Yerdən 120 işıq ili uzaqlıqda həyat izləri tapıldı
Kembric Universitetinin alimləri Günəş sistemindən kənarda həyat əlamətləri aşkar ediblər.
Oxu.Az xəbər verir ki, araşdırmaların nəticələri "Astrophysical Journal"da dərc olunub.
Ceyms Uebb Kosmik Teleskopunun məlumatlarından istifadə edərək, astronomlar dimetil sulfid (DMS) və dimetil disulfidin (DMDS) kimyəvi izlərini - həyatın mövcudluğunu göstərən molekulları müəyyən ediblər. Yer üzündə bu molekullar yalnız canlı orqanizmlərdə - ilk növbədə mikroblarda yaranır.
Molekullar Şir bürcündə Yerdən təxminən 124 işıq ili uzaqlıqda yerləşən "K2-18b" ekzoplanetinin atmosferində aşkar edilib.
"K2-18b" Yerdən ölçüsünə görə 2.6 dəfə böyük, kütləsinə 8.6 dəfə ağırdır və ekspertlər onun okeanla örtülü olduğunu təxmin edirlər. Planetin temperaturu Yerin temperaturuna yaxındır, lakin "K2-18b" o qədər sürətlə fırlanır ki, orada bir il cəmi 33 gün davam edir.
"Bu planet haqqında bildiyimiz hər şeyi nəzərə alsaq, əlimizdəki məlumatlara ən uyğun olan ssenari həyatla dolu okeanı olan hisey (hidrogenli okean) dünyasıdır", - deyə tədqiqata rəhbərlik edən professor Nikku Madhusudhan bildirib.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 1039 Tarix: 17 aprel 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Epşteyn işində şok DETALLAR: moda dünyası ilə əlaqəsi üzə çıxdı
ABŞ-da yetkinlik yaşına çatmayan qızları hədəf alan fahişəlik şəbəkəsi idarə etdiyinə görə mühakimə olunarkən həbsxanada ölü tapılan Ceffri Epşteynin gənc qadınları və modelləri ona yönəltmək üçün moda və modellik dünyasında şəbəkə qurduğu bildirilir. -ın xəbərinə görə, "The Washington Post"
9 iyun39 yaşlı Jiru Fransa klubu ilə müqaviləsini uzatdı
Hücumçu Olivye Jiru "Lill" ilə müqaviləsini uzadıb. xarici mediaya istinadən bildirir ki, bu barədə Fransa klubunun mətbuat xidməti məlumat yayıb. 39 yaşlı fransız futbolçunun yeni müqaviləsi 2027-ci ilin yayına qədərdir. Olivye Jiru 2025-ci ildən "Lill"də çıxış edir. O, ötən mövsü
9 iyunDünyanın ilk trilyonçusu oldu - Nə qədər pulu var?
"SpaceX"in cümə axşamı keçirdiyi ilkin kütləvi səhmləşmə (IPO) nəticəsində 75 milyard dollar vəsait cəlb etməsi "Tesla" və "SpaceX" rəhbəri İlon Maskın sərvətini 1,1 trilyon dollardan yuxarı qaldırıb. Bununla da Mask tarixdə sərvəti 1 trilyon dolları aşan ilk insan olub
12 iyunQayğanaq bu cür daha ləzzətli olacaq - Kiçik hiylə
Səhər yeməklərinin ən məşhuru olan qayğanaq sadə görünsə də, onun dadı və teksturası bir neçə vacib detalın düzgün seçilməsindən asılıdır. Mütəxəssislərin fikrincə, bir çox insan yumurtaya süd əlavə etsə də, bu, hər zaman ən yaxşı seçim deyil. xarici mediaya istinadən xəbər verir ki, qida ekspertlərini
8 iyunPul xəstəlik yaradırmış - XƏBƏRDARLIQ
Həkimlərin sözlərinə görə, nağd pullar müxtəlif mikroorqanizmlərin daşıyıcısı ola bilər. Bunun əsas səbəbi əskinasların gün ərzində çox sayda insanın əlindən keçməsi və müxtəlif səthlərlə təmasda olmasıdır. Bu risk xüsusilə kağız pullara aiddir. Məsaməli quruluşa malik olan əskinaslar bəzi digər materiallarl
11 iyunİki qrup arasında başlayan dava faciə ilə bitdi - VİDEO
Türkiyənin Ankara şəhərinin Yenimahalle rayonunda iki qrup arasında baş verən dava nəticəsində 2 nəfər xəsarət alıb, hadisəyə görə 3 şübhəli şəxs həbs edilib. xarici mediaya istinadla xəbər verir ki, hadisə Selçuklu küçəsində yerləşən çörək və şirniyyat mağazasında qeydə alınıb. İddialara görə, iştira
11 iyun