Kosmosda ilişib qalan NASA astronavtları 9 ay sonra Yerə qayıdırlar
"Boeing Starliner" kosmik gəmisindəki texniki nasazlıq səbəbindən doqquz ay Beynəlxalq Kosmik Stansiyada (BKS) ilişib qalan NASA astronavtları Yerə doğru uçublar.
Oxu.Az-ın xəbərinə görə, bu barədə NASA-nın mətbuat xidməti "X" sosial şəbəkəsində məlumat verib.
Göyərtəsində NASA astronavtları Nik Heyq, Butç Uilmor və Suni Uilyams, həmçinin rusiyalı kosmonavt Aleksandr Qorbunovdan ibarət ekipajın olduğu ABŞ-nin "SpaceX Crew-9" kosmik gəmisi BKS-dən uğurla ayrılıb.
"Crew-9" missiyasının heyəti Yerə qayıtmağa başlayıb", - deyə NASA-nın məlumatında bildirilib.
Qeyd edək ki, kosmik gəmi martın 18-də Bakı vaxtı ilə saat 9:05-də BKS-dən ayrılıb.
ABŞ-li astronavtlar Uilmor və Uilyams BKS-yə 2024-cü il iyunun 5-də gəliblər və onların Yerə qayıtması həmin il iyunun 14-ə planlaşdırılmışdı. Lakin helium sızması və "Starliner"in dörd mühərrikinin sıradan çıxması missiyanı altı aydan çox gecikdirib.
Payızda Uilyamsın xeyli çəki itirdiyinə dair məlumatlar ortaya çıxıb və bu da mütəxəssislərin narahatlığına səbəb olub. NASA rəsmi olaraq bildirib ki, ekipajın səhhəti nəzarət altındadır və təcili geridönüş tələb etmir.
Rusiyalı kosmonavt Qorbunov və astronavt Heyq 2024-cü ilin sentyabrında orbitə buraxılıblar.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 1544 Tarix: 18 mart 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Kondisionersiz evi sərin saxlamağın sadə yolları
Yay istisində otağı sərinlətmək üçün hər kəs kondisionerdən istifadə edə bilmir. Buna görə də bir çox insan daha sərfəli və sadə üsullarla evdə rahatlığı artırmağa çalışır. İtaliyalılar və ispanlar isti havaların təsirini azaltmaq üçün su ilə doldurulmuş butulkalar, pəncərəyə asılan nəm parçalar və qalı
14 iyunAlimlər Yeri Günəş qasırğalarından qorumağın yolunu tapıblar
Yeri əlverişsiz kosmik hava şəraitindən maqnitosfer - Günəşin təhlükəli hissəciklərini əks etdirən maqnit qabarcığı qoruyur. Əvvəllər bəşəriyyət yalnız qasırğaları proqnozlaşdıra və onların nəticələrinə hazırlaşa bilirdisə, indi Boston Universitetinin tədqiqatçıları "StormWall" adlı aktiv müdafi
14 iyun"WhatsApp" bəzi telefonlarda fəaliyyətini dayandıracaq
WhatsApp tətbiqindən istifadə edənlər üçün vacib dəyişiklik elan olunub. xəbər verir ki, Meta köhnə əməliyyat sistemlərinə dəstəyi mərhələli şəkildə dayandırmağa hazırlaşır. Şirkətin qərarı nəticəsində bəzi köhnə smartfon modellərində tətbiqdən istifadə mümkün olmayacaq. Yeni qaydalara əsasən, 30 noyab
13 iyunMilyonlarla insanın yol verdiyi səhv: niyə jalüzləri tam bağlamaq olmaz?
Qismən qaldırılmış jalüzlər otaqda hava dövranını yaxşılaşdırır, gecə sərinliyinin içəri daxil olmasına kömək edir və bununla yanaşı başqa üstünlüklərə də malikdir. Bir çox insan yatmazdan əvvəl yataq otağını işıqdan və kənar səslərdən qorumaq məqsədilə jalüzləri tamamilə bağlayır. xəbər verir ki, mütəxəssislə
14 iyunYaponlar niyə kökəlmir? - Kömək edən vərdişlər
Yaponların arıq qalmasının sirri möcüzəvi pəhrizdə deyil, sağlam həyat tərzini əks etdirən gündəlik vərdişlərdə gizlənir. Kiçik porsiyalarla qidalanmaq, balanslı rasiona üstünlük vermək, bol balıq və tərəvəz istehlak etmək, hər gün fiziki aktiv olmaq və şirniyyatdan ölçülü istifadə etmək onlara uzu
14 iyunMətbəx mebeli quraşdırılarkən ən vacib məqamlar hansılardır?
Mətbəx mebelində istifadə olunan materialların keyfiyyəti nə qədər yüksək olsa da, düzgün quraşdırılmadıqda gözlənilən nəticəni verməyə bilər. Dəqiq ölçü aparılmadıqda dolab qapıları eyni xətt üzrə görünmür, siyirmələr rahat açılıb bağlanmır və dəzgah hissələrində boşluqlar yarana bilir. Peşəkar yanaşm
13 iyunİdman ayaqqabılarının arxasındakı halqa BUNUN ÜÇÜN İMİŞ
İdman ayaqqabılarındakı arxa halqa detalı ayaqqabının daha rahat geyilməsini təmin edir, eyni zamanda ayağın içəridə daha yaxşı sabitlənməsinə kömək edir. Xüsusilə qaçış və yürüş zamanı komfortu artıran bu kiçik dizayn elementi ayaqqabının qurudulmasında da praktik istifadə imkanı təklif edir. xəbə
13 iyunTükənmişliyə qarşı 5 qızıl tövsiyə
Sosial şəbəkələrin yaratdığı təzyiq, gərgin iş qrafiki və gündəlik həyatın məsuliyyətləri bir çox insanın özünü tükənmiş hiss etməsinə səbəb olur. xəbər verir ki, mütəxəssislər daha sakit və balanslı həyat tərzi üçün bir neçə vacib məsləhət veriblər. Bildirilib ki, son dövrlər xüsusilə yay aylarınd
11 iyun