"Game of Thrones"un müəllifi 12 min il əvvəl ölən və yenidən dirildilən qədim canavarlarla birlikdə
"Taxt-tac oyunları"nın ("Game of Thrones") müəllifi, yazıçı Corc R.R.Martin 12 min il əvvəl yaşamış qədim canavarın ("direwolf"un) "yenidən dirildilmiş" növü ilə tanış olub.
Oxu.Az-ın "İzvestiya"ya istinadən məlumatına görə, bu barədə o, özünün sosial şəbəkə hesabında xəbər verib.
Yazıçının sözlərinə görə, onları ilk dəfə fevralda görüb, lakin bunu gizli saxlayıb.
"Mən və Romul. Ya bəlkə də Rem. Onlar əkizdirlər və bir-birindən ayırmaq çətindir", - deyə yazıçı şəkli şərh edib.
Xatırladaq ki, ABŞ-nin "Colossal Biosciences" biotexnologiya şirkəti "Taxt-tac oyunları" fantastik serialı ilə məşhurlaşan, lakin 12 000 ildən çoxdur ki, Yer üzündə rast gəlinməyən nəhəng qədim canavarın genlərini özündə daşıyan üç fərd "yaradıb".
Şirkət bunu nəsli kəsilmiş heyvanların dirildilməsi üzrə inqilabi missiyasında yeni bir irəliləyiş adlandırıb. Qeyd olunur ki, doğulan balalara əfsanəvi dişi canavarın böyütdüyü Roma qurucularının şərəfinə Romul və Rem, dişiyə isə "Taxt-tac oyunları" serialının personajının şərəfinə Xalisi adı verilib.
Küçüklərin çəkisi hazırda bu yırtıcılara ən yaxın qohumluğu olan boz canavarların eyni yaşdakı nümayəndələrinin çəkisindən 20-25% çoxdur. Onlar böyüdükdə təxminən 63.5 kq çəkiyə malik olacaqlar. Qədim canavar balaları ABŞ-də gizli bir yerdə hasarlanmış ərazidə yaşayırlar. Onlar mal əti, maral əti və at əti qarışığı, həmçinin xüsusi yemlə qidalanırlar.
Məqalədə izah edilib ki, qədim canavarları "diriltmək" asan olmayıb. "Colossal" şirkəti nəsli kəsilmiş heyvanların DNT-sini ehtiva edən nümunələr tapmaq üçün ABŞ-də müxtəlif muzeylərlə əlaqə saxlayıb, nəticədə Aydahoda 72 min yaşlı kəllə və Ohayoda 13 min yaşlı diş tapılıb. Bildirilib ki, qorxunc canavarlar soyuq iqlim şəraitində yaşamayıblar, buna görə də DNT o qədər də yaxşı qorunmayıb və gen toplusunu əldə etmək çətin olub.
Alimlər komandası boz canavarın hüceyrələrini götürüb və qədim canavarın xüsusiyyətlərinə - böyük ölçüsünə, ağır əzələlərinə və ağ tükünə diqqət yetirərək 20 genom redaktəsi həyata keçirib, daha sonra bu hüceyrələri ev itlərinin yumurta hüceyrələrinə yerləşdiriblər, surroqat ana kimi isə iri tazı qarışıqlarından istifadə ediblər.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 956 Tarix: 10 aprel 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Uşaqları kitab oxumağa necə cəlb etmək olar? - Psixoloqdan mühüm tövsiyələr
"Kitablara maraq yalnız oxumaq bacarığının mənimsənilməsi ilə yaranmır. Əsas məsələ uşağın kitabları yeni məlumatlar əldə etmək və düşünmək üçün vasitə kimi qəbul etməsidir". xəbər verir ki, bunu Rusiya mətbuatına açıqlamasında psixoloq Darya Misiyukova bildirib. Mütəxəssisin sözlərinə görə
11 oktyabrBu iki paltarı heç vaxt bir yerdə yumayın
Bir çoxumuz vaxta qənaət etmək üçün bütün paltarları eyni səbətdə toplayıb birlikdə yuyuruq. Lakin mütəxəssislər ağır qış geyimləri ilə həssas parçaların heç vaxt eyni qazanda yuyulmaması lazım olduğunu bildirirlər. xəbər verir ki, həssas geyimlər adətən tor içində, soyuq suda yuyulmalıdır. Ağır parçala
10 oktyabrOrta ömür uzunluğu pandemiyadan əvvəlki səviyyəyə yaxınlaşdı
Dünyada orta ömür uzunluğu COVID-19 pandemiyasının yaratdığı geriləmədən sonra yenidən artmağa başlayıb. xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb. Məlumata görə, 2023-cü ildə qlobal orta ömür uzunluğu 73,3 yaşa çatıb və bu göstərici pandemiyadan əvvəlki 73,4 illik səviyyəy
4 oktyabrA frame ev tikintisi üçün torpaq sahəsi necə seçilməlidir?
A frame ev tikmək üçün torpaq axtararkən sahənin relyefi, torpağın quruluşu və tikilinin yerləşəcəyi hissə nəzərə alınmalıdır. Düz və ya az maili ərazi tikinti işlərini asanlaşdırır, çox maili və nəm torpaq isə əlavə qazıntı, drenaj və fundament işləri tələb edə bilər. Sahəyə girişin olması, su və elektri
5 oktyabrPulsuz "Wi-Fi" sizə baha başa gələ bilər - Səbəb
Bakıda restoran, hotel və digər ictimai məkanlarda parolsuz "Wi-Fi" şəbəkələrindən istifadə geniş yayılıb. Lakin mütəxəssislər xəbərdarlıq edirlər ki, belə şəbəkələrə ehtiyatsız qoşulmaq şəxsi və maliyyə məlumatlarının ələ keçirilməsi ilə nəticələnə bilər. xəbər verir ki, Baku TV-nin sorğusund
3 oktyabrSüni intellekt xəstələrə dərman təyin etməyə başladı
ABŞ-nin Yuta ştatında xəstələrə həkim müayinəsi olmadan süni intellekt vasitəsilə dərman təyin edilməsinə imkan verən pilot proqramın icrasına başlanılıb. "Qafqazinfo"nun xəbərinə görə, "Nolla Health" şirkətinin hazırladığı "Nolla Derm" tətbiqi 18 yaşdan yuxarı sakinlər
8 oktyabrTozsorana bir ovuc əlavə edin - çəkmə gücünü 2 QAT ARTIRIR
Tozsoranın çəkmə gücünün zəifləməsi ev təmizliyində ən sıx qarşılaşılan problemlərdəndir. Əksər insanlar bu vəziyyəti cihazın köhnəlməsi ilə əlaqələndirsə də, mətbəxdən tapılan sadə bir material problemi dərhal aradan qaldırır. xəbər verir ki, tozsoranın xortumundan içəri çəkilən 1 ovuc iri dənəli qay
11 oktyabrSoyuducunu bu vasitə ilə təmizləməyin - xarab edə bilər
Soyuducunun uzun müddət problemsiz işləməsi üçün onun müntəzəm və düzgün təmizlənməsi vacibdir. Lakin istifadə edilən təmizləyici vasitənin düzgün seçilməməsi cihazın səthinə zərər verə, hətta bəzi hallarda təhlükəli vəziyyət yarada bilər. Mütəxəssislər xüsusilə ağardıcı və xlor tərkibli güclü vasitələrdə
4 oktyabrHündürdaban ayaqqabıları əvvəl kişilər geyinib - Maraqlı tarixçə
Bu gün qadın dəbinin simvollarından sayılan hündürdaban ayaqqabılar vaxtilə kişi qarderobunun bir hissəsi olub. Onlar əvvəlcə at sürməyi asanlaşdırıb, daha sonra isə var-dövlət və nüfuz göstəricisinə çevrilib. xəbər verir ki, ilk dabanlı ayaqqabıların Qərbi Asiyada yarandığı ehtimal olunur. Dabanın prakti
11 oktyabr