Kababxananı xatırlatsa da, metronun çıxışıdır... - Video
Bakı metrosunun "20 Yanvar" stansiyasının qarşısı kababxananı xatırladır.
Bununla bağlı görüntüləri "Qafqazinfo"ya narazı vətəndaşlar göndəriblər. Onlar qeyd edir ki, həmin ərazidə restoranlardan çıxan tüstünün havaya yayılması ciddi narahatlıq yaradır.
Videodan da məlum olur ki, orada antisanitar vəziyyət yaranıb. Şikayətçilər belə bir halın, xüsusilə də insanların sıx olduğu metro çıxışında yaşanmasını qəbuledilməz hesab edirlər.
Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) sorğu ünvanladıq. 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Qafar Ağayev saytımıza cavab olaraq bildirdi ki, "20 Yanvar" stansiyasının yaxınlığında fəaliyyət göstərən "Kral" kafesindən havaya tüstünün yayılması ilə bağlı daxil olan şikayət İdarə və Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun əməkdaşları tərəfindən araşdırılıb: "Aparılan monitorinq və ölçmə işləri zamanı Nəsimi rayonu Məmmədcəfər Cəfərov küçəsi 1 ünvanında fəaliyyət göstərən "Kral" kafesindən havaya normadan artıq tullantı atıldığı müəyyən edilib. Faktla bağlı akt tərtib olunub və iaşə obyektinin icarəçisi Şahin İmanovun cərimə olunması istiqamətində qanunamüvafiq tədbirlər görülür".
Sözügedən görüntüləri təqdim edirik:
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 623 Tarix: 11 iyun 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Nə? Harada? Nə zaman?" oyunu üzrə VIII Azərbaycan Çempionatı keçirilib
Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Azərbaycan Gənclər Fondunun dəstəyi, Xəzər İntellektual Gənclər Klubu, Atəşgah İntellektual Oyunlar Klubu və Gənc Könüllülər İctimai Birliyinin birgə təşkilatçılığı ilə "Nə? Harada? Nə zaman?" intellektual oyunu üzrə VII Azərbaycan Çempionat
15 dekabrQəzada həlak olan Ramaldanova və yaxınının FOTOSU
Xəbər verdiyimiz kimi, Qusarda tanınmış hərbi ekspert Şair Ramaldanovun ailə üzvləri qəzaya düşüblər. xəbər verir ki, qəzada Şair Ramaldanovun qardaşı, polkovnik İlham Ramaldanovun qızı 36 yaşlı Tamilla Ramaldanova və ailənin yaxını 43 yaşlı Cəmilə Bağırova həlak olublar. Qəzada yaralanan şəxslər d
15 dekabrBakıda ət bahalaşdı - YENİ QİYMƏT
Bakının Ramana qəsəbəsində ətin qiyməti bahalaşıb. Dünəndən etibarən dana, quzu və qoç ətinin qiymətində 2-3 manat fərq müşahidə edilir. Mətbuat.az-a istinadən xəbər verir ki, Yeni Ramananın inzibati ərazi bölgüsünə daxil olan "Şuşa" şəhərciyində iki gündür müştərilərə nisbətən baha qiymət
14 dekabrDTX Balakənin sabiq icra başçısının həbsi ilə bağlı məlumat yaydı (VİDEO)
Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Balakənin sabiq icra başçısının həbsi ilə bağlı məlumat yayıb. Dövlət Təhlükəsizliyi Xidmətinin Mətbuat xidmətindən -a verilən məlumata görə, DTX tərəfindən keçirilmiş kompleks əməliyyat-istintaq tədbirləri zamanı Balakən Rayon İcra Hakimiyyətinin başçısı olmuş Rzaye
15 dekabrKolbasanın üstündə bu söz varsa, qəti almayın
Mağazada yaxşı kolbasa seçmək üçün məsləhətlər verilib. xəbər verir ki, bu sahə üzər ekspert Yelena Medkovanın sözlərinə görə əsas meyar qablaşdırmanın dizaynı yox, məhsulun texnoloji göstəriciləridir. "Bişmiş kolbasa seçərkən dövlət standartlarına əsaslanmaq olar. Mövcud GOST standartlarında məhsulla
14 dekabrAnar Ələkbərov Ramiz Rövşəni evində ziyarət etdi - Foto
Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov xalq şairi Ramiz Rövşəni evində ziyarət edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə o, instaqram səhifəsində paylaşıb. "Dəyərli xalq şairimiz Ramiz Rövşəni ad günü münasibətilə şəxsən təbrik etmək, mədəniyyətimizin bir hissəsinə çevrilmi
15 dekabr