"Yabancı damat"da baş rolda əvvəlcə o çəkilibmiş - VİDEO
Bir vaxtların reytinqli serialı "Yabancı damat"la bağlı maraqlı fakt ortaya çıxıb.
Ölkə.Az "onedio.com"a istinadla xəbər verir ki, vaxtilə Azərbaycan da sevilərək izlənilən bu serialın baş rolunda əslində, başqa aktyor çəkilibmiş.
Bu barədə layihədə rol alan məşhur aktyor İlker Aksum qonaq olduğu verilişlərdən birində danışıb.
O deyib ki, serialda əvvəlcə Niko rolunu "Kargo" musiqi qrupunun solisti Koray Can Demir ifa edib. Hətta onun iştirakı ilə serialın ilk 2 seriyası da çəkilib.
Sonradan çəkiliş üçün serial heyəti Yunanıstana yollansa da, onları yolda saxlayıblar. Buna səbəb isə Koray Can Demirin dezertir olması olub.
Sənətçi bu barədə heç kimə məlumt verməyib. Məşhur solist məcburi şəkildə hərbi xidmətə aparıldığı üçün baş rola Özgür Çevik gətirilib.
"Adam rolunu o qədər yaxşı ifa etdi ki, əfsanə oldu. Nazlı və Nikoya heykəl qoydular. Serial ilk dəfə Avropada yayımlanan Türk serialı idi", - deyə İ.Aksum əlavə edib.
Qeyd edək ki, "Yabancı Damat" serialı 2004-2007-ci illərdə yayımlanıb. Serial Türkiyə və Yunanıstandan olan iki gəncin sevgi macərasından bəhs edir.
Aktyor İlker Aksum serialda Ruşen obrazını canlandırıb.



Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Firəngiz Mütəllimova Yaşar Nuridən yazdı: "Kaş sağ olardın..." - FOTO
Bu gün Xalq artisti, Azərbaycan Respublikasının Dövlət Mükafatı laureatı Yaşar Nurinin anadan olmasının 70-ci ildönümüdür. xəbər verir ki, Xalq artisti Firəngiz Mütəllimova sosial şəbəkədə sevilən aktyorla bağlı paylaşım edib. F.Mütəllimova Xalq artistinin fotosunu yayımlayaraq bunları yazıb:. "Əvəzolunma
3 sentyabr 2021Xərçəngdən əziyyət çəkən Nisə Qasımova ilə bağlı YENİ XƏBƏR - FOTO
Xalq artisti Nisə Qasımova yenidən səhnəyə qayıdır. xəbər verir ki, sənətçi bu haqda sosial şəbəkədə məlumat verib. N.Qasımova yeni fotosunu yayımlayaraq bunları yazıb:. "Mənim əzizlərim, dəyərli izləyicilərim, əminəm ki, yaxın zamanlarda efirlərdə görüşəcəyik". Xatırladaq ki, Xalq artist
13 sentyabr 2021Aygün Kazımova koronavirusa yoluxub
Xalq artisti Aygün Kazımova koronavirusa yoluxub. Axşam.az-a istinadən xəbər verir ki, bu barədə sənətçi İnstaqram hesabında məlumat verib. Müğənni xəstəliyi ağır keçirdiyini bildirib:. "Mən də bir çoxlarınız kimi koronavirusa yoluxdum. Son 3 günü ağır keçirdim. Hərarətim 37-38,5 idi. Bədənim ço
8 sentyabr 2021"Guya Rəmişin nəyi var idi ki..." - Xanımı sirləri açdı
Rəmişsiz mənim günüm necə keçə bilər? Rəmişsiz Gülü ola bilərmi? O mənim başımın tacı idi, nəfəsim idi. xəbər verir ki, bu sözləri -a Xalq artisti Rəmişin (Rafiq Hüseynov) həyat yoldaşı Gülü (Gülşən Hüseynova) deyib. Mərhum gitara ifaçısının vəfatından sonra onu kimsə yada salıbmı?. Xanımı Mədəniyyə
8 sentyabr 2021Oğlunu itirən İbrahim Borçalının BİR İL ÖNCƏKİ VƏ İNDİKİ GÖRÜNÜŞÜ - FOTOLAR
Tanınmış aparıcı Lalə Əlimuxtarova sosial media hesabında yeni paylaşım edib. -a istinadən xəbər verir ki, aparıcının paylaşdığı fotolarda bir il öncə oğlunu faciəvi şəkildə itirən İbrahim Borçalının görüntüləri yer alıb. Bir il ərzində çəkdiyi oğul dərdindən necə qocaldığı fotolarda görünür. Onun b
9 sentyabr 2021Koronavirus bəlası sənət adamları arasında - Kimlər peyvənd olunub?
Son günlər bir neçə yerli sənət adamının koronavirusa yoluxma xəbəri medianın gündəminə çevrildi. Bütün dünyanı cənginə alan bu xəstəliyə yoluxub sağalanları görsək də, çox təəssüf ki, gözlənilməz şəkildə həyatını itirən sənətkarlar da oldu. Belə bir məqamda həmin sənətçilərin xəstəlikdən öncə peyvən
16 sentyabr 2021