"Azərbaycan yerləşdiyi coğrafiya və geostrateji əhəmiyyəti baxımından hər zaman qlobal güclərin diqqət mərkəzində olub" - DEPUTAT

"Azərbaycan yerləşdiyi coğrafiya və geostrateji əhəmiyyəti baxımından hər zaman qlobal güclərin diqqət mərkəzində olub" - DEPUTAT"Müasir beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi tanınan Azərbaycan Cənubi Qafqaz regionunun lider dövləti olmaqla yanaşı, bölgənin iqtisadi, siyasi və humanitar mərkəzi kimi çıxış edir. Şübhəsiz ki, bunu təmin edən başlıca strateji faktor həyata keçirilən uğurlu daxili və xarici siyasət kursudur. Prezident İlham Əliyevin uğurlu siyasətinin nəticəsidir ki, artıq Azərbaycan beynəlxalq tədbirlərin keçirildiyi mühüm məkana çevrilib. Bu tədbirlərdən biri də ADA Universitetində təşkil olunan və müxtəlif beyin mərkəzlərinin iştirak etdiyi "Yeni dünya nizamına doğru" adlı beynəlxalq forumdur. ADA Universitetində keçirilən bu forum artıq müsbət bir ənənəyə çevrilmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin aprelin 9-da ADA Universitetində keçirilmiş "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forumdakı çıxışı və iştirakçıların suallarına cavabları mövcud mürəkkəb beynəlxalq münasibətlər və siyasi çaxnaşmalar fonunda Azərbaycan reallıqlarının obyektiv dəyərləndirilməsi üçün mükəmməl vasitədir. Dövlətimizin başçısı qlobal gündəlikdə duran mühüm məsələlər ətrafında çoxsaylı tanınmış beynəlxalq ekspertlərlə fikirlərini bölüşmüşmüş, dünyada baş verən mühüm proseslərə dair mövqeyini açıqlamış, bu dəyişikliklər fonunda ölkəmizin geosiyasi portretinin çizgilərini çəkmişdir. Prezident İlham Əliyevin forumdakı çıxışı qlobal güclər arasında yeni dünya nizamı uğrunda gedən mübarizəyə Azərbaycanın strateji baxışını ortaya qoyur.
İlham Əliyevin tezisləri və mövqeləri təkcə Cənubi Qafqaz üçün deyil, Avropa və Yaxın Şərqin təhlükəsizlik arxitekturası üçün proqnozları və mümkün nəticələrə yanaşmanı sərgiləyir".

Bu fikirləri Sonxeber.az-a açıqlamasında Milli Məclisin üzvü Tamam Cəfərova deyib.

Millət vəkili bildirib ki, cənab prezident çıxışında ABŞ-la münaibətlərə xüsusi diqqət çəkib. Ağ evdə hakimiyyətin dəyişməyindən sonra gözləntiləri barədə söz açarkən cənab İlham Əliyev öz təcrübəsinə əsaslanaraq bildirdi ki, respublikaçıların administrasiyası ilə işləmək demokratların administrasiyası ilə işləməkdən daha rahat olub. Həqiqətən də rəsmi Bakının Bayden-Blinken komandasına etimad səviyyəsi ABŞ-Azərbaycan münasibətləri tarixində ən dərin böhrana uğramışdı. Bu, əsasən ABŞ administrasiyasının rəhbərliyi dövründə Ermənistanı Azərbaycana qarşı siyasi və hətta hərbi müstəvidə dəstəkləməsi və əksinə, hər fürsətdə ölkəmizə qarşı bütün mümkün vasitələrdən istifadə etməsi ilə əlaqəli idi. Onların belə açıq-aydın birtərəfli münasibəti Ermənistan-Azərbaycan münaqişəsi başlayandan bəri ilk dəfə idi ki, rəsmi şəkildə baş verirdi. Lakin görünən odur ki, Qafqazda ayırıcı xətlər çəkmək, Azərbaycanı təcrid etmək, bizə qarşı ayrı-seçkilik etmək, Azərbaycan haqqında şayiələr yaymaq cəhdləri uğursuzluqla nəticələndi və Bayden-Blinken komandası hakimiyyətdən gedən kimi, Azərbaycana qarşı bütün bu insinuasiyalar dərhal dayandırıldı. Onların "Washington Post", "New York Times", "Politico" və s. kimi bizə qarşı çox aqressiv olan, Prezident Trampın da "feyk xəbərlər" adlandırdığı mediası Azərbaycan haqqında çirkin məqalələr dərc etməkdən dərhal çəkindi. Dərin beynəlxalq korrupsiya əməllərinin ifşa olunduğu USAID də Donald Trampın səyləri nəticəsində Amerika qanunları qarşısında cavabdehdir. Yeri gəlmişkən, Azərbaycanın Baş Prokurorluğu da USAID-in hökumətimizə xələl gətirmək, daxili işlərimizə müdaxilə etmək və qarışmaq səyləri ilə müşayiət olunan anti-Azərbaycan fəaliyyətini araşdırır. Prezident İlham Əliyev bu kontekstdə ABŞ-Azərbaycan münasibətlərində müsbət meyillərin formalaşmasını vacib məqamı kimi qeyd etmişdir: "Çünki, birincisi, ABŞ siyasətində anti-Azərbaycan trendi dayandırıldı və bu, artıq müsbət məqamdır. İkincisi, artıq Tramp administrasiyasının üzvləri ilə Azərbaycan nümayəndə heyəti arasında müxtəlif səviyyələrdə yüksəksəviyyəli təmaslar baş tutub, gündəlik çox səmərəli və qarşılıqlı şəkildə məqbul olub. Üçüncüsü, Tramp administrasiyasının gündəliyini nəzərə alsaq, biz münasibətlərimizdə bu dövrün tərəfdaşlığımızı gücləndirmək üçün çox yaxşı imkan olacağını gözləyə bilərik, həmçinin bizim birinci prezidentlik dövründə Tramp administrasiyası ilə işləməklə bağlı çox müsbət təcrübəmiz var… Başa düşürük ki, indi Prezident Tramp və komandası qlobal gündəlikdə duran daha aktual və mühüm məsələlərlə məşğuldur. Ona görə də biz yeni administrasiya ilə çox güclü, proqnozlaşdırılabilən, uzunmüddətli strateji əlaqələrə başlayacağımız və ya ola bilsin ki, yenidən başlayacağımız vaxtı gözləyirik".

Prezident İLham Əliyevin iştirakı ilə üç saata qədər davam edən tədbirdə yeni dünya nizamını xarakterizə edən və onun formalaşmasını şərtləndirən digər qlobal əhəmiyyətli problemlərə də geniş diqqət ayrılmışdır. Buraya bölgənin enerji resurslarının qarşılıqlı fayda əsasında səmərəli istifadəsini təmin edən transmilli layihələrin reallaşmasından tutmuş, ümumi təhlükəsizlik arxitekturasının etibarlı mexanizmlərinin yaradılmasına qədər müxtəlif səpkili məəsələlər daxildir.

Tamam Cəfərova vurğulayıb ki, Azərbaycan Bayden administrasiyasının qərəzli siyasətindən sonra Trampın yenidən prezident seçilməsi ilə ABŞ-la münasibətlərin düzələcəyinə və daha balanslı yanaşmanın olacağına ümid edir.
"Son illərdə Azərbaycan və Birləşmiş Ştatlar arasında münasibətlərdə ciddi problemlər yaranıb. Bu problemlərin əsas mənbəyi Bayden administrasiyası olub. ABŞ hakimiyyətinin regionda yürütməkdə olduğu Ermənistan mərkəzli siyasət, eyni zamanda Azərbaycana qarşı qərəzli və ədalətsiz mövqe, əlaqələrin gərginləşməsində mühüm rol oynayıb. Bayden administrasiyası post-münaqişə dövründə baş verən proseslərə birtərəfli yanaşıb, Azərbaycanın haqlı mövqeyinə beynəlxalq müstəvidə laqeyd və ya açıq-aşkar mənfi münasibət sərgiləyib. Bununla yanaşı, ölkəmizə qarşı müxtəlif media platformalarında və beynəlxalq qurumlarda ardıcıl şəkildə qarayaxma kampaniyaları aparılıb və təəssüf ki, bu kampaniyalarda ABŞ administrasiyası da birbaşa və ya dolayı yolla iştirak edib. Bütün bu hallar, təbii ki, Azərbaycan-ABŞ münasibətlərində ciddi böhran yaradıb.

Lakin artıq Birləşmiş Ştatlarda siyasi dəyişiklik baş verib və Ağ Evdə yeni administrasiya – Donald Trampın rəhbərlik etdiyi komanda iş başına gəlib. Azərbaycan tərəfindən Tramp administrasiyasına böyük ümidlər bəslənilir. Gözlənilir ki, bu yeni mərhələdə ABŞ daha ədalətli mövqe nümayiş etdirəcək, regionda balanslı siyasət həyata keçirəcək və Azərbaycanla münasibətləri obyektiv əsaslarla inkişaf etdirəcək. Azərbaycan bu gözləntilərini Trampın ilk prezidentliyi dövründəki təcrübəyə əsaslanaraq formalaşdırır. Həmin dövrdə iki ölkə arasında ciddi bir problem yaşanmayıb, əksinə münasibətlər müxtəlif sahələrdə inkişaf edib.

Şübhəsiz ki, Azərbaycan yerləşdiyi coğrafiya və geostrateji əhəmiyyəti baxımından hər zaman qlobal güclərin diqqət mərkəzində olub. İkinci Qarabağ müharibəsində və 2023-cü ilin sentyabr ayında baş tutan antiterror əməliyyatları nəticəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpası Cənubi Qafqaz regionunda cərəyan edən geopolitik proseslərə qlobal güc mərkəzlərinin təsir imkanlarını zəiflətdi. Azərbaycanın yaratdığı yeni geosiyasi şərtlər regional güc balansını dəyişməklə yanaşı, qlobal güclərin Cənubi Qafqazda formalaşmış qeyri-obyektiv siyasətinə düzəlişlər etmək zərurətini yaradır. Cənubi Qafqazda yeni geosiyasi düzəni yaradan səbəblərdən biri dünyanın qlobal nizamında baş verən mövqe savaşlarının müxtəlif qütblərdə yaratdığı dalğalnmaların təsiridirsə, digər tərəfdən Azərbaycanın bu təsirləri neytrallaşdıran resurslarla milli maraqları önə çəkən siyasi iradəyə sahib olmasıdır. Əlbəttə, bu siyasi iradənin başında cənab Prezident İlham Əliyevin şəxsiyyəti, liderliyi və siyasi səriştəsi dayanır".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1129   Tarix: 14 aprel 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Ləman Ələşrəfqızı bu kanalda aparıcı olacaq

Tanınmış jurnalist Ləman Ələşrəfqızı bundan sonra həm də "Space TV"də çalışacaq. xəbər verir ki, o sözügedən televiziya kanalında "Qırmızı xətt" verilişinin aparıcısı olacaq. Bu barədə kanalın rəsmi sosial şəbəkə hesabında bildirilib. Yeni layihəsi barədə fikirlərini bölüşən Ləma

10 sentyabr
.

Şəxsi brend formalaşdırarkən çox paylaşım etmək daha vacibdir, yoxsa konkret sahə üzrə tanınmaq? - AÇIQLAMA

Sosial mediada şəxsi brend yaratmaq istəyənlər üçün əsas məqsəd yalnız çoxlu paylaşım etmək və izləyici toplamaq deyil. İstifadəçinin hansı mövzu ilə yadda qalması, auditoriyanın ona niyə güvənməsi və təqdim etdiyi məzmunun digərlərindən nə ilə fərqlənməsi də mühüm rol oynayır. Bəs şəxsi brend formalaşdırarkə

11 sentyabr
.

Nikah yaşına çatmayan qızla 31 yaşlı şəxsin toyunun qarşısı alındı

İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilməsi planlaşdırılan toy mərasiminin qarşısı alınıb. APA-nın məlumatına görə, İmişli rayonunda 31 yaşlı şəxslə nikah yaşına çatmayan qızın keçirilməsi planlaşdırılan toy mərasimi barədə polisə daxil olan məlumat dərhal araşdırılıb və tədbirlə

10 sentyabr
.

Süni intellektlə bağlı ayrıca qanunun qəbul olunması TƏKLİF OLUNUR

"Süni intellektlə bağlı ayrıca qanunun qəbul olunmasına ehtiyac var". xəbər verir ki, bunu deputat Ceyhun Məmmədov Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında bildirib. "Bu çox geniş müzakirə olunur. Təbii ki, süni intellektin üstünlüyünü təbliğ edənlər çoxdur

11 sentyabr
.

Şuşanın daşlarında şəhid ruhu yaşayır, ehtiyatlı olaq!!!

Şuşa haqqında danışanda onun yalnız gözəlliyindən, tarixi abidələrindən, mədəniyyətimizdəki misilsiz yerindən söz açmaq kifayət etmir. Şuşa həm də bizə böyük bir məsuliyyət xatırladır. Çünki bu şəhər Azərbaycan xalqının əsrlər boyu yaratdığı mənəvi sərvətin, milli yaddaşın və dövlətçilik iradəsinin simvollarında

10 sentyabr
.

Üçillik ali təhsil: Azərbaycan universitetlərində köklü dəyişiklik, yoxsa keyfiyyət üçün təhlükəli eksperiment?

Ali təhsilin müddətinin üç ilə endirilməsi ilə bağlı müzakirələr cəmiyyət üçün yalnız texniki və inzibati məsələ deyil. Bu, Azərbaycanın gələcək kadr potensialına, əmək bazarına, universitetlərin fəaliyyətinə və bütövlükdə təhsilin keyfiyyətinə birbaşa təsir göstərə biləcək ciddi islahat məsələsidir

11 sentyabr
.

Ritualla həyatımızı dəyişdirə bilərik? - AÇIQLAMA

Son illər həyatında dəyişiklik etmək istəyən insanların bir qismi psixoloqla yanaşı, müxtəlif "enerji kouçları"na və ritual praktikalarına da müraciət edir. "Enerjimi təmizlədim, həyatım dəyişdi", "ritual etdim və arzuma çatdım" kimi fikirlər sosial şəbəkələrdə də kifayə

10 sentyabr
.

Pensiyalar bu tarixdə ÖDƏNİLƏCƏK

Sentyabrın 11-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə bu ayın pensiyalarının ödənilməsi nəzərdə tutulub. Bu barədə -a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib. Bildirilib ki, güzəştli şərtlərlə pensiya hüququna mali

10 sentyabr
.

Azərbaycan-Türkiyə enerji tərəfdaşlığının yeni mərhələsi: Bakıdan verilən strateji mesaj

Azərbaycan və Türkiyə münasibətləri son illərdə yalnız siyasi və hərbi-strateji müttəfiqlik səviyyəsində deyil, həm də enerji, nəqliyyat və iqtisadi əməkdaşlığın bütün istiqamətlərində yeni mərhələyə daxil olub. Bu baxımdan Bakıda keçirilən Azərbaycan-Türkiyə 5-ci Enerji Forumu iki qardaş ölkənin enerj

11 sentyabr