İnsanlar Ayda ölümcül patogenləri yaya bilərlər - Alimlərdən XƏBƏRDARLIQ
ABŞ və Kanadadan olan beynəlxalq alimlər qrupu narahatedici bir faktı açıqlayıblar: Ayın qütblərindəki daimi kölgəli ərazilər Yer mikroblarını onilliklərlə qoruma qadirdirlər. Bu patogenlər gələcək Ay missiyalarının iştirakçıları üçün təhlükəli ola bilər.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə ABŞ-nin Universitet Kosmik Tədqiqatlar Assosiasiyası (USRA) tərəfindən təşkil edilən Ay və Planetlər Elmi Konfransında məruzə edilib.
York və Merilend Universitetlərindən olan mütəxəssislər "Artemis" missiyasının eniş üçün əsas hədəfləri olan Şeklton və Faustini kraterlərindəki şəraiti modelləşdiriblər. Məlum olub ki, əbədi qaranlıq və -250°C-yə qədər soyuq, həmçinin ultrabənövşəyi şüalanmanın olmaması mikroorqanizmlərin qorunması üçün ideal şərait yaradır.
Bakteriya sporları 50 ilə qədər həyat qabiliyyətini saxlaya, üzvi molekullar isə bu cür təbii "soyuducularda" milyonlarla il qala bilər.
Komandanın fikrincə, insanlar demək olar ki, qaçılmaz olaraq daimi kölgəli ərazilərə mikroblar aparacaqlar, çünki skafandrlar hər kvadrat santimetrdə 1 milyona qədər bakteriya saxlayır, kəşfiyyatçı robotlar hətta dezinfeksiyadan sonra steril ola bilməz. Beləliklə, buzun üzvi maddələr üçün analizi yanlış nəticələr verəcək.
"Daimi kölgəli zonalar Ay arxivləridir. Əgər biz onları çirkləndirsək, Günəş sistemini anlamaq üçün "açarları" itirəcəyik", - deyə müəlliflər xəbərdarlıq ediblər.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 925 Tarix: 03 aprel 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Alimlər toxumaların bərpasını sürətləndir
Cəmi bir neçə dəqiqəlik yüksək intensivlikli məşq orqanizmdə uzunmüddətli, orta intensivlikli məşqlə müqayisədə daha güclü bərpa reaksiyasına səbəb ola bilər. Bu qənaətə Rokfeller Universitetinin və Melburn şəhərindəki tədqiqat mərkəzlərinin alimləri gəliblər. xəbər verir ki, araşdırmanın nəticələr
31 avqustGəlindən qayınatasının ayağını öpməsini istədi - ŞOK GÖRÜNTÜLƏR
Sosial şəbəkələrdə yayılan toy görüntüləri geniş müzakirələrə səbəb olub. xəbər verir ki, videoda evindən gəlin köçən qıza yaşlı qadının söylədikləri diqqət çəkib. Belə ki, qadın gəlinə qayınatasının ayağından öpməli olduğunu xatırladıb. Bu sözləri eşidən gəlin isə təəccübünü gizlədə bilməyib və baxışlar
30 avqustDodaq kənarlarında yaranan çatların səbəbləri açıqlandı
Dodaqların kənarlarında yaranan çatlar (anqulyar xeylit) orqanizmdəki bəzi problemlərdən xəbər verə bilər. Bu halın ən geniş yayılmış səbəblərindən biri dərinin və selikli qişaların bərpa olunma qabiliyyətini zəiflədən müəyyən vitamin və mineralların çatışmazlığıdır. xəbər verir ki, bu barədə -ya həkim-terapev
28 avqustSoyuducunu harada yerləşdirmək daha yaxşıdır?
Mətbəxdə bir neçə santimetr yerə qənaət etmək üçün soyuducunu divara sıx yerləşdirmək düzgün deyil. Çünki cihazın ətrafında saxlanılan boşluq havanın dövranı və işləmə zamanı yaranan istiliyin xaric edilməsi baxımından mühüm rol oynayır. Mütəxəssislər soyuducu həddindən artıq dar yerdə quraşdırılarsa
29 avqustMəşhur aktyor bacısının toyuna niyə getmədi?
Türkiyəli məşhur aktyor Burak Özçivit bacısı Burçun Özçivitin toyunda iştirak etməməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib. xəbər verir ki, aktyor yazılan mənfi şərhlər səbəbindən sosial şəbəkə hesabında sərt paylaşım edib. O bildirib ki, bütün ailə xoşbəxt olduğu halda yeni evlənən cütlüyü
31 avqustYuxuya getməyi asanlaşdıran içkilər: Həkimdən TÖVSİYƏ
Bitki çayları rahatlamağa və yuxunun keyfiyyətini yaxşılaşdırmağa kömək edə bilər. Yuxuya getməyi asanlaşdıran bitkilər arasında pişikotu, badrənc və lavanda göstərilir. xəbər verir ki, bu barədə qastroenteroloq Yevgeni Belousov -ya açıqlamasında bildirib. Həkimin sözlərinə görə, bəzi bitki çayları v
31 avqustAlkoqolun yuxuya təsiri ilə bağlı həqiqət: Həkimdən mühüm xəbərdarlıq
"Alkoqolun yuxuya getməyə kömək etməsi ilə bağlı deyilənlər əsassız deyil. Doğrudan da, spirtli içki təşvişi azaltdığı və əzələləri rahatlaşdırdığı üçün yuxuya getməyi asanlaşdıra bilər. Lakin bu zaman yuxunun ümumi strukturu pozulur". xəbər verir ki, bunu -ya rusiyalı həkim-psixiatr və narkolo
28 avqust