İğdırdan Naxçıvana gələn avtobusda dəhşətli qəza - 4 azərbaycanlı öldü, 26-sı yaralandı - VİDEO - FOTO - YENİLƏNDİ

İğdırdan Naxçıvana gələn avtobusda dəhşətli qəza - 4 azərbaycanlı öldü, 26-sı yaralandı - VİDEO - FOTO - YENİLƏNDİTürkiyənin İğdır vilayətində baş vermiş ağır yol qəzası nəticəsində ölən Azərbaycan vətəndaşlarından ikisinin şəxsiyyəti məlum olub.
Hadisə nəticəsində ölən 8 nəfərdən 4-ü Azərbaycan vətəndaşıdır. Onlardan ikisi Naxçıvan sakinləri Süleyman Əliyev və Fərhad Fərhadlıdır. Üzərində sənədi olmayan, lakin azərbaycanlı olduğu ehtimal edilən yaşlı bir qadınla 13 yaşındakı qız uşağının şəxsiyyəti isə hələ müəyyənləşməyib.
***
"Qəza saat 08:30-da baş verib. Qəzaya əsasən, dumanlı hava şəraiti səbəb olub. Yaralılar arasında 26 Azərbaycan vətəndaşı var. Son məlumata görə, ölənlərdən 5-i Azərbaycan vətəndaşıdır. Yaralıların şəxsiyyəti artıq qismən bəllidir. Ölənlərin şəxsiyyəti hələ bəlli deyil. Çünki vəfat edənləri avtobuslardan hələ indi çıxarırlar".
Bunu Teleqraf.com-a açıqlamasında Azərbaycanın Qarsdakı baş konsulu Nuru Quliyev bildirib. O qeyd edib ki, qəza Türkiyə-Azərbaycan sərhədindən təqribən 25 kilometr aralıda baş verib.
Baş konsul qeyd edib ki, hər iki avtobus adi qaydada, normal günlük reyslərini yerinə yetirirmişlər: "Avtobuslardan biri "İğdır turizm", digəri "Metro" firmasına aiddir. "İğdır turizm"də Azərbaycan vətəndaşı daha çox olub".
Yaralıların İğdır dövlət xəstəxanasına aparıldığını vurğulayan N.Quliyev hal-hazırda baş həkimin otağında olduğunu qeyd edib: "Baş konsulluğun burda – İğdırda nümayəndəsi var. Hadisə baş verən andan İğdır nümayəndəmiz hadisə yerindədir. Hal-hazırda baş konsulluğun 4-5 əməkdaşı ilə biz burda hərəmiz müxtəlif istiqamətlərdə fəaliyyət göstəririk. Mən hadisə barədə məlumat alan kimi dərhal Qarsdan İğdıra gəlmişəm".
Baş konsul yaralılara maksimum səviyyədə tibbi xidmət göstərildiyini söyləyib: "Hazırkı məlumatlara yalnız onu əlavə etmək olar ki, yaralıların ikisinin vəziyyəti ağırdır. Onlar da yüksək səviyyədə əməliyyat olunur, bizim burda neyrocərrahımız da var. Onunla da bu barədə söhbət edirik".
***
Türkiyənin İğdır vilayətində baş vermiş ağır yol qəzası nəticəsində 4 Azərbaycan vətəndaşı ölüb.
Bunu Trend-ə Türkiyə parlamentinin İğdır vilayətindən olan deputatı Nurəddin Aras deyib.
Onun sözlərinə görə, qəza nəticəsində ölən 8 nəfərdən 4-ü Azərbaycan vətəndaşıdır.
***
Türkiyənin İğdır vilayətində baş vermiş ağır yol qəzası nəticəsində 26 Azərbaycan vətəndaşı xəsarət alıb.
Bu barədə Trend-ə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.
Onun sözlərinə görə, hazırda Azərbaycanın Türkiyənin Qars şəhərindəki Baş konsulluğu ölənlər arasında azərbaycanlıların olub-olmamasını araşdırır.
***
İqdır-Naxçıvan avtomobil yolunda baş verən qəzada ümumilikdə 20 nəfər yaralanıb, 7 nəfər ölüb.
Publika.az xəbər verir ki, bu barədə Apa-ya Azərbaycanın Qarsdakı baş konsulu Nuru Quliyev məlumat verib.
O bildirib ki, ölən və yaralanan azərbaycanlıların sayı və şəxsiyyəti dəqiqləşdirilir: "Ölən və yaralananlar arasında azərbaycanlıların sayı böyük ehtimalla çox olacaq. Çünki Naxçıvana gedib-gələn xətt olduğuna görə orada sərnişinlərin böyük əksəriyyəti Azərbaycan vətəndaşı olur".
***
İqdır-Naxçıvan avtomobil yolunda baş verən qəzada ölən və yaralananlar arasında azərbaycanlılar da var.
Bu barədə Azərbaycanın Qarsdakı Baş konsulluğundan məlumat verilib.
***
Bu gün səhər saatlarında Türkiyə və Naxçıvan arasındakı Dilucu sərhəd-keçid məntəqəsi yaxınlığındakı yolda ağır yol qəzası baş verib.
Məlumata görə, İqdır rayonunun Aralıq rayonu və Dilucu sərhəd-keçid məntəqəsi arasındakı yolda iki sərnişin avtobusu toqquşub.
Qəzaya səbəb havanın dumanlı olması və ötmə əməliyyatının düzgün yerinə yetirilməməsi olub.
İqdır Valisi Əhməd Turqay Alpman qəza nəticəsində 6 nəfərin öldüyünü, 16 nəfərin yaralandığını bildirib.
Qəza yerinə çoxlu sayda təcili yardım və polis maşınları göndərilib. Toqquşan avtobuslarda sıxılmış vəziyyətdə qalan yaralılar var. Hazırda həmin yaralıların xilas edilməsi yönündə tədbir görülür.

mənbə: trend
İğdırdan Naxçıvana gələn avtobusda dəhşətli qəza - 4 azərbaycanlı öldü, 26-sı yaralandı - VİDEO - FOTO - YENİLƏNDİ


Sonxeber.az
Telegramda izləyin
Hadisə   Baxılıb: 7905   Tarix: 20 fevral 2017  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Atasının dəfn mərasimində yaşadığı hadisə qadını ikinci dəfə sarsıtdı - VİDEO

Atasının dəfn mərasimində 600 min TL dəyərində qızıl-zinət əşyalarının oğurlandığını iddia edən qadın yaşadığı hadisəni sosial şəbəkədə paylaşdığı video ilə gündəmə gətirib. türk mediasına istinadən xəbər verir ki, ağrılı günlərində belə bir hadisə ilə üzləşməyin onları bir daha yıxdığını deyən qadın

19 dekabr
.

İştahsız pişiklərini baytara aparan cütlük görün nəylə üzləşdilər

Türkiyənin Mersin şəhərində pişiklərini baytar müayinəsinə aparan cütlük gözləmədikləri bir həqiqətlə üzləşib. Ramazan Alper İlten və nişanlısı Fatma Zühal Yurdagül qar gəzintisi üçün Toroslar rayonunun yüksək dağlıq ərazisində yerləşən Arslanköy məhəlləsinə gediblər. Gəzinti zamanı mehriban davranışlar

17 dekabr
.

Ferması yanan kişinin sözləri diqqət çəkib

Türkiyənin Bolu vilayətinin Mudurnu rayonunda Niyazi Cengizə məxsus boş hind quşu fermasında baş verən yanğın yanğınsöndürənlərin müdaxiləsi ilə nəzarət altına alınıb. türk mediasına istinadən xəbər verir ki, Mudurnunun Hacıhalimlər kəndində yerləşən və 7 min tutumlu olan boş hind quşu fermasında naməlu

18 dekabr
.

Oğurladıqları telefonun siqnal vasitəsi ilə aşkar edilməməsi üçün görün nə etdilər

İstanbulun Beyoğlu rayonunda dörd oğrunun oğurladıqları mobil telefonun yerinin müəyyən edilməməsi üçün onu alüminium folqa ilə bükdüyü məlum olub. türk mediasına istinadən xəbər verir ki, hadisə rayonun Kuloğlu məhəlləsində baş verib. Aprelin 6-da gecə saatlarında yolda hərəkət edən İrfan Y.-nin arxasınc

16 dekabr
.

Həmin balıqçı bir ay əvvəl evlənibmiş - VİDEO

Xəbər verdiyimiz kimi Astara rayonunun Şahağac kəndi yaxınlığında balıq tutmağa gedən iki nəfərin meyiti tapılıb. xəbər verir ki, onlardan biri 199-cu il təvəllüdlü Ağadədə Həsənov, digəri isə 1997-ci il təvəllüdlü Həsənov Turan Eyvaz oğludur. Turanın bir ay əvvəl evləndiyi bildirilir və sosial şəbəkələrd

20 dekabr
.

Maşınına asdığı nömrənin cəzası ağır oldu! - VİDEO

Antalyanın Konyaaltı rayonunda bir sürücünün maşının nömrəsinin üzərinə yazdırdığı "07 TRANS 07" yazısı sosial şəbəkələrdə gündəm olub. türk mediasına istinadən xəbər verir ki, Konyaaltı rayonunda hərəkətdə olan avtomobilin görüntüləri qısa zamanda sosial mediada geniş yayılaraq müzakirələr

19 dekabr
.

Azərbaycanda bu tarixdə 12 DƏRƏCƏ ŞAXTA OLACAQ - XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Son xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Məlumata əsasən gecə və axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi gündü

20 dekabr
.

Ömrü Sultani ilə məsələdə adı hallanan hospitaldan cavab: "Bizdə nə müalicə alıb, nə də ölüb" - YENİLƏNİB

Ömrü Sultani kimi tanınan bloqer Tünzalə Sultanovanın vəfatı ilə bağlı məlumatlar reallığı əks etdirməyib. "EGE Hospital"ın icraçı direktoru Rafael Əliyev -a verdiyi açıqlamada yayılan məlumatları təkzib edib. O qeyd edib ki, Tünzalə Sultanova "EGE Hospital"da müalicə almayıb:. "Tünzal

20 dekabr
.

Silahlı dava: ata öldü, oğlu və qardaşı oğlu yaralandı - VİDEO

Türkiyənin Kayseri şəhərində baş verən silahlı insidentdə bir nəfər həyatını itirib, iki nəfər isə yaralanıb. türk mediasına istinadən xəbər verir ki, hadisə saat 15:30 radələrində Organize Sənaye Bölgəsinin 22-ci küçəsində, boş bir ərazidə qeydə alınıb. Ethem Tatlı, oğlu M.T. və qardaşı oğlu V.T. il

18 dekabr