Ağ Ev "qızıla qərq olur": Tramp "Mar-a-Lago" lüksünü prezident iqamətgahına gətirir

Ağ Ev "qızıla qərq olur": Tramp "Mar-a-Lago" lüksünü prezident iqamətgahına gətirirABŞ Prezidenti Donald Tramp Floridadakı "Mar-a-Lago" iqamətgahının lüks və parlaqlığını Ağ Evin interyerinə gətirməyi qərara alıb. Oval kabinet indi qızılla parlayır - kuboklar və vazalardan tutmuş mələk fiqurları, buxarılar, güzgülər, çərçivələr və hətta lampalara qədər.

Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə BILD xəbər yayıb.

Bildirilir ki, "Qaraçı barokko" kimi tanınan bu zəngin və dəbdəbəli üslub qızıl suyuna çəkilmiş əşyalar və ağır pərdələrin bolluğu ilə Trampın çox xoşuna gəlir.

"Bu, məndə developer instinktlərini oyadır", - deyə prezident etiraf edib.

Tramp, həmçinin sələfləri Bill Klinton və kiçik Corc Buşun portretlərini Oval kabinetdən çıxararaq pilləkənin yanına köçürüb.

"New York Post" qəzeti istehza ilə qeyd edib ki, sabiq prezident Co Baydenin şəkili ümumiyyətlə, zirzəmidə ola bilər.

Trampın planlarında Ağ Evdə qızılla örtülmüş və böyük qızıl çilçıraqlarla bəzədilmiş yeni möhtəşəm rəqs zalının yaradılması var. Təmir təxminən 100 milyon dollara başa gəlsə də, prezident bunu öz cibindən ödəməyə hazırdır.

"Mən rəqs zalları tikməyi bacarıram - "Mar-a-Lago"dakı kimi möhtəşəm zallar", - deyə Tramp hələ fevralda bəyan etmişdi.

Yeniləmələr məşhur "Qızılgül bağçası"na da toxunacaq, bura "Mar-a-Lago" üslubunda "qonaq terrası"na çevriləcək.

Qazon ağ əhəng daşı ilə əvəz olunacaq ki, mətbuat katibi Kerolayn Levittin başına gələn hadisə kimi (dabanının yaş otda ilişməsi) olaylardan qaçmaq mümkün olsun.

Bağın yenidən dizaynı üçün birinci xanım Melaniya Tramp məsuliyyət daşıyır, o, ailənin Floridadakı sevimli iqamətgahında olduğu kimi, qırmızı lalələr və ağ qızılgüllərdən canlı çəpərlər əkməyi planlaşdırır.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1125   Tarix: 16 aprel 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Pulsuz "Wi-Fi" sizə baha başa gələ bilər - Səbəb

Bakıda restoran, hotel və digər ictimai məkanlarda parolsuz "Wi-Fi" şəbəkələrindən istifadə geniş yayılıb. Lakin mütəxəssislər xəbərdarlıq edirlər ki, belə şəbəkələrə ehtiyatsız qoşulmaq şəxsi və maliyyə məlumatlarının ələ keçirilməsi ilə nəticələnə bilər. xəbər verir ki, Baku TV-nin sorğusund

3 oktyabr
.

Orta ömür uzunluğu pandemiyadan əvvəlki səviyyəyə yaxınlaşdı

Dünyada orta ömür uzunluğu COVID-19 pandemiyasının yaratdığı geriləmədən sonra yenidən artmağa başlayıb. xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb. Məlumata görə, 2023-cü ildə qlobal orta ömür uzunluğu 73,3 yaşa çatıb və bu göstərici pandemiyadan əvvəlki 73,4 illik səviyyəy

4 oktyabr
.

Havasını çıxartdınız, amma radiator yenə soyuqdur? - Bu kiçik detalı yoxlayın

İstilik mövsümü başlayandan sonra radiator qızmırsa, dərhal yenidən havasını çıxarmağa tələsməyin. İsti suyun sistemdə normal dövr etməməsinin bir neçə səbəbi ola bilər. Radiatorun havasını çıxardıqdan sonra o yenə də soyuq qalırsa, proseduru dərhal təkrarlamaq lazım deyil. Problem. ümumiyyətlə, hav

11 oktyabr
.

Ailənin 20-ci övladı idi, yeriyə bilmirdi - Dünyanın ən sürətli qadının HƏYATI

Dünyanın ən sürətli qadınlarından biri kimi tarixə düşən Vilma Rudolfun həyatı adi idman uğuru hekayəsindən çox fərqlənir. O, 20 yaşında üç Olimpiya qızılı qazanaraq adını idman tarixinə yazdırıb. Halbuki uşaqlığında keçirdiyi poliomielit səbəbindən uzun müddət ayağında xüsusi aparatla yaşamaq məcburiyyətind

4 oktyabr
.

Evdəki plastik qablara diqqət: Zədələnmiş qabları dərhal atın

Mütəxəssislər mətbəxlərdə qida saxlamaq üçün geniş istifadə edilən plastik qablarla bağlı vacib xəbərdarlıq ediblər. Qabyuyan maşında yüksək temperatura məruz qalan, mikrodalğalı sobada istifadə olunan və ya səthi cızılan plastik qabların qidaya kimyasal və mikroplastik sızdırdığı bildirilib. xəbər veri

10 oktyabr
.

Əti yenidən dondurmaq olar?

Əti təkrar dondurmaq mümkündür, lakin yalnız müəyyən şərtlərə əməl edildikdə. Əgər əridilmə və saxlanma qaydaları pozularsa, məhsul təhlükəli ola bilər. Ətin yenidən dondurulmasının təhlükəsiz olub-olmaması əsasən onun necə əridilməsindən asılıdır. Bundan başqa, təkrar dondurma ətin dadını və teksturasın

11 oktyabr
.

Dalinin üz qabığını hazırladığı kitab oğurlandı

Dünyanın ən bahalı kitablarından biri olan Jozef Forenin "Apokalipsis" əsəri Fransanın İssuar şəhərindəki müasir incəsənət muzeyindən oğurlanıb. "Qafqazinfo" RT nəşrinə istinadən xəbər verir ki, bu kitabın üz qabığını dünyaca məşhur rəssam Salvador Dali hazırlayıb. 1958-1961-ci illərd

6 oktyabr
.

A frame ev tikintisi üçün torpaq sahəsi necə seçilməlidir?

A frame ev tikmək üçün torpaq axtararkən sahənin relyefi, torpağın quruluşu və tikilinin yerləşəcəyi hissə nəzərə alınmalıdır. Düz və ya az maili ərazi tikinti işlərini asanlaşdırır, çox maili və nəm torpaq isə əlavə qazıntı, drenaj və fundament işləri tələb edə bilər. Sahəyə girişin olması, su və elektri

5 oktyabr
.

"50 qəpik"də maşın yuyanların diqqətinə

Sürücülərin 80 faizi "50 qəpik" özünəxidmət avtoyumadan istifadə edir. Bizim.media-ya istinadən xəbər verir ki, bu prosesdən zövq alanlar da var, pulunun azlığından məcbur qalanlar da. Xidmətdən istifadə edənlər bilir ki, prosesin ardıcıllığı var: əvvəlcə köpüklə avtomobilin ətrafını dolaşara

11 oktyabr