Bakıda gecə klubunda qız ona "bar qızısan" deyən oğlanı bu vəziyyətə saldı - Şok olay

Bakıda gecə klubunda qız ona "bar qızısan" deyən oğlanı bu vəziyyətə saldı - Şok olayBakıda gecə klubunda qanlı cinayət törətməkdə təqsirli bilinən Yevlax şəhər sakini, 1991-ci il təvəllüdlü Günay Süleymanovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Günay Süleymanova 2015-ci ilin iyulun 13-də Səbail rayonu, Xəqani küçəsində yerləşən "Troya" gecə klubuna əylənməyə gəlib.

Gənc qız gecə yarısına kimi klubunda əylənib. Gecə klubunda ona Emin Loğmanov adlı şəxs bir neçə dəfə yaxınlaşaraq tanış olmaq istədiyini bildirib. Lakin Günay Eminlə tanış olmaq istəməyib.

Oğlanın ondan əl çəkməməsini görən qız stolun üstündən götürdüyü pivə qədəhini onun alın nahiyəsinə çırpıb.

Nəticədə Emin Loğmanov sol gözündən kor olub, Günay Süleymanova isə polis tərəfindən həbs olunub.

O, Cinayət Məcəlləsinin 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham edilib.

Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Günay Süleymanova özünü elan olunmuş ittiham üzrə təqsirli bilməyib. O, bildirib ki, zərərçəkmiş Emin Loğmanov ondan əl çəkməyib və onunla tanış olmaq istəyib.

Günay Süleymanova qeyd edib ki, hər dəfə Emin Loğmanova tanış olmaq istəmədiyini deyib:

"Lakin, o, məndən əl çəkmədi, dedi ki, sən "bar qızısan", mənimlə tanış olmalısan".

G.Süleymanova əlavə edib ki, daha sonra Emin Loğmanov ona əxlaqsız sözlər deyib və onunla cinsi əlaqədə olmaq istədiyini bildirib:

"Onun bu sözləri məni əsəbiləşdirdi. Stolun üstündə olan qədəhi götürüb başına çırpdım".

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Günay Süleymanova 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan Günay Süleymanova apelyasiya şikayəti verib, lakin onun şikayəti təmin olunmayıb.

Mənbə:teleqraf.com


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Kriminal   Baxılıb: 4908   Tarix: 18 fevral 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Bu da tanınmış klubda müştərini döyərək öldürən mühafizəçinin FOTOSU

Xəbərə şəkil əlavə olunub. 10:20. Bakının Xətai rayonunda qətl hadisəsi baş verib. APA-ya istinadən xəbər verir ki, hadisə Xocalı prospektində yerləşən iaşə obyektində qeydə qlınıb. Belə ki, "Berlin pub" klubunun mühafizəçisi Orxan Şahbazov iaşə obyektində müştəri olan 1981-ci il təvəllüdl

30 avqust 2021
.

Azərbaycanda qayınata 19 yaşlı gəlinini boğaraq öldürdü

Naxçıvan Muxtar Respublikasında (MR) qətl hadisəsi baş verib. -ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, MR-in Babək rayonunda 67 yaşlı Əli Məmmədov gəlini 19 yaşlı Jalə Məmmədovanı boğaraq qətlə yetirib. Ə.Məmmədov tutulub. Faktla bağlı Babək Rayon Prokurorluğunda araşdırma aparılı

13 sentyabr 2021
.

Türkiyə ordusunun iki hərbçisi şəhid oldu - FOTO

Türkiyə Silahlı Qüvvələrinin Suriyanın İdlib bölgəsində həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri zamanı türkiyəli hərbçilərə hücuma məruz qalıb. xəbər verir ki, məlumatı Türkiyənin Milli Müdafiə Nazirliyi yayıb. Hadisə sentyabrın 11-də baş verib. Nəticədə 2 hərbçi şəhid olub, 3-ü yaralanıb. Yaral

11 sentyabr 2021
.

Şirvanda narkoman avtomobili oğurlayaraq yandırdı – FOTO

Şirvan sakini oğurladığı avtomobili yandırıb, saxlanılan zaman onun üzərində narkotik vasitə olan heroin aşkar edilib. xəbər verir ki, avqustun 20-də əvvəllər məhkum olunan Şirvan sakini, 1997-ci il təvəllüdlü Qasımzadə Sakit Qasım oğlu saat 5.00 radələrində avtomobil təmiri sexindən Şirvan sakini, F.Namazov

22 avqust 2021
.

İsmayıllıda ƏMƏLİYYAT - Heroin alverçisi saxlanıldı - FOTO

İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxslərə qarşı əməliyyat tədbiri keçirilib. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan  -a verilən məlumata görə, keçirilən əməliyyat zamanı üzərində narkotik vasit

22 avqust 2021
.

Narkotik yetişdirən Hacıqabul sakinləri SAXLANILDI

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi, eləcə də narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslər müəyyən edilərək məsuliyyətə cəlb olunublar. DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan -a verilən məlumata görə, daxi

12 sentyabr 2021
.

Azərbaycanda DƏHŞƏTLİ OLAY - Dostu ilə əlbir olub qardaşını öldürdü

Prokurorluq Bərdədə baş vermiş hadisə ilə bağlı məlumat yayıb. Rayon prokurorluğundan -a daxil olan məlumatda deyilir:. "Avqustun 28-i saat 20 radələrində Bərdə rayonu, Hacallı kəndində transformatorun içində kənd sakini, 1988-ci il təvəllüdlü Səxavət Nəzərovun meyitinin aşkar edilməsi barədə rayo

30 avqust 2021
.

Azərbaycanda iki qardaş bıçaqlandı: Biri öldü - YENİLƏNİB

Sentyabrın 12-i saat 23:00 radələrində Ağstafa rayonu, Köçəskər kəndi ərazisində kənd sakinləri – Yaşar Yusifovun öldürülməsi, qardaşı Müşvik Zeynalova isə xəsarətlər yetirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Ağstafa Rayon Prokurorluğunda aparılan araşdırmalarla 1986-cı il təvəllüdl

13 sentyabr 2021
.

DTX-nin şöbə rəisi də qadının qətlinin sifarişinə görə həbs edilib

2018-ci ildə Şirvan şəhərində itkin düşən 62 yaşlı Sarayxanım Abdullayevanın qətlə yetirilməsinə görə Dövlət Təhlükəsizlik Xidmətinin Şirvan şöbəsinin baş əməliyyat müvəkkili, kapitan Rövşən Ağayev, Şirvan sakini Mətləb Əmirovun həbsi ilə detallar məlum olub. "Qafqazinfo"ya istinadən xəbə

17 sentyabr 2021