Bünövrədən, yoxsa hazır binadan mənzil alaq? - Hansı daha SƏRFƏLİDİR?

Bünövrədən, yoxsa hazır binadan mənzil alaq? - Hansı daha SƏRFƏLİDİR?Hüquqi baxımdan çıxarışı olan binadan mənzil almaq daha məqsədə müvafiqdir.

Bunu Trend-ə açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri, iqtisadçı-ekspert Vüqar Oruc deyib.

O qeyd edib ki, belə mənzillərin gələcəkdə hüquqi problemləri ortaya çıxmayacaq.

"Çıxarışı olmayan binalardan mənzil alan şəxslər sonradan böyük problemlərlə üzləşirlər. Hazırda da bu problemlər var. Bütün tələb olunan sənədlər müvafiq icra qurumlarına təqdim edildikdən sonra bina qanunlara və normativ sənədlərə uyğun inşa edilibsə həmin bina təhvil-təslim aktı ilə təmin edilir. Belə olduğu halda müvafiq əmlak xidməti binada mənzil alan şəxslərə mülkiyyət sənədi təqdim edir.

Əgər vətəndaş dəqiqləşdiribsə, tikinti şirkətinin bütün sənədləri yerindədir və bina hazır olandan sonra mənzilinə çıxarış alacaq belə binalardan da mənzil almaq olar. Adətən bünövrədən mənzil alanların əksəriyyəti investisiya məqsədi ilə alanlardır. Əgər bu gün hər hansı şəxsə təcili mənzil lazımdırsa, o hazır mənzil alır. Lakin investisiya qoyaraq gələcəkdə daşınmaz əmlakın qiymətinin bahalaşacağını nəzərə alaraq bünövrədən mənzil alırlar. Bu da bazarda təməldən olan mənzillərin populyar olmasına gətirib çıxarır. Əvvəllər sənəd təqdim olunmadığına və tikintisi başa çatmadığına görə, həmin mənzilləri alarkən insanlar tərəddüd edirdi. Çünki bununla bağlı insanlar bir çox problemlər yaşayır. Bəzi tikinti şirkətləri pulları alaraq binanın tikintisini başa çatdırmayıblar. Elə olub ki, bina tikintisi başa çatsa da, təhvil-təslim aktını əldə etmək mümkün olmayıb. Normativ qaydalara uyğun tikinti aparılmadığından müvafiq dövlət qurumları tərəfindən binalara çıxarışlar təqdim olunmayıb. İndiki halda vətəndaş təməldən mənzil alırsa tikinti şirkətinin sənədləri ilə tanış olmalıdır", - o deyib.

Ekspert qeyd edib ki, həmin ərazinin ümumi bir çıxarışı olmalıdır:

"Sonra həmin sənəddən müvafiq hissələr bölünməlidir və ayrılmalıdır. Bu baxımdan məsləhət görürəm ki, vətəndaşlarımız bu məsələdə konsaltinq şirkətləri ilə birgə həll etsinlər. Hər hansı bir problem olarsa da, konsaltinq şirkəti müqavilə əsasında yarana biləcək problemi öz üzərinə götürsün. Hüquqi cəhətdən aydınlaşdırsın. Gələcəkdə mənzil tikintisinin başa çatdırılmasından sonra hər hansı sənədin alınıb-alınmaması ehtimalı varsa vətəndaş həmin mənzili almasın".

V. Oruc bildirib ki, sərfəlilik baxımından əvvəllər təməldən olan tikililər daha ucuz idi.

"Tutaq ki, hər hansı bir ərazidə hazır binalarda 1 kvadrat 2.000 idisə, təməl binalarda 1.500-1.600 manat idi. Bu da vətəndaşların büdcələrinə uyğun olurdu. Buna görə də təməl tikintilərə üstünlük verirdilər. Amma indiki halda daşınmaz əmlak biznes məqsədli olduğuna görə hətta təməl tikintilər bəzi yerlərdə daha yüksək qiymətə təklif olunur. Bu zaman sahibkarlar nəzərə alırlar ki, hazır binalar bu gün satılır. Təməl tikililər isə altı ay və yaxud bu il sonra satılacaq. Həmin dövrdə həm iqtisadi durum, həm manatın alıcılıq qabiliyyəti, eyni zamanda daşınmaz əmlakın qiymətində baş verə biləcək dəyişikliklər, proqnozlar və s. bunları hesablayaraq, əgər hazır bina 2.000 manatdırsa təməl tikililər 2.500 manata təklif olunur. Elə yerlər var ki, təməl tikililər hətta 4.000 manata təklif olunur", - o əlavə edib.

Daşınmaz əmlak satışı ilə məşğul olan Fuad Yusifov isə Trend-ə qeyd edib ki, tikintisi hələ davam edən binalarda müəyyən qeyri-müəyyənliklər, tikinti keyfiyyəti ilə bağlı problemlər, çətinliklər ola bilər.

"Hazır binalarda isə bu risklər artıq minimuma enmiş olur. Hazır binalarda qiymətlər, xüsusilə yüksək tələbat olan ərazilərdə, bünövrədən tikilən binalara nisbətən daha yüksək ola bilər. Adətən, bünövrədən mənzil almaq hazır mənzil almağa nisbətən daha sərfəli ola bilər. Çünki bu zaman hələ tikinti prosesi davam edir və qiymətlər hələ tam olaraq bazar qiyməti deyil. Tikinti mərhələsində mənzili öz istəklərinizə uyğun dəyişdirmək, daxilindəki materialları seçmək, planlaşdırmanı öz tələblərinizə uyğunlaşdırmaq imkanı var. Tikinti bitdikdən sonra binanın dəyəri artacaq və mənziliniz daha qiymətli ola bilər. Bu, gələcəkdə sərfəli investisiya ola bilər", - o deyib.

F.Yusifov qeyd edib ki, bünövrə mərhələsində olan binaların da bir çox riskləri var:

"Tikinti bir neçə il çəkə bilər. Həmçinin, təxirəsalmalara görə müəyyən çətinliklər yarana bilər və ya tikinti keyfiyyəti layihə ilə bağlı problem yaşana bilər. Bundan əlavə, tikinti şirkətinin güvənilirliyi də vacibdir. Tikinti şirkəti ilə müqavilə bağladığınız zaman, ödəmələr mərhələli olur və hər hansı bir gecikmə və ya dəyişiklik zamanı əlavə maliyyə yükü ola bilər.

Əgər büdcəniz məhduddursa, bünövrədən mənzil almaq daha sərfəli ola bilər. Əlavə olaraq, tikinti davam etdiyi üçün qiymətlər daha sərfəli ola bilər. Əgər artıq yaşayışa başlamaq istəyirsinizsə və vaxtınız məhduddursa, hazır bina almaq daha sərfəlidir.Əgər uzunmüddətli sərmayə qoyuluşu edirsinizsə və qiymət artımı ilə maraqlanırsınızsa, bünövrədən mənzil almaq daha sərfəli ola bilər. Tikinti bitdikcə, qiymətlər arta bilər".

O əlavə edib ki, tikintisi hələ davam edən binalarda müəyyən qeyri-müəyyənliklər, tikinti keyfiyyəti ilə bağlı problemlər, çətinliklər ola bilər. Hazır binalarda isə bu risklər artıq minimuma enmiş olur.

"Bünövrə mərhələsində olan binaların da bir çox riskləri var. Tikinti bir neçə il çəkə bilər. Həmçinin, təxirəsalmalara görə, müəyyən çətinliklər yarana bilər və ya tikinti keyfiyyəti layihə ilə bağlı problem yaşana bilər. Bundan əlavə, tikinti şirkətinin güvənilirliyi də vacibdir. Tikinti şirkəti ilə müqavilə bağladığınız zaman, ödəmələr mərhələli olur və hər hansı bir gecikmə və ya dəyişiklik zamanı əlavə maliyyə yükü ola bilər.

Son nəticə olaraq, seçim sizin şəxsi ehtiyaclarınıza, maliyyə imkanlarınıza və gələcək planlarınıza əsaslanmalıdır. Hər iki variantın öz müsbət və mənfi cəhətləri olduğundan, bunları diqqətlə qiymətləndirmək vacibdir", - Yusifov vurğulayıb.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 947   Tarix: 19 aprel 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Paltaryuyanın qapağını daim açıq saxlayanlara xəbərdarlıq

Yuyulma başa çatdıqdan sonra paltaryuyan maşının qapağını dərhal bağlamaq kiflənməyə səbəb olur, uzun müddət açıq saxlamaq isə maşını zədələyir. xəbər verir ki, mütəxəssislər və məişət texnikası istehsalçıları ideal havalandırma müddətini və edilən kritik səhvləri açıqlayıblar. Dərhal bağlamaq və daim

11 oktyabr
.

Ağıllı insanı necə tanımaq olar? - 3 əsas xüsusiyyət

Həqiqətən ağıllı insanlar öz intellektləri ilə öyünərək diqqət çəkməyə çalışmırlar. Bunu edənlər isə əslində düşündükləri qədər çox şey bilməyə bilərlər. Əksinə, olduğundan daha ağıllı olan insan bunu davranışları ilə nümayiş etdirir. Belə insanlar təvazökar və sakit olmaqla yanaşı, həm başqalarını

15 oktyabr
.

Azərbaycanda ən gənc müəllimin neçə yaşı var?

2026-cı il üzrə dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərdən ən gəncinin 19, ən yaşlı müəllimin isə 81 yaşı var. AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) məlumat verilib

4 oktyabr
.

Zaman artıq nüvə ilə ölçüləcək - Yeni saat növü yaradıldı

Alimlər işıqla atom nüvəsi arasındakı qarşılıqlı təsirləri izləyərək vaxtı ölçən ilk işlək nüvə saatlarını hazırlayıblar. Yeni texnologiyanın gələcəkdə atom saatlarının dəqiqliyini üstələyə biləcəyi bildirilir. "Qafqazinfo" xəbər verir ki, 70 ildən çoxdur istifadə olunan atom saatları elektronları

8 oktyabr
.

Evdəki plastik qablara diqqət: Zədələnmiş qabları dərhal atın

Mütəxəssislər mətbəxlərdə qida saxlamaq üçün geniş istifadə edilən plastik qablarla bağlı vacib xəbərdarlıq ediblər. Qabyuyan maşında yüksək temperatura məruz qalan, mikrodalğalı sobada istifadə olunan və ya səthi cızılan plastik qabların qidaya kimyasal və mikroplastik sızdırdığı bildirilib. xəbər veri

10 oktyabr
.

Pulsuz internet rahatlıqdır, yoxsa məlumatlar üçün risk? - Video

Bakının müxtəlif yerlərində - restoranlarda, hotellərdə və digər obyektlərdə pulsuz və ya şifrəsiz "Wi-Fi" şəbəkələrinə rast gəlmək mümkündür. Lakin bir neçə saniyə ərzində qoşulduğumuz belə şəbəkələrdən ehtiyatsız istifadə şəxsi və maliyyə məlumatlarımız üçün təhlükə yarada bilər. xəbər veri

4 oktyabr
.

Havasını çıxartdınız, amma radiator yenə soyuqdur? - Bu kiçik detalı yoxlayın

İstilik mövsümü başlayandan sonra radiator qızmırsa, dərhal yenidən havasını çıxarmağa tələsməyin. İsti suyun sistemdə normal dövr etməməsinin bir neçə səbəbi ola bilər. Radiatorun havasını çıxardıqdan sonra o yenə də soyuq qalırsa, proseduru dərhal təkrarlamaq lazım deyil. Problem. ümumiyyətlə, hav

11 oktyabr
.

Uşaqları kitab oxumağa necə cəlb etmək olar? - Psixoloqdan mühüm tövsiyələr

"Kitablara maraq yalnız oxumaq bacarığının mənimsənilməsi ilə yaranmır. Əsas məsələ uşağın kitabları yeni məlumatlar əldə etmək və düşünmək üçün vasitə kimi qəbul etməsidir". xəbər verir ki, bunu Rusiya mətbuatına açıqlamasında psixoloq Darya Misiyukova bildirib. Mütəxəssisin sözlərinə görə

11 oktyabr
.

Hündürdaban ayaqqabıları əvvəl kişilər geyinib - Maraqlı tarixçə

Bu gün qadın dəbinin simvollarından sayılan hündürdaban ayaqqabılar vaxtilə kişi qarderobunun bir hissəsi olub. Onlar əvvəlcə at sürməyi asanlaşdırıb, daha sonra isə var-dövlət və nüfuz göstəricisinə çevrilib. xəbər verir ki, ilk dabanlı ayaqqabıların Qərbi Asiyada yarandığı ehtimal olunur. Dabanın prakti

11 oktyabr