"Ölsəm də sənə aliment ödəməyəcəyəm..."
Xəbər verdiyimiz kimi, bloger Aysel Şükür keçmiş həyat yoldaşı Oqtay Əhmədovun əkizlərindən imtina etdiyini deyib.
Axşam.az-ın məlumatına görə, Oqtay Ayselin iddialarına cavab verib. O bildirib ki, həbs edilsə də, aliment ödəməyəcək:
"Ötən ildən problemimiz var. Məni və ailəmi paylaşıb, söyüşlər yazdı. Ayın 10-13 günü övladlarım mənimlə qalır. Uşaqlarıma baxıram. Neçə ildir uşaqlarımı həkimlərimə aparıram. Aliment vermirəm. Klublara getmirəm, gecə həyatı yaşamıram. Gedib şikayət edib ki, Oqtay aliment vermir. Onun ilk evlilikdən olan uşağını öz oğlum kimi böyütdüm, hər şey edirdim. Ayrılanda adımı xəyanətkar qoydu. Çox şey danışmadım ki, arada uşaq var. Amma anlamırlar... Savadsız dayə tutub ki, uşaqlara baxsın. Uşaqların isə qabağına telefon, kompüter atır.
Bütün günü məni polisə, icraya şikayət edir. Alimenti ona görə ödəmirəm ki, uşaqla maraqlanmır, restoran, klublarda gəzir. Uşaq dayədə qalır, uşaq canlıda oturub dilənir ki, anama pul göndərin. Deyirəm ki, uşaqları adımdan çıxardın, mən həbs olunanda onlara ziyan dəyməsin.
Oturub yalandan ağlayım ki, uşaqlarıma baxıram, pul qazanıram. Hansı pulu qazanırsan? Paltarından tutmuş, ayaqqabısına qədər hər şeyi mən alıram. Uşağıma baxıram, ondan imtina etmirəm. Ailəm deyir ki, iki ev var, onu da uşaqlarının adına yazdıracağam. Ətrafımdakılar bilir ki, uşaqlarıma necə baxmışam.
Aliment ödəməyəcəyəm. Gedib həbsxanada yataram, amma ona pul ödəməyəcəyəm. Uşaqlarım yanımda olur, xəstə anam onlara qulluq edir. Yuxudan oyanıb, uşağını hansı həkimə aparırsan? İndi saat 8-ə kimi harda istəsən gəz, sonra gəl uşaqlara bax. Sənədləri göstərim uşaqları hansı həkimlərə aparmışam, Bakıya hansı həkimləri gətirmişəm? Ölsəm də sənə aliment ödəməyəcəyəm".
Qeyd edək ki, A. Şükürova Bakı Lifttəmir İstehsalat Birliyinin keçmiş rəhbəri Qüdrət Şükürovun qızıdır. Aysel və Oqtay dəbdəbəli toyu ilə gündəmə gəlmişdi. Onların bu nikahdan iki oğlu var.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Səməd Səmədova başdaşı qoymağa ailəsinin imkanı çatmır?
"Səməd Səmədov 40 ildi toylara gedirdi, onun imkanına nə gəlib. Bunu Qaynarinfo-ya açıqlamasında müğənni Manaf Ağayev mərhum Xalq artisti Səməd Səmədovun məzar daşının olmaması ilə bağlı videogörüntüdən danışarkən deyib. Sənətçi hesab edir ki, həmkarının məzar daşının qoyulmamasının madiyyatla he
7 sentyabr 2021Flora Kərimova küçədə mahnı oxudu – VİDEO
Xalq artisti Flora Kərimova küçədə mahnı oxuyub. Belə ki, xalq artisti küçə ilə gedərkən musiqi səsi eşidib və musiqi səsi gələn tərəfə yönəlib. O, küçədə gitara çalıb mahnı oxuyan gənclərlə birgə duet oxuyub. Bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb. Həmin görüntüləri təqdim edirik:
8 sentyabr 2021Türkiyəli məşhur aktrisa vəfat etdi
Türkiyəli məşhur aktrisa İncilay Şahin vəfat edib. Bu barədə "Oyunçular Birliyi"nin "Twitter" hesabında məlumat verilib. 60 yaşlı sənətçi "Çiçek taksi", "Hayat Bilgisi", "Yasak elma" kimi reytinqli seriallarda rol alıb
7 sentyabr 2021Yaqub Zurufçu və Səyyad Əlizadə peyvənd olunublar - Ailələrindən açıqlama
Xəbər verdiyimiz kimi, əməkdar artist Yaqub Zurufçu koronavirusdan vəfat edib. Digər sənətçi Səyyad Əlizadənin də vəziyyəti ağırdır, suni tənəffüs aparatına qoşulub. Bəs, görəsən iki sənətçi peyvənddən sonra yoluxub?. xəbər verir ki, Y.Zurufçunun xanımı Aynur Zurufçu " "a mərhumun peyvənd olunduğun
15 sentyabr 2021Oğlunu itirən İbrahim Borçalının BİR İL ÖNCƏKİ VƏ İNDİKİ GÖRÜNÜŞÜ - FOTOLAR
Tanınmış aparıcı Lalə Əlimuxtarova sosial media hesabında yeni paylaşım edib. -a istinadən xəbər verir ki, aparıcının paylaşdığı fotolarda bir il öncə oğlunu faciəvi şəkildə itirən İbrahim Borçalının görüntüləri yer alıb. Bir il ərzində çəkdiyi oğul dərdindən necə qocaldığı fotolarda görünür. Onun b
9 sentyabr 2021Ağır vəziyyətdə olan Səyyad Əlizadə başqa xəstəxanaya köçürülür?
Koronavirusa yoluxan Səyyad Əlizadənin vəziyyəti ağır olaraq qalır. Bu barədə -a müğənninin qohumu Razim Qarayev məlumat verib. O bildirib ki, sənətçini Mərkəzi Gömrük Hospitalına köçürmək istəyirlər:. "Hazırda S.Əlizadə süni koma vəziyyətində saxlanılır. Vəziyyətində heç bir irəliləyiş yoxdur
16 sentyabr 2021"Bədəninə dərman yüklədilər, dünyasını dəyişdi"
"Mənə başqa yerdən pislik etməyə başlayırlar. İctimai insanam, çırmalayaram qollarımı, başlayaram. Kiməsə pislik etmək istəmirəm". Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Brilliant Dadaşova İnstaqramda canlı yayımda deyib. Koronavirusa yoluxan müğənni bir neçə gün əvvə
9 sentyabr 2021