"Deyirdi ki, məndən ayrılsan, səni öldürəcəyəm"
Xəbər verdiyimiz kimi, Xalq artisti Naibə Allahverdiyevanın keçmiş həyat yoldaşı Yusif İsmayılov həbs olunub.
Aktrisa məsələ ilə bağlı Real TV-yə müsahibəsində keçmiş həyat yoldaşı tərəfindən ölümlə təhdid olunduğunu açıqlayıb:
"Heç olmasa bir dəfə cəzasını çəkməlidir. O adam həyatımın 8 ilini məhv edib. Məni xəstə etdi. Pullarımı əlimdən tutub alıb. Böyük məbləğlər olmayıb. Bu, dəfələrlə baş verib. Dava edəndən sonra evi axtarırdı. Mən də tək olurdum. Gücüm çatmırdı. Axırıncı dəfə qızılımı götürüb apardı. Həmişə məni təhdid edib. Deyirdi ki, məndən ayrılsan səni öldürəcəyəm. Onun əlindən qaçıb 7-8 ay başqa yerdə yaşadığım da olub. Bir də görürdün yalvarırdı ki, mən düzələcəyəm. Bu haqqda mənim bütün qohumlarım, ətrafım bilir. Dəfələrlə onu bağışlamışam. Düşünürdüm ki, insandır, ailəyik, düzələr".
Göz yaşlarına hakim ola bilməyən N.Allahverdiyeva Y.İsmayılov barəsində uzaqlaşdırma qərarının çıxarılmasını istədiyini vurğulayıb:
"Həbs olunanda bacısı zəng vurdu ki, ərizəni geri götürməlisən. Dedim ki, etməyəcəyəm. Artıq bu adam məni hamının yanında biabır edib, əl qaldırır".
Qeyd edək ki, keçmiş əri Yusif İsmayılov N.Allahverdiyevanın hüquq-mühafizə orqanlarına etdiyi şikayət əsasında saxlanılıb. O, Naibə Allahverdiyevaya qarşı zor tətbiq etməkdə ittiham olunub. Məhkəmənin qərarı ilə Yusif İsmayılov İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib və 15 gün müddətə həbs edilib.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Müğənnilikdən əvvəl qabyuyan, fəhlə, satıcı işləyən MƏŞHURLAR - FOTO
Bu gün tanınmış şou-biznes nümayəndələri vaxtilə başqa peşə ilə məşğul olublar. Onlar arasında qabyuyan, tibb bacısı, idmançı, satıcı, fəhlə, mühafizəçi kimi çalışanlar da var. xəbər verir ki, "Mtv" kanalı bu haqda araşdırma apararaq tanınmışların keçmiş sənətini öyrənib. Vaxt var idi, onla
8 sentyabr 2021"Hər gün yalvarırdım..." - atasını itirən Aygün hər kəsi KÖVRƏLTDİ
Xəbər verdiyimiz kimi ötən gün müğənni Aygün Mahmudovanın atası koronavirusdan dünyasını dəyişib. -a istinadən xəbər verir ki, ağır itki yaşayan Aygün sosial media hesabında atası ilə fotolarını paylaşaraq izləyicilərini kövrəldib:. "Canım sənə qurban, ay ata, hara getdin?!Mən hər şeyimi Allah
8 sentyabr 2021Türkiyəli məşhur aktrisa vəfat etdi
Türkiyəli məşhur aktrisa İncilay Şahin vəfat edib. Bu barədə "Oyunçular Birliyi"nin "Twitter" hesabında məlumat verilib. 60 yaşlı sənətçi "Çiçek taksi", "Hayat Bilgisi", "Yasak elma" kimi reytinqli seriallarda rol alıb
7 sentyabr 2021Ben Afflek sevgilisi Cennifer Lopezə yaxınlaşan pərəstişkarı itələdi - VİDEO
Amerikalı aktyor Ben Afflek sevgilisi məşhur aktrisa Cennifer Lopez ilə şəkil çəkdirmək istəyən pərəstişkarını itələyib. Hadisə aktyorun sevgilisi ilə birlikdə Film Festivalına yollandığı Venesiya baş verib. Məlumata görə, tədbir bitdikdən sonra cütlük hava limanına gedərkən pərəstişkarlardan biri onlar
14 sentyabr 2021"Canımı yandırdın" məşhur xanəndə ölən atası haqqında - FOTO
Xəbər verdiyimiz kimi tanınmış xanəndə Tahir Nəbiyev dünyasını dəyişib. -a istinadən xəbər verir ki, xanəndənin qızı Kamilə Nəbiyeva sosial media hesabında atası haqqında paylaşım eib. O, "İnstagram" hesabında atasının fotosunu paylaşaraq: "Canımın içi, canımı yandırdın.Sənsiz mən bu dünyan
3 sentyabr 2021Məhəbbət Kazımovun vəsiyyəti: Oğlu nə qərar verəcək?
"Məhəbbət Kazımovun qəbri Xırdalan qəbiristanlığında qalsa, daha məqsədəuyğun olar". Bunu Qaynarinfo-ya açıqamasında mərhum sənətkar, əməkdar artist Məhəbbət Kazımovun oğlu Rəşid Kazımov deyib. Rəşid Kazımov mərhum sənətkarın Laçında dəfn olunması ilə bağlı vəsiyyət etdiyini deyib:. "Atamı
3 sentyabr 2021"Sirtaki"nin müəllifi olan bəstəkar öldü
Tanınmış yunan bəstəkarı Mikis Teodorakis 96 yaşında vəfat edib. O, rejissor Mixalis Kakoyanisin 1960-cı illərdə ekranlara çıxan "Aleksis Zorbas" filmində nümayiş olunan "Sirtaki" rəqsinə yazılmış musiqinin müəllifi kimi məşhurlaşıb. Bəstəkar həmçinin simfoniya, balet, opera və çoxsayd
3 sentyabr 2021