Fuci dağına qalxmaq artıq pulsuz deyil: Yeni qaydalar tətbiq edildi

Fuci dağına qalxmaq artıq pulsuz deyil: Yeni qaydalar tətbiq edildiYaponiyanın əsas simvollarından biri olan əfsanəvi Fuci dağına qalxmaq artıq pullu olacaq.

Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə "Kiodo" xəbər yayıb.

Bildirilir ki, bu yaydan etibarən, məşhur vulkanın yerləşdiyi Şidzuoka və Yamanaşi prefekturaları bütün dörd cığır üzrə qalxmağa ödəniş tətbiq edirlər.

Dörd marşrutdan üçünü - Fucinomiya, Qotemba və Sibasirini idarə edən Sidzuoka prefekturası qalxış üçün 4 000 yen (təxminən 46 manat) məbləğində tarif müəyyən edib. Keçən il Yamanaşi prefekturası ən populyar Yosida cığırı üçün oxşar tədbir tətbiq etmişdi. Beləliklə, Fuci zirvəsinə pulsuz qalxmaq artıq mümkün olmayacaq.

Bundan əlavə, hakimiyyət gecə qalxışları həvəskarları üçün də qaydaları sərtləşdirib. Artıq cığırlara saat 14:00-dan sonra giriş yalnız dağ hotellərindən birində əvvəlcədən yaşayış rezerv etmiş şəxslərə icazə verilir. Bu tədbir qaranlıq vaxtlarda zirvəni fəth edən alpinistlərin sayını məhdudlaşdırmağa yönəlib.

Qalxış haqqının tətbiqi turistlər arasında Fucinin artan populyarlığı və bununla bağlı problemlərlə izah olunur. Hakimiyyət cığırların həddindən artıq dolması və kütləvi turist axınının dağın zərif ekosisteminə mənfi təsiri ilə bağlı narahatdır. Toplanan vəsaitin qalxışların təhlükəsizliyini təmin edən personal xərclərini ödəmək və təbiəti qoruma tədbirlərini həyata keçirmək üçün istifadə edilməsi planlaşdırılır.

Dəniz səviyyəsindən 3776 metr yüksəklikdə yerləşən Fuci dağı təkcə Yaponiyanın ən yüksək nöqtəsi deyil, həm də UNESCO-nun Dünya İrsi obyektidir. 2024-cü ildə, yay qalxış mövsümü ərzində, Fuci zirvəsinə təxminən 204 min insan qalxıb. İlin qalan mövsümlərində dağa çıxmaq qadağandır.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1054   Tarix: 18 mart 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İdman dünyası BİR ƏSRDƏ necə dəyişdi? - FOTO

Bir insan üçün 100 il çox böyük müddətdir, tarix baxımından isə bir əsr bir anlıqdır. idman aləminin bir əsrdə necə dəyişdiyini açıq şəkildə nümayiş etdirən maraqlı arxiv fotoşəkillərini təqdim edir:

15 sentyabr 2021
.

Bill Qeyts dünyanın ən böyük hotellərindən birini satın aldı

"Microsoft" şirkətinin təsisçisi və dünyanın ən varlı adamlarından biri Bill Qeyts Səudiyyə Ərəbistanı Şahzadəsi Talal bin Abdülaziz Əl-Səudun "Four Season" hotel şəbəkəsinin səhmlərinin yarısını satın alıb. Yayılan məlumatlara əsasən, Bill Qeytsin nəzarətində olan "Cascade Investment"

10 sentyabr 2021
.

Ronaldodan CZN Buraka ortaqlıq təklifi - FOTO

Türkiyəli məşhur aşpaz Burak Özdemir (CZN Burak), Kriştiano Ronaldodan ortaqlıq təklifi alıb. Unikal.org-a istinadən xəbər verir ki, restoran şəbəkələrinə sahib olan Burak bu barədə yayılan xəbərləri təsdiqləyib. Hətta o, jurnalistlərə açıqlamasında "Ronaldonun böyük qardaşı ilə danışıqlar aparırıq

14 sentyabr 2021
.

Dördüncü "Matrix"in tizeri yayımlanıb

"Warner Bros." film konserni "The Matrix Resurrections" elmi-fantastik filminin ilk tizerini yayımlayıb. Videoya şirkətin "YouTube" kanalında baxmaq olar. Tizer cəmi 15 saniyədir - orada "Seçim sənindir" yazısı ilə izləyicilərə qırmızı və mavi həblər nümayiş olunu

9 sentyabr 2021
.

Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?

Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər? . xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəzilər

18 sentyabr 2021
.

Səmada müşahidə olunan anomal buludlar hər kəsi heyran qoydu - FOTO

İslandiyalı fotoqraf və səyyah Hördur Kristlayfsen səmada şahidi olduğu qeyri-adi fenomenin görüntüləri ilə sosial şəbəkə istifadəçilərini təəccübləndirib. -a istinadən xəbər verir ki, qeyd olunur ki, belə bir təbii fenomen çox nadir hallarda və yalnız Arktika bölgəsində qışda və gün batanda müşahid

16 sentyabr 2021
.

Bu qadın 40 ildir ki, yatmır - Səbəbi açıqlandı

Çində yaşayan Li Zhanying adlı qadın 40 ildir yatmadığını iddia edir. -a istinadən xəbər verir ki, çinli qadının 40 ildir yatmadığını qonşular və həyat yoldaşı da təsdiqləyir. 45 yaşlı çinli qadın 5 yaşından bəri yatmadığını bildirib. Bu səbəbdən bir çox həkimə müraciət etdiyini, ancaq diaqno

8 sentyabr 2021
.

Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır? –ARAŞDIRMA

"Atam son nəfəsində vəsiyyət etdi ki, o öləndən sonra Bibiheybət qəbiristanlığında dəfn edək. Yazıq kişi gözünü yumanda düşdük əl-ayağa. Ölü üçün ağlamaq qaldı bir kənara biz torpaq pulu düzəldirdik". Bu sözləri -a Rüfət Quliyev danışır. Aylar öncə atasını itirən Rüfət bəy deyir ki, üz tutduqlar

17 sentyabr 2021
.

Bio Balance Age Reversing Instant Wrinkle Filler

Məhsul haqqında. Bio Balance gəncləşdirici və anında qırışıq doldurucu krem. Faydaları:. Üz xətlərini və qırışıqlarını dərhal doldurur və hamarlayır. Cilddəki xətlərivə qırışıqlıqları dərhal minimizə edir. Cildə möhkəm və dolğun görüntü bəxş edir. Cilddəki qocalma əlamətlərini azaldır. İstifadə qaydaları:

10 sentyabr 2021