İftar süfrəsi üçün dadlı reseptlər
"İftar menyusu"nu təqdim edirik:
"Əlvan dana" şorbası
Ərzaq:
Mərci - 1 stəkan
Dana əti - 300 qram
Su - 5 stəkan
Kartof - 2 ədəd
Soğan - 2 ədəd
Kök - 2 ədəd
Dəfnə yarpağı - 1 ədəd
Nanə qurusu - 1 ç.q
Un - 1 x.q
Duru yağ - 1 stəkan
Yarım limonun suyu
Duz, qara və qırmızı istiot zövqə görə
Hazırlanması:
Kartofu, soğanı, kökü (hərəsindən bir ədəd), əti, dəfnə yarpağını, mərcini suya töküb, qaynadın. Bir müddət qaynatdıqdan sonra süzgəcdən keçirib, yenidən qaynadın.
Sonra o biri soğanı xırda doğrayıb, kökü sürtgəcdən keçirin. Yağı tavada isidib, soğan və kökü qovurun. Nanə və unu əlavə edib, qarışdırın. Hazırladığınız qarışığı qaynayan ətin üzərinə əlavə edin. 15 dəqiqə qaynatdıqdan sonra, yenidən süzgəcdən keçirib, duz, qırmızı və qara istiot əlavə edib, təkrar qaynamağa qoyun. 10 dəqiqə qaynadıqdan sonra isti halda süfrəyə verin.
Lahmacun
Ərzaq:
Xəmir üçün:
Un - istəyə görə
Duz, su və maya
İç üçün:
Qiymə - yarım kq.
Pomidor - 3 ədəd
Acı bibər - 3 ədəd
Soğan - 4 ədəd
Pomidor tomatı - 1 x/q.
Bibər tomatı - 1 x/q.
Duru yağ - 3-4 x/q.
Duz, qara və qırmızı istiot zövqə görə
Keşniş - 1 dəstə
Hazırlanması:
Xəmir yoğrulub "gəlməyə" qoyulur.
Bütün ərzaqları blenderdən keçirib, ətə əlavə edib, tomat, düz və istiotu töküb çoxlu qarışdırın. Hazır olan xəmirdən balaca kündələr düzəldin. Çox nazik olmamaq şərtilə yayıb, üzərinə duru yağ çəkin. Sonra ətli qarışıqdan əlavə edib, sobada bişirin. Süfrəyə verərkən yanına limon və cəfəri qoyun.
Çiyələk piroqu
Ərzaq:
Yumurta - 2 ədəd
Şəkər tozu - 1 stəkan
Yağ - 250 qram
Un - 2,5 stəkan
Çay sodası - 1 çay qaşığı
Sirkə - 1 xörək qaşığı
İç üçün:
Çiyələk - 500 qram
Şəkər tozu - 0,5 stəkan
Hazırlanması:
Unu və yumşaldılmış yağı yuxayayanın üstünə töküb, bıçaqla döyün. Un yağa tamamilə qarışdıqdan sonra ortasından oyuq açın. Yumurtanı, şəkər tozunu, sirkə ilə qarışdırılmış sodanı əlavə edib, yenə də bıçaqla onları qarışdırın. Xəmir halına gəldikdən sonra iki yerə ayırın. Yağlanmış listə kündələrdən birini əlinizlə yayın. Üstünə doğranmış çiyələkləri düzüb, şəkər tozu səpin. İkinci kündəni kənarda yayıb, üstünə qoyun. Qıraqlarını bərk birləşdirin ki, çiyələklərin suyu kənara çıxmasın. Süfrəyə soyuq halda verin. /Axşam.az

Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 1302 Tarix: 21 mart 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
İdman dünyası BİR ƏSRDƏ necə dəyişdi? - FOTO
Bir insan üçün 100 il çox böyük müddətdir, tarix baxımından isə bir əsr bir anlıqdır. idman aləminin bir əsrdə necə dəyişdiyini açıq şəkildə nümayiş etdirən maraqlı arxiv fotoşəkillərini təqdim edir:
15 sentyabr 2021Bill Qeyts dünyanın ən böyük hotellərindən birini satın aldı
"Microsoft" şirkətinin təsisçisi və dünyanın ən varlı adamlarından biri Bill Qeyts Səudiyyə Ərəbistanı Şahzadəsi Talal bin Abdülaziz Əl-Səudun "Four Season" hotel şəbəkəsinin səhmlərinin yarısını satın alıb. Yayılan məlumatlara əsasən, Bill Qeytsin nəzarətində olan "Cascade Investment"
10 sentyabr 2021Ronaldodan CZN Buraka ortaqlıq təklifi - FOTO
Türkiyəli məşhur aşpaz Burak Özdemir (CZN Burak), Kriştiano Ronaldodan ortaqlıq təklifi alıb. Unikal.org-a istinadən xəbər verir ki, restoran şəbəkələrinə sahib olan Burak bu barədə yayılan xəbərləri təsdiqləyib. Hətta o, jurnalistlərə açıqlamasında "Ronaldonun böyük qardaşı ilə danışıqlar aparırıq
14 sentyabr 2021Dördüncü "Matrix"in tizeri yayımlanıb
"Warner Bros." film konserni "The Matrix Resurrections" elmi-fantastik filminin ilk tizerini yayımlayıb. Videoya şirkətin "YouTube" kanalında baxmaq olar. Tizer cəmi 15 saniyədir - orada "Seçim sənindir" yazısı ilə izləyicilərə qırmızı və mavi həblər nümayiş olunu
9 sentyabr 2021Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?
Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər? . xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəzilər
18 sentyabr 2021Səmada müşahidə olunan anomal buludlar hər kəsi heyran qoydu - FOTO
İslandiyalı fotoqraf və səyyah Hördur Kristlayfsen səmada şahidi olduğu qeyri-adi fenomenin görüntüləri ilə sosial şəbəkə istifadəçilərini təəccübləndirib. -a istinadən xəbər verir ki, qeyd olunur ki, belə bir təbii fenomen çox nadir hallarda və yalnız Arktika bölgəsində qışda və gün batanda müşahid
16 sentyabr 2021Bu qadın 40 ildir ki, yatmır - Səbəbi açıqlandı
Çində yaşayan Li Zhanying adlı qadın 40 ildir yatmadığını iddia edir. -a istinadən xəbər verir ki, çinli qadının 40 ildir yatmadığını qonşular və həyat yoldaşı da təsdiqləyir. 45 yaşlı çinli qadın 5 yaşından bəri yatmadığını bildirib. Bu səbəbdən bir çox həkimə müraciət etdiyini, ancaq diaqno
8 sentyabr 2021Bio Balance Age Reversing Instant Wrinkle Filler
Məhsul haqqında. Bio Balance gəncləşdirici və anında qırışıq doldurucu krem. Faydaları:. Üz xətlərini və qırışıqlarını dərhal doldurur və hamarlayır. Cilddəki xətlərivə qırışıqlıqları dərhal minimizə edir. Cildə möhkəm və dolğun görüntü bəxş edir. Cilddəki qocalma əlamətlərini azaldır. İstifadə qaydaları:
10 sentyabr 2021