Bir mənzilin bir neçə şəxsə satılmasının qarşısını almağın hansı yolları var? - AÇIQLAMA

Bir mənzilin bir neçə şəxsə satılmasının qarşısını almağın hansı yolları var? - AÇIQLAMA"Son 10 ildə təəssüflər olsun ki, bir çox vətəndaşlarımız yeni tikilmiş binalardan mənzil aldıqdan bir müddət sonra, həmin mənzillərin bir neçə şəxsə satılması ilə bağlı problemlə qarşılaşırlar. Son illərdə belə hallar kifayət qədər çoxdur. İlk növbədə onu qeyd etmək lazımdır ki, bu əməli törədən şəxslər Azərbaycan Respublikasının Cinayyət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş əməli törətmiş olurlar. Yəni, dələduzluqla etmiş olurlar. Bu günə qədər statistik olaraq araşdırılsa, biz görərik ki, kifayyət qədər tikinti və satış işi ilə məşğul olan şəxslər mənzilləri bir neçə şəxsə satılmasına görə məsuliyyətə cəlb olunublar. Vətəndaşların özlərini belə haldan necə qorumaldır, sualına gəldikdə isə qeyd edim ki, praktikada bunu həyata keçirtmək olduqca çətin məsələdir. Çünki, bina tikən şirkət müraciət edən müştəri ilə daxil müqavilə bağlayır və bunun əsasında onun ödənişləri həyata keçirilir. Bu müqavilələr yalnız, həmin, mənzil tikinti kooperativinin daxili reyestridə qeydiyyatdan keçirilir".

Bunu Sonxeber.az-a hüquqşünas Ruslan Mustafayev danışıb.

O, açıqlamasında qeyd edib ki, vətəndaşlar artıq sınaqdan keçmiş, bir neçə kompleks inşa etmiş, satışını həyata keçirtmiş şirkətlərdən həmin mənzillərin alınmasını daha çox meyilli olmalıdılar:

"Təəssüflər olsun ki, bu müqavilələr dövlət orqanlarında qeydiyyatdan keçirilmir ki, onun izlənilməsi mümkün olsun. Belə olan təqdirdə vətəndaşların da mənzilin başqa şəxsə satılıb-satılmadığını araşdırması demək olar ki, mümkünsüzdür. Bu səbəbdən, hər hansısa praktik məsləhət vermək imkanında deyilik təəssüflər olsun ki. Həmçinin vətəndaşlar nəzərə almalıdır ki, çox zaman belə hallar sonradan müəyyən edilir və bundan sonra şikayətlər əsasında əməli törətmiş şəxslərə qarşı cinayyət işi başlanılır, onların işləri göndərilir məhkəməyə. Məhkəmə qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq qərarı qəbul edir. Burada ikinci məsələ dəymiş ziyanla bağlı olan məsələdir ki, vətəndaş mənzilə alan zaman kifayyət qədər böyük məbləğdə ödənişlər etmiş olur. Hansı ki, sonradan onun geri qaytarılması olduqca çətin bir prosesə dönüşür. Yəni, həmin şəxslər bir çox hallarda həbs edilsələr də, barələrində hökm qəbul olunsa da, cəza verilsə də vətəndaşlar dəymiş ziyanları geri qaytarmağa maraq göstərmirlər. Bunlara bəzi hallarda imkanları olmur. Hətta, imkanları olduğu təqdirdə belə bunu ödəməkdən yayınırlar. Belə olan təqdirdə vətəndaşlar çalışmalıdılar ki, artıq sınaqdan keçmiş, bir neçə kompleks inşa etmiş, satışını həyata keçirtmiş şirkətlərdən həmin mənzillərin alınmasını daha çox meyilli olmalıdılar, nəyinki, bu prosesə yeni qoşulmuş şirkətlərdən. Əks təqdirdə qeyd etdiyimiz problemlə qarşlaşma ehtimalları daha çox olacaq. Vətəndaşlar, ancaq, bu formada özlərini qorumaq imkanına malikdilər".

Vüsalə İbrahimli


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1761   Tarix: 15 aprel 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Süni intellekt media üçün böyük inkişaf dividendləri vəd edir" - BƏHRUZ QULİYEV

"Bu gün süni intellekt texnologiyalarının sürətli inkişafı dünya mediası qarşısında həm ciddi problemlər, həm də yeni imkanlar açır. Bu proses, ilk növbədə, ənənəvi medianın fəaliyyət modelinə, iqtisadi dayanıqlığına və auditoriya ilə münasibətlərinə təsir göstərir. Artıq oxucuların bir qismi informasiy

3 noyabr
.

Bakıda avtomobil gözəllik salonuna girdi

Bu gün səhər saatlarında paytaxtın Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, Hüseynbala Əliyev küçəsində - metronun "Memar Əcəmi" stansiyasının yaxınlığında 2 avtomobil toqquşub. Nəticədə, idarəetmədən çıxan "Toyota Aqua" markalı avtomobi

2 noyabr
.

Pensiyaçılara XƏBƏRDARLIQ: 100-200 manat təklif edirlər…

Son dövrlər yaşlı və pensiyaçı vətəndaşlara müəyyən məbləğdə pul təklif edilərək onların adına bank kartlarının açdırılması halları diqqət çəkir. Bu kartlardan qanunsuz pul dövriyyəsi, dələduzluq və digər maliyyə cinayətlərində istifadə olunması isə kart sahibinin hüquqi məsuliyyəti məsələsini gündəm

3 noyabr
.

Bakının bu ərazilərində işıqlar sönəcək - ÜNVANLAR

Bakının bir sıra ərazilərində elektrik enerjisinin verilişində müvəqqəti fasilə yaranacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Bildirilib ki, abonentlərin daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunması məqsədilə noyabrın 2-də Yasamal Rayon Enerji Təchizat

2 noyabr
.

Anasını döyən bloqer saxlanıldı - Video

Sosial şəbəkələrdə özünü xeyriyyəçi kimi qələmə verərək ehtiyacı olanlara yardım çağırışları edən bloger Namiq Əzizin anasının evinə basqın edib onu döyməsi ilə bağlı görüntülər yayılıb. Axşam.az "Bakupost"a istinadən xəbər verir ki, hadisə oktyabrın 30-da gecə saatlarında Cəlilabadda baş verib

2 noyabr
.

Pensiyaçılar və işsizlər cərimədən azaddırmı? - HÜQUQİ İZAH

Azərbaycanda inzibati xətalara görə cərimələrin tətbiqi qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir. Bununla belə, bəzi hallarda şəxsin yaşı, hüquqi statusu, təqsirinin olub-olmaması və digər hallar inzibati məsuliyyətə cəlb edilməsinə təsir göstərə bilər. Eyni zamanda, qanuni əsaslarl

3 noyabr
.

Hamamda işləyən şəxs özünü başçının adamı kimi təqdim etdi - Həbs olundu

Bakıda tikintiyə icazə alacağına söz verərək vətəndaşdan 50 min manat alan şəxsə hökm oxunub. Qaynarinfo-nun məlumatına görə, 1993-cü il təvəllüdlü Bakı sakini R.Y. Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib. O, paytaxtda fəaliyyət göstərən "Padişah" hamamında ofisiant işləyib

2 noyabr
.

Noyabrda ardıcıl 4 gün iş olmayacaq

Azərbaycanda bu ay ardıcıl 4 gün iş olmayacaq. "Qafqazinfo" xəbər verir ki, ölkəmizdə noyabrın 8-i Zəfər Günü, noyabrın 9-u isə Dövlət Bayrağı Günü qeyd olunur. Bu il Zəfər Günü bazar gününə təsadüf etdiyindən istirahət günü noyabrın 10-na keçirilib. Beləliklə, noyabrın 7-dən 10-dək ardıcı

2 noyabr
.

Sərhədçilərə atəş açan şəxs zərərsizləşdirildi - Foto

DSX-nin Sərhəd Qoşunlarının "Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində dövlət sərhədinin mühafizəsini həyata keçirən sərhəd naryadı tərəfindən sərhəd pozucularının İrandan Azərbaycan istiqamətinə hərəkəti müşahidə edilib. "Qafqazinfo" Xidmətin Mətbuat Mərkəzinə istinadən xəbə

2 noyabr