Azərbaycanda qandonduran etiraf - "Qudamı öldürdüm, sonra ..." - VİDEO

Azərbaycanda qandonduran etiraf - "Qudamı öldürdüm, sonra ..." - VİDEO"Qudam 8 ay məni söydü, məhkəməyə verdi" "Oğlum qudamın qızını qaçırtdı" "Həmişə həbsə düşmək istəmişəm"

Quda qatilindən inanılmaz etiraflar.

"Rezonans" verilişində quda qatili, məhbus Fəxrəddin Hüseynov inanılmaz həyat hekayəsini bölüşüb.

Fəxrəddin Hüseynov (9 il): "Xalaoğlum quda olmaq istədi. Qızımı öz oğluna istədilər. Əvvəl razı deyildim, amma məcbur razılaşdım. Sonradan mənim oğlum onun qızını istəyəndə ürəyim rahat oldu. Amma qudam buna razı olmadı. Bir dəfə getdim, iki dəfə getdim istədim, vermədi. Sonra oğlum qızı götürüb qaçırtdı. Bundan sonra aramız pisləşdi. Toya 3 gün qalmış gəldi polislə qızı apardı. Gəlinsiz toy elədim. 8 ay boyunca məhkəmələrdə, polislərdə süründüm. Heç cür barışmaq istəmirdi. Ağzından çıxan söyüşləri deyirdi mənə".

Fəxrəddin Hüseynov daha sonra qudasını necə öldürməsindən söz açıb: "8 ay keçmişdi söhbətin üstündən. Amma hələ barışmaq istəmirdi. Səhər durub dedim ki, gedib danışacam onunla. Getdim görüşməyə, maşına oturanda düşündüm ki, 8 ayda hirsi soyuyar, normal danışarıq. Oturan kimi başladı məni söyməyə. Anamı, atamı, qardaşımı söydü. Dözmədim, cibimdə balaca bıçağım var idi. Bıçağı çıxardan kimi görüb qorxdu, maşını yola sürmək istədi ki, qəza olsun, həm özü ölsün, həm mən. Əlimi soxdum rolun arasına, biləyimdən vurdu. 2 dənə bıçaqla boynundan vurdum. Qorxdum, bilmədim nə edim. Gedib polisə təslim oldum, dedim ki, qızımı onlardan götürün evimə qoyun, sonra məni nə edirsiz edin". O, həmişə həbsxanaya girməyi arzuladığını da bildirib: "Həmişə həbsə düşmək istəmişəm. Amma indi, bu yaşımda istəmirdim. Ailəmi başsız qoydum. Hamı Allahdan var-dövlət arzulayardı, mən bu həyatı. Başıma gəldi. Peşmanam".

Daha sonra həbsə girdikdən sonra nələr baş verdiyini danışan məhkum qızının və oğlunun ailəsinin dağıldığını söyləyib: "Həbsə düşəndən sonra qızımın da, oğlumun da ailəsi dağıldı. Onlara ailələrini dağıtmamağı məsləhət gördüm. Mən bunun üçün buradayam, qudam da onun üçün ölüb. Qismət olsa çıxandan sonra barışdıracam. Övladlarım yanıma gəlib gedir. Qohumlarımdan da gələnlər olur. 2 oğlum, 1 qızım evləndi. Başqa qohumum da qızıma elçi düşdü. Oğlum da həmin qohumun qızını aldı. Beləcə eyni ssenari yaşandı. Onlara dedim ki, diqqətli olun, məni xataya salmayın. Telefonla danışmışıq dəfələrlə. Hətta toya da telefonla bağlanmışdım".

Mənbə: ARB TV


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Kriminal   Baxılıb: 3140   Tarix: 17 fevral 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Tovuzda sevgilisini yandıran oğlan həbs edildi

Tanışının ölümündə şübhəli bilinən şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Tovuz rayon prokurorluğundan -a verilən məlumata görə, aprelin 28-də Tovuz rayon sakini 1990-cı il təvəllüdlü Türkanə Məmmədovanın almış olduğu yanıq xəsarətlərindən müalicə aldığı xəstəxanada ölməsi barədə rayon prokurorluğun

1 may
.

Məktəblilərin öldüyü hadisə ilə bağlı cinayət işi açıldı

İmişlidə 2 məktəblinin elektrik cərəyanı vurması nəticəsində ölməsi faktı ilə bağlı cinayət işi başlanılıb. Bu barədə -a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, aprelin 14-ü saat 14 radələrində yetkinlik yaşına çatmayan 2 nəfərin İmişli şəhəri, T.İsmayılov küçəsi ərazisind

15 aprel
.

Bakıda kişi qardaşını qətlə yetirib: "Hamımızın başına oyun açırdı"

Bakının Binəqədi rayonunda qardaşını qətlə yetirməkdə ittiham olunan Bayram Fətəliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində Reyhan Fətəliyeva ifadə verib. O bildirib ki, təqsirləndirilə

25 aprel
.

Azərbaycanda kişi qadını gecə klubundan evə gətirib öldürdü - VİDEO

Bakıda kişi "Instagram"da tanış olub birlikdə yaşadığı qadını qətlə yetirib. Belə ki, turizm şirkətlərindən birində çalışan Ayan (Adlar şərtidir) "Instagram"da tanış olduğu Tahir adlı şəxslə görüşməli idi. Tahir ona özünü İT mütəxəssisi kimi təqdim etmişdi. Ayan işdən sonra Tahirl

26 aprel
.

Qardaşının ölümünə görə onun arvadını ittiham etdi, cəzalandırıldı

Bakıda intihar etmiş Rauf Abbasovun bacısı mərhumun həyat yoldaşı ilə bağlı səsləndirdiyi ittihamlara görə məsuliyyətə cəlb edilib. "Qafqazinfo" xəbər verir ki, Nərimanov Rayon Məhkəməsində Sevinc Təhməzovanın intihar etmiş həyat yoldaşının bacısı Könül Abbasova barəsində xüsusi ittiham qaydasındak

17 aprel
.

14 yaşlı qızdan DƏHŞƏTLİ QƏTL: Narkotik aludəçisi olan atasını ÖLDÜRDÜ - VİDEO

Türkiyənin Qaziantep şəhərində 14 yaşlı qız narkotik aludəçisi olan atasını yatarkən naməlum səbəbdən bədəninin müxtəlif nahiyələrindən bıçaqlayaraq öldürüb. -a istinadən bildirir ki, qan donduran cinayət Qaziantepin Şahinbey rayonunda baş verib. Hadisədən sonra qız nəzarətə götürülüb

21 aprel
.

Dostunun 14 yaşlı qızını qaçıran kişi həbs olundu

Yevlaxda dostunun 14 yaşlı qızını qaçırmış və onunla intim münasibətdə olmuş 1991-ci il təvəllüdlü Qadir Həsənova (ad-soyadlar şərtidir) hökm oxunub. qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə bu ilin 9 yanvar tarixində baş verib. Evli olan Qadir bir müddətdir gizli münasibət saxladığı dostunun 1

2 may
.

Həbsdə olan generalın cinayət işi: Pulları kimə verib?

Naxçıvan Muxtar Respublikası Penitensiar Xidmətinin sabiq rəisi general-mayor Tofiq Həsənov Naxçıvan Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə külli miqdarda rüşvət almaqda təqsirli bilinərək 10 il azadlıqdan məhrum edilib. "Qaynarinfo"nun məlumatına görə, general xidmət rəisi işlədiyi müddətd

26 aprel
.

Həmkəndlisini bıçaqla qətlə yetirən Maştağa sakini həbs edilib

Mayın 3-də axşam saatlarında 1974-cü il təvəllüdlü Sabunçu rayonu Maştağa qəsəbə sakini Roman Əsgərovun kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya yerləşdirilməsi və bu gün ölməsi barədə polisə məlumat daxil olub. DİN Mətbuat Xidmətindən "Report"a bildirilib ki, Sabunçu RPİ-nin 14-cü PŞ-nin əməkdaşlarını

4 may