Nəsimi rayon sakinləri "Pilot16" MMC-dən şikayət edir- Video
Bakının Nəsimi rayonu, Novruzov qardaşları küçəsində, sakinlər antisanitar vəziyyətdə yaşayır.
XALQ,AZ xəbər verir ki, sakinlər mövcud vəziyyətin yaranmasında yaxınlıqda inşaat işləri aparan tikinti şirkətini ittiham edirlər.
Onların sözlərinə görə, tikinti üçün yük daşıyan ağırtonajlı maşınlar küçənin kanalizasiya xətlərini zədələyir, asfaltı dağıdır.
Şikayətçilər deyirlər ki, tikinti işlərini aparan şirkət yolun kənarını bağlasa, heç kim zibilini gətirib həmin əraziyə tökməz. Görünür, sakinlər də öz zibillərini təmizləməkdə maraqlı deyillər.
Şikayətlə bağlı "Pilot 16" tikinti şirkəti ilə əlaqə saxladıq. Suallarımızla tanış olduqdan sonra şirkətdən bizimlə yenidən əlaqə saxlanılacağı bildirilsə də, məsələyə aydınlıq gətirilmədi.
Nəsimi rayon İcra Hakimiyyətindən isə bildirildi ki, sözügedən tikinti şirkətinə antisanitar vəziyyətin aradan qaldırılması barədə xəbərdarlıq olunub. Qeyd edilib ki, həmin ərazi hal hazırda "pilot 16" tikinti şirkətinə ayrılıb, söküntü işləri aparılır. 250-dən çox yaşayış evi sökülərək qarşılıqlı razılaşmadan sonra köçürülüb. Söküntü gedən ərazidə ağır texnikalar işlədiyinə görə ərazinin hasarlanması qeyri-mümkündür. Bildirildi ki, tikinti şirkətinə növbəti xəbərdarlıq ediləcək. Zibil konteynerlərinin qoyulmasına gəlincə, ərazidə pozulan infrastruktur yeni konteyner meydançasının yaradılmasına imkan vermir. Sakinlər yaxınlıqdakı meydançadan istifadə edə bilərlər. İcra Hakimiyyətindən o da bildirildi ki, qısa zamanda ərazidə təmizlik işləri aparılacaq.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 806 Tarix: 23 aprel 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycanın şəhərlərində ana ölümü ilə bağlı şok statistika
Azərbaycanda 2025-ci ildə ana ölümü göstəricisi şəhər yerlərində əvvəlki illə müqayisədə 81.1 faiz artıb. Kənd yerlərində isə bu göstərici təxminən 27 faiz azalıb. -a istinadən xəbər verir ki, 2025-ci ildə şəhər yerlərində hər 100 min diri doğulana düşən ana ölümü göstəricisi 22.1 olub. Bu rəqəm 2024-c
3 noyabr"Meduza"dan 3500 qutu markasız tütün çıxdı - Sahibkara cəza verildi
Bakıda fəaliyyət göstərən "Meduza" adlı tütün mağazasında 42 min 763 manat dəyərində aksiz markası olmayan qəlyan tütünləri aşkarlanan sahibkar Quliyev Hüseyn Sabir oğluna hökm oxunub. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Əndəmic kəndind
2 noyabrBakıda EVLƏR SÖKÜLÜR - Ağaclar, zirzəmi, hasarlara da pul verilir
Bakının Binə qəsəbəsində Bakıxanov-Binə-Qala dəmir yolu xəttinin bərpası layihəsi çərçivəsində tikinti ərazisinə düşən yaşayış evlərinin söküntüsü davam edir. Mülkiyyətçilərə kompensasiya ödənildikdən sonra boşaldılan evlər mərhələli şəkildə sökülür. -in məlumatına görə, artıq kompensasiya ödənilmi
2 noyabrHamamda işləyən şəxs özünü başçının adamı kimi təqdim etdi - Həbs olundu
Bakıda tikintiyə icazə alacağına söz verərək vətəndaşdan 50 min manat alan şəxsə hökm oxunub. Qaynarinfo-nun məlumatına görə, 1993-cü il təvəllüdlü Bakı sakini R.Y. Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib. O, paytaxtda fəaliyyət göstərən "Padişah" hamamında ofisiant işləyib
2 noyabr"Kəmalə-Nərmin" restoranından şikayət (VİDEO)
Kimisi tüstüdən, kimisi qoxudan narahat olduğunu deyir. Görüntülər paytaxtın Binəqədi rayonu 7-ci mikrorayon ərazisindəndir…. Xəzər TV-yə göndərilən videogörüntülərdə vətəndaş iddia edir ki, "Kəmalə-Nərmin" restoranından (Narmin Palace) ətrafa yayılan tüstü nəinki mənzillərdə hiss olunur, hətt
2 noyabr