"Alen Simonyanın açıqlamaları ilə sülh müzakirəsi barədə danışıqları manipulyasiya etməyə çalışır" - POLITOLOQ
Ermənistan parlamentinin spikeri Alen Simonyan Azərbaycanla danışıqların davam etdiyini bildirib.
O, bu barədə aprelin 22-də keçirilən brifinqdə bildirib.
Spiker həmçinin azərbaycanlı həmkarı Sahibə Qafarova ilə görüşü barədə danışıb.
A.Simonyanın sözlərinə görə, o, Sankt-Peterburqda MDB Parlamentlərarası Assambleyasının iclası zamanı azərbaycanlı həmkarı Sahibə Qafarova ilə qısa söhbət edib.
Onun sözlərinə görə, Ermənistan və Azərbaycan parlamentlərinin spikerləri iclasda bir neçə saat yanaşı oturublar və söhbətin məzmunu barədə ictimaiyyətə açıqlama verməməklə bağlı razılığa gəliblər.
A.Simonyan və S.Qafarova sonuncu dəfə 2024-cü ilin may ayında Cenevrədə Parlamentlərarası İttifaqın Parlament Sədrlərinin 6-cı Dünya Konfransının Hazırlıq Komissiyasının birinci iclası çərçivəsində görüşüblər.
A.Simonyan həmçinin bildirib ki, Ermənistan kimi, Azərbaycanın da ikitərəfli münasibətlərin tez bir zamanda normallaşmasında maraqlı olduğunu hesab edir.
Politoloq Tural Ismayılov Sonxeber.az -a açıqlamasında bildirib ki, Alen Simonyanın açıqlamaları ilə sülh müzakirəsi barədə danışıqları manipulyasiya etməyə çalışır:
"Azərbaycanla Ermənistan arasında müxtəlif platformalarda müzakirələrin aparılması tam təbii prosesdir. Alen Simonyan bu məsələ ətrafında manipulyasiyalar etməyə çalışır, lakin faktiki olaraq Azərbaycanın təklifi ondan ibarətdir ki, Ermənistan həqiqətən bizimlə normal dövlətlərarası münasibət istəyirsə, üzərinə düşən öhdəlikləri yerinə yetirməlidir. Azərbaycana yanaşmasında səmimi və aydın xətlə irəliləməlidir. Amma Ermənistan hakimiyyəti bütün proseslərdən yayınmağa çalışır. Nəticədə Ermənistandan Azərbaycana dezinformasiya hücumları həyata keçirilir, bizi etmədiyimiz məsələlərdə ittiham etməyə çalışırlar. Bütün bunlar Ermənistanın ikiüzlülüyünü ortaya qoymuş olur. Azərbaycan sülhün əldə edilməsi üçün əlindən gələn hərşeyi edib. Bundan sonra uğurlu nəticənin əldə edilməsi üçün hərşey Ermənistandan asılıdır".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Qızılın bir qramı neçəyə oldu?
Ehtiyatda olan polkovnik-leytenant vəfat etdi
Müşfiq Abbasov məktəblərdə geyim tələbləri barədə danışdı
Bağçada nəzarətsiz qalan uşağın qolu qırıldı - Anbaan video
"Azərbaycanın daxili işlərinə qarışmaq kimin nə həddinədir?!"- B.Yıldırımla özəl müsahibə
Sergey Lavrov Bakıya gəldi
Heç bir iddia Vətəndən, heç bir təəssübkeşlik Dövlətçilikdən üstün deyil!
"Dedim ki, "biabır olacaqsan, Azərbaycan səni qəbul etməyəcək"
"Təhsil sistemində müəyyən edilmiş qaydalar təsadüfi deyil, aydın hüquqi və pedaqoji məqsədlərə xidmət etməlidir" - Elnarə Akimova
Qız uşaqlarının taleyi niyə qurban verilir? İran, Əfqanıstan və bəzi ərəb ölkələrinin acı reallığı
Məktəbli forması sadəcə geyim deyil: Nizam-intizamın əsas tələbi
Bakıda "Kəlağayı" yürüşü - Video
Bakıda çox sayda şəxs məktəb mühafizəçisinə hücum etdi - Ağır xəsarət yetirildi
Sabunçuda məktəbin pəncərəsindən yıxılan şagirdin vəziyyəti açıqlandı
Bakıda AQEM-in 7-ci Zirvə Görüşü keçirilib - Foto/Video