40 yaşı niyə QEYD etmək olmaz? – Cavabı TAPILDI
El arasında bəzi inanclar var ki, səbəbi konkret olaraq bilinmir, müxtəlif fikirlərə əsaslanır.
Sonxeber.az xəbər verir ki, bunlardan biri də "40 yaşı keçirmək olmaz" fikridir. Bu məsələ Azərbaycanda, eləcə də bəzi digər türk və müsəlman xalqları arasında yayılan inanclardan qaynaqlanır.
Belə ki, xüsusilə, yaşlı nəsildə 40 yaşı qeyd etməyin "uğursuzluq" gətirəcəyini söyləyənlər var. Bu fikir isə ölən şəxsin 40 mərasiminin keçirilməsi, bəzi inanclara görə 40 rəqəminin "mistik" və ya "ölümlə bağlı" bir rəqəm olmasıyla əlaqələndirilir. Hətta 40 yaşını qeyd etdiyi gün mübahisə yarandığını deyənlər də var. Bundan əlavə 40 gün körpənin qırxı çıxması, 40 şam yandırmaq kimi ənənələr var ki, 40 rəqəmini məhv bununla əlaqələndirirlər.
Əlbəttə, bu inancı batil inanc adlandıranlar da kifayət qədərdir. Elə onlardan biri də ilahiyyatçı Elşad Miridir. O, Bizim.Media-ya açıqlamasında söhbətigedən inancı dinlə əlaqələndirməyi doğru hesab etmir:
"Bu dinə aid olmayan mövhumatlardan biridir. 40 yaşını qeyd edənlər yaşamırlarmı? 40 yaşını qeyd etməyənlər çoxmu yaşayırlar?", - deyə o, fikirlərini belə əsaslandırıb.
Təbii ki, insanın qəfil qarşısına çıxan qara pişiyin uğursuzluq sayıldığı kimi 40 yaşı keçirməyin də düşər-düşməzliyi kimi qiymətləndirilməsi batil inanclardandır.
Ancaq qeyd edək ki, mövhümat belə olsa, buna görə ömrünün 40-cı ilini qeyd etməyənlərin sayı heç də az deyil. (bizimmedia)
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 1909 Tarix: 15 aprel 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Yataq dəstlərini yumşaldan sadə üsul
Yataq dəstlərinin yuyulduqdan sonra daha yumşaq və təravətli olması üçün mütəxəssis paltaryuyan maşının barabanına mətbəxdə olan sadə vasitələrdən birini əlavə etməyi məsləhət görür. bu üsulu təqdim edir:. Zaman keçdikcə yataq dəstləri sərtləşə, əvvəlki təravətini itirə və xoşagəlməz qoxuları özünə çək
4 oktyabrSüni intellekt xəstələrə dərman təyin etməyə başladı
ABŞ-nin Yuta ştatında xəstələrə həkim müayinəsi olmadan süni intellekt vasitəsilə dərman təyin edilməsinə imkan verən pilot proqramın icrasına başlanılıb. "Qafqazinfo"nun xəbərinə görə, "Nolla Health" şirkətinin hazırladığı "Nolla Derm" tətbiqi 18 yaşdan yuxarı sakinlər
8 oktyabrPaltaryuyanın qapağını daim açıq saxlayanlara xəbərdarlıq
Yuyulma başa çatdıqdan sonra paltaryuyan maşının qapağını dərhal bağlamaq kiflənməyə səbəb olur, uzun müddət açıq saxlamaq isə maşını zədələyir. xəbər verir ki, mütəxəssislər və məişət texnikası istehsalçıları ideal havalandırma müddətini və edilən kritik səhvləri açıqlayıblar. Dərhal bağlamaq və daim
11 oktyabrSoyuducunu bu vasitə ilə təmizləməyin - xarab edə bilər
Soyuducunun uzun müddət problemsiz işləməsi üçün onun müntəzəm və düzgün təmizlənməsi vacibdir. Lakin istifadə edilən təmizləyici vasitənin düzgün seçilməməsi cihazın səthinə zərər verə, hətta bəzi hallarda təhlükəli vəziyyət yarada bilər. Mütəxəssislər xüsusilə ağardıcı və xlor tərkibli güclü vasitələrdə
4 oktyabrPaltaryuyan təmiri zamanı düzgün diaqnostika niyə vacibdir?
Paltaryuyan maşınında yaranan nasazlığın səbəbi hər zaman eyni olmur. Cihaz su boşaltmırsa, proqramı yarımçıq saxlayırsa və ya səsli işləyirsə, problem bir neçə fərqli hissədən qaynaqlana bilər. Buna görə paltaryuyan ustası işə başlamazdan əvvəl nasazlığın dəqiq səbəbini araşdırır. Paltaryuyan təmirind
12 oktyabrBelə pomidorları almayın
Pomidor alarkən yalnız rənginə və zahiri görünüşünə diqqət etmək kifayət deyil. Hətta yetişmiş və iştahaçan görünən pomidorların arasında keyfiyyətsiz və ya xarab olmağa başlayan məhsullar ola bilər. Mütəxəssislər bazarda və mağazada pomidor seçərkən bir neçə vacib əlamətə diqqət etməyi tövsiyə edirlər
11 oktyabrQayğanağı yumşaq edən sadə sirr
Daha yüngül və havalı tekstura əldə etmək üçün süd əvəzinə adi sudan istifadə etmək olar. Amma yaxşı qayğanağın sirri bununla bitmir. xəbər verir ki, ideal qayğanaq ocaqdan götürüldükdən sonra da yumşaq və havalı qalmalıdır. Yeməyin quru və sıx olmaması üçün yalnız inqrediyentlərin nisbətinə deyil, yumurt
4 oktyabrPulsuz internet rahatlıqdır, yoxsa məlumatlar üçün risk? - Video
Bakının müxtəlif yerlərində - restoranlarda, hotellərdə və digər obyektlərdə pulsuz və ya şifrəsiz "Wi-Fi" şəbəkələrinə rast gəlmək mümkündür. Lakin bir neçə saniyə ərzində qoşulduğumuz belə şəbəkələrdən ehtiyatsız istifadə şəxsi və maliyyə məlumatlarımız üçün təhlükə yarada bilər. xəbər veri
4 oktyabr