Qandonduran etiraf: "Yatmışdım, gördüm kimsə üstümə uzanıb..." - Azərbaycanda

Qandonduran etiraf: "Yatmışdım, gördüm kimsə üstümə uzanıb..." - AzərbaycandaƏri Rusiyada olan qadına təcavüz edən Cəlilabad rayon sakini, 1995-ci il təvəllüdlü Emin Quliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Publika.az xəbər verir ki, Emin Quliyev 18 mart 2015-ci il tarixdə, gecə saat 02.30-da Cəlilabad rayonu, Göytəpə şəhəri, Qurtuluş küçəsindəki evlərdən birinin yaxınlığına gəlib.
Emin Quliyev orada əvvəllər heç bir münasibətinin olmadığı, əri Rusiyada yaşayan və azyaşlı uşaqları ilə tək qalan Səidə Məmmədovanın (zərərçəkmişin və ailə üzvlərinin adları şərtidir) evinə daxil olub. O, Səidənin azyaşlı uşaqları ilə birlikdə yatdığı otağa girib və cinsi əlaqəyə girmək üçün əynində olan paltarlarını soyundurmağa başlayıb. Bu zaman yuxudan ayılan Səidə Məmmədova buna imkan verməyərək, ona müqavimət göstərib.
Emin Quliyev müqavimət göstərərək əli ilə Səidənin ağzından tutub və cinsi əlaqədə olmaq istəyib. Bu zaman Səidənin 11 yaşlı qızı Vəfa yuxudan oyanıb və otağın işığını yandırıb. Vəziyyətin belə yarandığını görən Emin Quliyev oradan qaçıb.
"Kiminsə mənə toxunduğunu hiss etdim"
Emin Quliyev Cinayət Məcəlləsinin 29.149.1-ci (zorlamaya cəhd) və 157.1-ci (mənzildə yaşayanın iradəsi ziddinə mənzilə daxil olma) maddələri ilə ittiham edilib. Onun barəsində olan cinayət işi araşdırılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Emin Quliyev ümumiyyətlə bu cinayətlə əlaqəsi olmadığını deyib.
Məhkəmədə zərərçəkmiş şəxs qismində ifadə verən Səidə Məmmədova bildirib ki, həyat yoldaşı Adil 7 ildir Rusiyada yaşayır: "Bu səbəbdən tanışımız Samirin Göytəpə şəhərində yerləşən evində 11 yaşlı qızım Vəfa və 10 yaşlı oğlum Sadiq ilə birlikdə yaşayıram. 2015-ci ilin mart ayının 17-dən 18-nə keçən gecə, saat 02:30 radələrində yatarkən kiminsə mənə toxunduğunu hiss etdim. Əvvəlcə düşündüm ki, oğlumdur, yanımda yatmaq istəyir. Gözümü açanda üstümdə kişi gördüm. O, məni öpür və paltarlarımı çıxarmaq istəyirdi".
Səidə Məmmədovanın sözlərinə görə, həmin şəxs sağ əli ilə onun alt paltarını çıxarmaq istəyib: "Əlimlə paltarımı tutaraq qışqırdım. Səsim çıxmasın deyə digər əli ilə ağzımdan tutdu. Nəticədə sol üst dişim qırıldı və ağzım qanadı. İki əlimlə qulaqlarından tutub üstümdən atdım və var gücümlə qışqırdım. Səsimə qızım Vəfa oyandı. Qızıma dedim ki, işığı yandır. İşıq yananda tanımadığım, orta boylu, təxminən 20 yaşlarında, kürən bir oğlanı üstümdə gördüm. Sonradan bildim ki, bu Emin Quliyevdir. Yenidən qışqırdım. Qızım da yad oğlanı görən kimi qışqırdı. Oğlan üstümdən qalxaraq otaqdan çıxdı. Onun ardınca eyvana çıxdım və ondan kim olduğunu soruşdum. Heç nə demədən bir cüt qara rəngli uzunboğaz ayaqqabıları və qara gödəkçəsini əlinə alaraq qapıya yaxınlaşdı.
"Səhərin açılmasını gözlədim"
Zərərçəkmiş qeyd edib ki, Emin Quliyev eyvanın qapısını açaraq çölə çıxmaq istəyib: "Bu zaman Emin qapının içəridən bağlı olduğunu gördü və məndən qapını açmağı tələb etdi. Mən də qorxumdan qapını açdım. Sonra Emin Quliyev həyətə düşüb, küçə qapısına yaxınlaşdı. Qapı açarla bağlı olduğu üçün hasardan tullanıb getdi. Sonradan bildim ki, o, arxa otağın pəncərəsindən evə daxil olub. Emin Quliyev pilləkəndəki lampanı da açmışdı ki, işığı yandıran olsa, onu görə bilməsin.
İşığı yandırıb ətrafa baxdım. Pilləkəndə Emin Quliyevin adına olan bir ədəd hərbi bilet, bir ədəd şəxsiyyət vəsiqəsi və bir ədəd Bakcell operatoruna məxsus sim kart, bir neçə ədəd qırmızı rəngli Bakcell balans kartları və iki ədəd hərbiyə aid sənədlər aşkar etdim. Telefonunda kontur olmadığı üçün heç kimə zəng edə bilmədim. Ona görə səhərin açılmasını gözlədim".
Səidə Məmmədova bildirib ki, səhər açılanda baş verənlərlə bağlı evin sahibinə məlumat verib: "Ev sahibi bu barədə Göytəpə polis bölməsinin əməkdaşı Mehman Quliyevə məlumat verdi və axırıncı digər polis əməkdaşları ilə birgə evə gəldi. Polislər evə baxarkən Emin Quliyevin sənədlərini onlara təqdim etdim. Öncə utandığımdan polis əməkdaşlarına Emin Quliyevin məni zorlamağa cəhd etməsini dəqiq bildirmədim. Lakin sonradan bu barədə həm polisə, həm də rayon prokurorluğuna ərizə ilə müraciət etdim".
"Anamın yatağında oğlan gördüm"
Cinayət işi üzrə şahid qismində ifadə verən Vəfa bildirib ki, 2015-ci ilin mart ayının 17-dən 18-nə keçən gecə anası və kiçik qardaşı ilə birlikdə yaşadığı Göytəpə şəhərindəki evdə, bir otaqda gecələyib: "Həmin gecə, saat təxminən 2 radələrində anamın qışqırıq səsinə yuxudan oyandım. Anam həyəcan içində işığı yandırmağımı bildirdi. İşığı yandırdıqda anamın yatağında hündür boylu oğlan gördüm. Sanki oğlan anamın ağzından tutub onu boğmaq istəyirdi. Qorxumdan qışqırmağa başladım, anam da qışqırdı. Həmin oğlan məni görəndən sonra eyvana çıxdı. Səsimizə qardaşım da oyandı. Anam ilə həmin oğlanın arxasınca eyvana çıxdıq. Oğlanın evdən getdiyini gördük".
5 il 6 ay cəza
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Emin Quliyev 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Emin Quliyevin müdafiəçisi Rövşən Qasımov apelyasiya şikayəti verib.
Vəkil müdafiə etdiyi şəxsin barəsində bəraət hökmünün çıxarılmasını istəyib. Qeyd edib ki, cinayət işinin araşdırılması zamanı Emin Quliyev hadisə yerinə aparılmayıb, hadisə yerində olan izlər, o cümlədən ayaq izləri götürülməyib.
Vəkilin şikayətinə görə, birinci instansiya məhkəməsində məhkəmə lifli ekspertizası keçirilməsi barədə vəsatət versə də, təmin edilməyib. İş üzrə tanıma istintaq hərəkəti aparılmasında iştirak etmiş şəxslər məhkəməyə çağırılaraq əlavə şahid kimi dindirilməyib: "Ümumiyyətlə, tanıma zamanı zərərçəkmiş şəxs təqsirləndirilən şəxsi tanımayıb. İş üzrə keçirilmiş məhkəmə tibbi ekspertizasının rəyləri işdəki digər sübutlarla sübuta yetirilmir".
Vəkilin şikayəti araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib. Şikayət hakim İsmayıl Əhmədovun sədrlik etdiyi kollegiyada araşdırılıb.
Qərara görə, Emin Quliyevin vəkilinin şikayəti təmin edilməyib və birinci instansiya məhkəməsinin hökmü qüvvədə saxlanılıb.

Mənbə: Teleqraf.com


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Kriminal   Baxılıb: 5272   Tarix: 14 fevral 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanda DƏHŞƏTLİ HADİSƏ: Qardaşını öldürüb transformatorun içinə atdı

Bərdədə qardaş qardaşı bıçaqlayaraq qətlə yetirib. "qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə rayonun Hacılı kəndində baş verib. Cinayətkar daha sonra meyiti transformatorun içinə atıb. Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. Faktla bağlı rayon prokurorluğunda araşdırm

29 avqust 2021
.

Bakıda tükürpədən QƏTL: Qadının əl-qolunu bağlayıb...

Bakıda qadın əl-qolu bağlanılaraq yandırılıb. -a istinadən xəbər verir ki, hadisə paytaxtın Qaradağ rayonu, Puta qəsəbəsində qeydə alınıb. Açıq ərazidə əl-qolu bağlı şəkildə yandırılan qadının meyitini sakinlər aşkarlayıblar. Daha sonra bu barədə polisə və digər müvafiq orqanlara məlumat verilib. Hazırd

23 avqust 2021
.

Bakı sakini döyülərək öldürüldü

Avqustun 31-i saat 07 radələrində paytaxtın Səbail rayonunda 1972-ci il təvəllüdlü Eldar Qurbanovun üzərində xəsarət izləri olan meyitinin aşkar edilməsi faktı ilə bağlı Səbail rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Səbail rayon prokurorluğunda

1 sentyabr 2021
.

Bu rayonda 15 gün ərzində 12 koronavirus xəstəsinə cinayət işi açıldı

Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi müvafiq yoxlamalar zamanı yaşayış yerini tərk edən aktiv koronavirus infeksiyası daşıyıcısı aşkarlanıb. DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan -a verilən məlumata görə, Cəlilabad rayon sakini T.Əliyarlıya COVID-19 infeksiyası testini

25 avqust 2021
.

Övladını və gəlinini baltalayan 70 yaşlı kişi: "Oğlanı zorlamışdı..."

Bakıda oğlunu və gəlinini öldürməyə cəhddə təqsirləndirilən Mehdi İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. 70 yaşlı Mehdi İsmayılovun oğlunu və gəlinini niyə baltalaması müəmma kimi qalıb. həmin cinayət işi üzrə materialları əldə edib. İttihama görə, hadisə ötən il dekabrın 5-də saa

30 avqust 2021
.

Prokurorluq keçmiş polis rəisinin bıçaqlanması ilə bağlı MƏLUMAT YAYDI - YENİLƏNİB

Avqustun 24-ü saat 21 radələrində Xaçmaz rayon sakini Əsgərbəyli Əliağa Aydın oğlunun kəsilmiş-deşilmiş yaraları diaqnozu ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına daxil olması barədə rayon prokurorluğuna məlumat daxil olub. Xaçmaz Rayon Prokurorluğundan -a verilən məlumata görə, aparılmış araşdırmalarl

25 avqust 2021
.

Azərbaycanda oğul atasını baltayla öldürdü

2021-ci il iyunun 9-da Quba rayonu Sofikənd kənd sakini Sadıq Ramazanovun qəsdən öldürülməsi faktı əsasında rayon prokurorluğunda istintaq aparılıb. Quba Rayon Prokurorluğunda aparılan istintaqla müəyyən edilib ki, zərərçəkmişin oğlu Rəvan Ramazanov yaşadıqları evin həyətində şəxsi münasibətlər zəminind

1 sentyabr 2021
.

Azərbaycanda dəhşətli qətl - Qardaş bacısını amansızlıqla öldürdü

Sentyabrın 15-i saat 16 radələrində Kürdəmir rayon sakini 1986-cı il təvəllüdlü Dilarə Nəsirovanın yaşadığı evdə öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Kürdəmir rayon Prokurorluğundan -a verilən məlumata görə, aparılmış araşdırmalarla zərərçəkmişin qardaşı 1984-cü il təvəllüdlü Xəya

16 sentyabr 2021
.

Azərbaycanda qadın qonşusunu bıçaqla öldürdü

Prokurorluq Gəncə şəhərində qadının qətli ilə bağlı məlumat yayıb. Şəhər Prokurorluğundan -a daxil olan məlumatda deyilir:. "Avqustun 31-i saat 17 radələrində Gəncə şəhər sakini, 1963-cü il təvəllüdlü Sücayət Məmmədovanın öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olmuşdur. Aparılmı

1 sentyabr 2021