Dövlət agentliyində KORRUPSİYA ƏMƏLİYYATI - Bir neçə vəzifəli şəxs saxlanıldı (YENİLƏNİB)
Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxslərinin qanunsuz əməlləri ifşa edilib.
Bu barədə Sonxeber.az-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Dövlət texniki nəzarət şöbəsinin müdir müavini Rəşad Yolçiyev və həmin Nazirliyin 1 saylı Dövlət Aqrar İnkişaf Mərkəzinin Texniki nəzarətin təşkili sektorunun müdiri Arif Həsənovun xidməti vəzifələrinin icrası zamanı ayrı-ayrı şəxslərdən rüşvət almaları barədə daxil olmuş məlumat əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.
Əməliyyat-istintaq tədbirləri ilə Rəşad Yolçiyev və Arif Həsənovun qabaqcadan əlbir olaraq 2022-2025-ci illər ərzində ölkə ərazisinə gətirilən kənd təsərrüfatında istifadə edilən və digər təyinatlı nəqliyyat vasitələrinin dövlət qeydiyyatına alınması, dövlət qeydiyyat nişanının verilməsi, texniki baxışın keçirilməsi, müvafiq şəhadətnamələrin təqdim edilməsi və digər məqsədlərlə onlara müraciət etmiş çoxsaylı şəxslərdən müxtəlif məbləğlərdə pul vəsaitini rüşvət qismində almalarına əsaslı şübhələr müəyyən edilib.
Əməliyyat-axtarış tədbirləri ilə vəzifəli şəxslərin xidməti otaqlarında aparılmış axtarışlar zamanı iş üçün əhəmiyyət kəsb edən sübutlar aşkar edilərək götürülüb.
İş üzrə toplanmış ilkin sübutlar əsasında Rəşad Yolçiyev və Arif Həsənova Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2 və 311.3.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrarən külli miqdarda rüşvət alma) maddələri ilə ittiham elan edilmiş, barələrində istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında Binəqədi Rayon Məhkəməsinin qərarı ilə ev dustaqlığı (əsas) və vəzifədən kənarlaşdırma (əlavə) qətimkan tədbirləri seçilib.
Hazırda cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.
10:45
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyində əməliyyat keçirilib.
Sonxeber.az "Report"a istinadən xəbər verir ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən keçirilən əməliyyat zamanı bir neçə vəzifəli şəxsin saxlanıldığı bildirilir.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 786 Tarix: 03 aprel 2025
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda Paylaş
Süni intellektin sürətli inkişafı insanları cəmiyyətdən uzaqlaşdırır
Süni intellektin sürətli inkişafı insanları cəmiyyətdən uzaqlaşdırır. Mütəxəssislər bunun sosial tənhalığı artırdığını bildirirlər. Baku TV mövzu ilə əlaqədar paytaxt sakinləri arasında sorğu keçirib. Sakinlər süni intellektdən istifadənin faydalı olduğunu hesab etsələr də, onların arasında real ünsiyyət
5 aprel"SAB"ın kolbasasından görün nə çıxdı
SAB firmasının kolbasasından dəmir parçası çıxıb. xəbər verir ki, bu barədə sosial şəbəkədə şikayət paylaşılıb. Şikayətçi bildirib ki, Almayın, övladlarınıza verməyin. Görün bizim kolbasalar hansı şəraitdə, necə iyrənc vəziyyətdə ərsəyə gəlir. "Bu gün səhər yeməyə kolbasa kəsirdim, gördüm dəmir
5 aprelQobustanda 3 yaşlı uşaq kimyəvi məhluldan zəhərləndi
Qobustanda azyaşlı zəhərlənib. -ın məlumatına görə, hadisə Təklə kəndində baş verib. 3 yaşlı Uğur Xəlilov yaşadığı evdə kimyəvi məhluldan zəhərlənib. O, xəstəxanaya yerləşdirilib, vəziyyəti qənaətbəxşdir
5 aprelZakir Həsənov müşavirə keçirdi, tapşırıqlar verdi
Aprelin 5-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib. xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Videobağlantı formatında keçirilən iclasda nazir müavinləri, qoşun (qüvvə) növləri komandanları, baş idarə, idar
5 aprelAvtomobil yollarını daraltmaq nəyə xidmət edir?
Baku TV-nin "Necə olmalıdır?" podkastının yeni buraxılışı yayımlanıb. Podkastın budəfəki buraxılışında Bakıda mikromobillik zolaqlarının effektivliyi mövzusu müzakirə edilib. Avtomobil yollarını daraltmaq nəyə xidmət edir? Velosiped və skuterlərdən kimlər istifadə edir? Hansı tip nəqliyya
5 aprelİki aviaşirkət Moqadişuya uçuşları dayandırır
"Turkish Airlines" və "EgyptAir" aviaşirkətləri təhlükəsizlik səbəbilə Somalinin paytaxtı Moqadişunun beynəlxalq aeroportuna uçuşları müvəqqəti dayandırdıqlarını elan ediblər. xəbər verir ki, bu barədə "Baidoa Online" portalı Somali federal hökumətinin xüsusi xidmət orqanlarındak
6 aprelİyunda neçə gün iş olmayacaq? - TƏQVİM
İyun ayında qeyri-iş günlərinin sayı məlum olub. İş vaxtı norması və istehsalat təqviminə əsasən, iyunun 6 və 7-si Qurban bayramı, 15-i Milli Qurtuluş Günü, 26-sı isə Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günüdür. İyunun 7-si şənbə gününə təsadüf etdiyi üçün Əmək Məcəlləsi və Nazirlər Kabinetini
5 aprel"Tarqovu"da məşhur ticarət mərkəzinin işçisinin meyiti TAPILDI
Paytaxtın "Tarqovu" adlanan hissəsində ölüm hadisəsi qeydə alınıb. Xaqani küçəsindəki restoranlardan birinin qarşısında kişi meyiti tapılıb. Onun bu səhər ürəktutmadan vəfat etdiyi deyilir. Orta yaşlı kişi "Xaqani" ticarət mərkəzinin texniki olub. Ölən şəxsin kimliyi dəqiqləşdirilir
5 aprel