adamı", həm də orta səviyyəli musiqiçi kimi təsvir edilmişdir. Çox güman ki, o, 1515-ci ildə İtaliya yürüşü zamanı Kral I Fransiski müşayiət edib.
İllər keçdikcə Tribule lətifələrin, zarafatların və bir çox nağılların qəhrəmanına çevrildi, hətta Rabye və Viktor Hüqonun əsərlərinə personaj kimi girməyi bacardı və buna görə də saray təlxəyinin reallıq dərəcəsini müəyyən etmək o qədər də asan deyil. Tribule haqda ən maraqlı əhvalat təlxəyin görünməmiş cəsarətindən sonra yaranan qalmaqal idi: o, açıq şəkildə Fransa kral I Fransiskin ənsəsinə bir sillə vurmuşdu.
Adətən təlxəklərə hər şey bağışlanırdı, lakin bu dəfə kralın səbri tükəndi və o, Tribuleni edam etməklə hədələdi. Nəhayət, bir az sakitləşən Fransisk təlxəyə indiyə qədər etdiyindən daha təhqiramiz şəkildə üzr istəyə bilsə, onu bağışlayacağını deyir. Tribule isə buna belə cavab verdi: "Çox üzr istəyirəm, əlahəzrət, sizi tanımadım! Həmin an sizi kraliça kimi qəbul etdim!".
Bir tərəfdən, monarxın arzusu tam yerinə yetirildi, lakin bundan bir gün əvvəl kral ölüm cəzası altında bütün təbəələrinə kraliçanı təhqir etməyi qadağan edən fərman vermişdi və buna görə də Tribule həmin fərmanla edam oluna bilərdi. Tribule cəlladın yanına gətirildir və Tribuleni edam etmək istəməyən Fransisk I ona nədən öləcəyini seçməyi təklif etdi.
Tribule yenə iti ağlını işə salır və cavab verir ki, qocalıqdan ölmək istəyir. Təlxəyin hazırcavablığına heyran olan kral onu əfv edir. Ancaq belə bir fikir var ki, əfvdən sonra Tribule Fransadan qovulub. İstənilən halda, edamdan xilas olan Tribule 1536-cı ildə 57 yaşında vəfat etdi.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 1409 Tarix: 10 mart 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Belə pomidorları almayın
Pomidor alarkən yalnız rənginə və zahiri görünüşünə diqqət etmək kifayət deyil. Hətta yetişmiş və iştahaçan görünən pomidorların arasında keyfiyyətsiz və ya xarab olmağa başlayan məhsullar ola bilər. Mütəxəssislər bazarda və mağazada pomidor seçərkən bir neçə vacib əlamətə diqqət etməyi tövsiyə edirlər
11 oktyabrPulsuz "Wi-Fi" sizə baha başa gələ bilər - Səbəb
Bakıda restoran, hotel və digər ictimai məkanlarda parolsuz "Wi-Fi" şəbəkələrindən istifadə geniş yayılıb. Lakin mütəxəssislər xəbərdarlıq edirlər ki, belə şəbəkələrə ehtiyatsız qoşulmaq şəxsi və maliyyə məlumatlarının ələ keçirilməsi ilə nəticələnə bilər. xəbər verir ki, Baku TV-nin sorğusund
3 oktyabrPayızda səhərlər yuxudan oyanmağın çətin olmasının SƏBƏBİ
Mütəxəssislər səhərlər daha asan və tez ayılmağa kömək edən bir neçə üsul açıqlayıblar. xəbər verir ki, soyuq havaların başlaması ilə səhərlər oyanmaq daha da çətinləşir. Gün işığının azalması həqiqətən də orqanizmin daxili bioloji ritmlərinə təsir göstərə bilər. Neyrobioloq və yuxu üzrə mütəxəssis Elliso
4 oktyabrQayğanağı yumşaq edən sadə sirr
Daha yüngül və havalı tekstura əldə etmək üçün süd əvəzinə adi sudan istifadə etmək olar. Amma yaxşı qayğanağın sirri bununla bitmir. xəbər verir ki, ideal qayğanaq ocaqdan götürüldükdən sonra da yumşaq və havalı qalmalıdır. Yeməyin quru və sıx olmaması üçün yalnız inqrediyentlərin nisbətinə deyil, yumurt
4 oktyabrYatmazdan əvvəl dabanınıza limon sürtün: Gözlənilməz faydaları
Mütəxəssislər uzun illərdir gecələr yatmazdan əvvəl ayaq altına limon sürtməyi tövsiyə edirlər. Tərkibindəki limonene, sitrik turşu və C vitamini sayəsində təbii vasitə olan limonun bu üsulu bir çox problemdən qurtulmağa kömək edir. xəbər verir ki, sitrik turşu gecə boyunca işləyərək dabanlardakı öl
10 oktyabrEvdəki plastik qablara diqqət: Zədələnmiş qabları dərhal atın
Mütəxəssislər mətbəxlərdə qida saxlamaq üçün geniş istifadə edilən plastik qablarla bağlı vacib xəbərdarlıq ediblər. Qabyuyan maşında yüksək temperatura məruz qalan, mikrodalğalı sobada istifadə olunan və ya səthi cızılan plastik qabların qidaya kimyasal və mikroplastik sızdırdığı bildirilib. xəbər veri
10 oktyabrAğıllı insanı necə tanımaq olar? - 3 əsas xüsusiyyət
Həqiqətən ağıllı insanlar öz intellektləri ilə öyünərək diqqət çəkməyə çalışmırlar. Bunu edənlər isə əslində düşündükləri qədər çox şey bilməyə bilərlər. Əksinə, olduğundan daha ağıllı olan insan bunu davranışları ilə nümayiş etdirir. Belə insanlar təvazökar və sakit olmaqla yanaşı, həm başqalarını
15 oktyabrA frame ev tikintisi üçün torpaq sahəsi necə seçilməlidir?
A frame ev tikmək üçün torpaq axtararkən sahənin relyefi, torpağın quruluşu və tikilinin yerləşəcəyi hissə nəzərə alınmalıdır. Düz və ya az maili ərazi tikinti işlərini asanlaşdırır, çox maili və nəm torpaq isə əlavə qazıntı, drenaj və fundament işləri tələb edə bilər. Sahəyə girişin olması, su və elektri
5 oktyabrBu iki paltarı heç vaxt bir yerdə yumayın
Bir çoxumuz vaxta qənaət etmək üçün bütün paltarları eyni səbətdə toplayıb birlikdə yuyuruq. Lakin mütəxəssislər ağır qış geyimləri ilə həssas parçaların heç vaxt eyni qazanda yuyulmaması lazım olduğunu bildirirlər. xəbər verir ki, həssas geyimlər adətən tor içində, soyuq suda yuyulmalıdır. Ağır parçala
10 oktyabr