Sərkisyan: "Azərbaycandan..."
Bu gün Ermənistan prezidenti Serj Sərkisyan Müdafiə Nazirliyinə gedərək ordunun komandan heyəti ilə görüşüb, onların qarşısında nitqlə çıxış edib.
Sərkisyan çıxışında əsasən Ermənistanda apreldə keçiriləcək parlament seçkiləri və ölkənin parlament üsul-idarəçiliyinə keçidinə hazırlıqla bağlı danışıb.
Ermənistan prezidenti deyib ki, silahlı qüvvələr partiyalardan və siyasətdən kənardadır. Onun sözlərinə görə, müdafiə naziri Vigen Sərkisyan hakim Respublika partiyasının seçki siyahısına başçılıq etsə də heç bir seçkiqabağı təbliğat aparmayacaq və səlahiyyətlərinin icrasına zidd addımlar atmayacaq.
"Orduda partiyalararası müzakirələr olmayacaq, və biz də belə müzakirələri orduya yeritməyəcəyik. Üstəlik xəbərdarlıq edirəm ki, belə hallara görə cəza nəzərdə tutulur", - Sərkisyan deyib.
Ermənistan dövlət başçısının sözlərinə görə, ehtiyatlı olmaq lazımdır, çünki Azərbaycan Ermənistandakı seçkiqabağı mübarizədən istifadə edə bilər. Ona görə də Sərkisyan orduya "parlament seçkiləri dövründə ayıq və uzaqgörən olmağı" tapşırıb.
Daha sonra Qarabağ məsələsindən danışan Sərkisyan deyib ki, münaqişənin nizamlanmasında hansısa dönüş hazırda mümkün deyil. Yeganə yol Azərbaycanla Ermənistan arasında qüvvələrin tarazlığını saxlamaqdır:
"Bakı bizi həmişə status-kvonu saxlamaqda günahlandırır. Lakin bu, doğru deyil. Hamını əmin etmək istəyirəm ki, biz doğrudan da problemin həllini arzu edirik. Ancaq reallıq belədir ki, azərbaycanlılar bizim üçün məqbul olmayan həll təklif edirlər, bu səbəbdən problem həll olunmur".
Ermənistan prezidenti əlavə edib ki, danışıqlar davam etməli, sülh əldə olunmalıdır. Ancaq birtərəfli güzəştlər hesabına yox. "Biz situasiyanı dəqiq dərk edirik və Azərbaycandan birtərəfli güzəştlər gözləmirik. Eyni zamanda Azərbaycanın da bu sadə, aydın prinsipi anlamasını istəyirik" - o deyib.
Sərkisyan əlavə edib ki, Ermənistan Azərbaycanla silahlanma yarışına girməyəcək, ancaq qüvvələr balansını saxlayacaq. Çünki onun fikrincə bu qüvvələr balansının pozulması cəhdi hərbi əməliyyatların yenidən başlanması riskini yaradır.
Mənbə: virtualaz.org
Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət Baxılıb: 6248 Tarix: 20 fevral 2017
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda PaylaşƏrdoğan Azərbaycanın yeni səfiri ilə görüşəcək
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın bu ölkəyə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədovun etimadnaməsini qəbul edəcək. Türkiyə Prezident Administrasiyasının rəsmi saytında bu barədə məlumat dərc olunub. Təqdimat mərasimi Türkiyə Prezident Sarayında yerli vaxtl
9 sentyabr 2021"15 qəpiklə heç kim kasıblamaz" - Deputatdan bahalaşmaya reaksiya
"Hazırda ölkə iqtisadi cəhətdən ciddi bir dövrünü yaşayır. Həm COVID-19 pandemiyası, həm də Vətən müharibəsi ilə əlaqədar olaraq xərclərimiz çoxdur. Həmçinin dövlət son illər hərbiyə də olduqca çox vəsait ayırır. Doğrudur, Azərbaycan kifayət qədər iqtisadi gücə malikdir, amma bizim ABŞ-da olduğ
15 sentyabr 2021Kərim Vəliyev Türkiyədə - Əməkdaşlıq məsələləri müzakirə olunacaq
Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-leytenant Kərim Vəliyev Türkiyə Respublikasında rəsmi səfərdədir. Müdafiə Nazirliyindən -a verilən məlumata görə, səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinin Türkiyə Respublikasının hərb
12 sentyabr 2021Laçın təlimləri anti-terror əməliyyatlarının başlanğıcıdır? - AÇIQLAMA
Xəbər verdiyimiz kimi, ötən gün Laçın rayonunda Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında bağlanmış hərbi sahədə əməkdaşlıq haqqında sazişə əsasən, Laçın rayonunda birgə döyüş atışlı taktiki təlim başlayıb. Azərbaycan və Türkiyə hərbçilərinin iştirakı ilə keçirilən təlimdə əsas məqsə
7 sentyabr 2021"Onlar sülhməramlı deyil, "erməniməramlı"dır" - Deputatdan SƏRT AÇIQLAMA
Xəbər verdiyimiz kimi, ötən gün Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev BBC-yə müsahibəsində bildirib ki, Qarabağda Rusiya sülhməramlılarının mandatı ilə bağlı əlavə hüquqi mexanizmlər məsələsi barədə tərəflər arasınd
6 sentyabr 2021Ermənistanla sülh müqaviləsi hansı tarixdə imzalanacaq? - AÇIQLAMA
"Biz sülh müqaviləsinin hansı şərtlərlə imzalanacağına fikir verməliyik. Ermənistan tərəfi indi yalnız mümkün qədər çox güzəşt əldə etməyə çalışır. Bütün bunlara görə də təxribatların baş verir. Bu sözləri -a açıqlama verən Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidmətinin rəhbəri, beynəlxalq məsələlə
18 sentyabr 2021Əfqanıstanda nələr baş verir? - Əmrullah Saleh şayiələri TƏKZİB ETDİ
Əfqanıstanın keçmiş vitse-prezidenti və Milli Müqavimət Cəbhəsinin liderlərindən olan Əmrullah Saleh, Pəncşir əyaləti və Əfqanıstanı tərk etdiyi barədə iddiaların yalan və düşmən təbliğatı olduğunu deyib. "Taliban" qüvvələrinin Pəncşir əyalətini ələ keçirdikləri barədə iddiaları ilə bağlı "Euronews"
4 sentyabr 2021