İdmançılar arasındakı insidentlə bağlı RƏSMİ AÇIQLAMA
Cüdo üzrə gənc oğlanlardan ibarət milli komandanın Avropa Kubokunda iştirak üçün Şimali Makedoniyaya səfəri ərəfəsində komanda üzvləri Tuncay Şamil və Aslan Kotsoyev arasında insident baş verib.
Sonxeber.az xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyası açıqlama yayıb.
Bildirilib ki, hər iki idmançı yarışdan kənarlaşdırılıb və məsələ Federasiyanın Nizam-İntizam Komitəsində araşdırılıb: "Nizam-İntizam Komitəsi idmançılarla görüşlər keçirib, onların yazılı izahatlarını və mövcud faktları (səs yazılarını) nəzərdən keçirib. Eyni zamanda idmançıların indiyə qədər nümayiş etdirdikləri davranışları və aldıqları cəzaları həmçinin milli komanda rəhbərliyinin təkliflərini qiymətləndirib.
Komitə Tuncay Şamilin Beynəlxalq Cüdo Federasiyasının Etik Kodeksinə, Azərbaycan Cüdo Federasiyasının Etika Məcəlləsinə və ümumilikdə cüdo dəyərlərinə zidd hərəkətləri səbəbindən Azərbaycan Milli Komandasının tərkibindən müddətsiz uzaqlaşdırılması, milli komandanın tərkibində beynəlxalq yarış və təlim-məşq toplanışlarında iştirakına qadağa qoyulması barədə qərar verib.
Qeyd edək ki, bundan əvvəl də Tuncay Şamil dəfələrlə daxili qaydaları pozub, beynəlxalq və yerli yarışlardan kənarlaşdırılıb.
İdmançının əxlaqı, səbri və intizamı yüksək önəm kəsb edir və idman potensialı bu dəyərlərin üzərində formalaşır. Azərbaycan Cüdo Federasiyası gələcəkdə də öz əsas prinsiplərinə və cüdonun şərəf kodeksinə sadiq qalacağını vurğulayır".
Sonxeber.az
Telegramda izləyin
İdman Baxılıb: 804 Tarix: 03 sentyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Kolumbiya - Qana oyununun ən yaxşısı seçildi
DÇ-2026-nın 1/16 finalında keçirilən Kolumbiya - Qana matçının (1:0) ən yaxşı oyunçusu açıqlanıb. "Qafqazinfo" FİFA-ya istinadən xəbər verir ki, bu, Kolumbiya yığmasının futbolçusu Luis Dias olub. Qeyd edək ki, 29 yaşlı yarımmüdafiəçi görüşə start heyətdə başlayıb və 90-cı dəqiqədə əvəzləni
4 iyul"Qarabağ" - Vestri" oyununun biletləri satışda
Avropa Liqasının 1-ci təsnifat mərhələsində keçiriləcək "Qarabağ" - "Vestri" (İslandiya) matçının biletləri satışa çıxarılıb. Qaynarinfo xəbər verir ki, satış prosesi saat 15:00-dan etibarən başlayıb. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşmanın standart biletlərini
3 iyulDünya çempionatında Niderland 3:1 hesabı ilə qalib gəlib
Futbol üzrə dünya çempionatında növbəti oyun keçirilib. xəbər verir ki, Kanzas stadionunda F qrupunun II turunda Niderland və Tunis milliləri üz-üzə gəlib. Görüşdə avropalılar 3:1 hesabı ilə qələbə qazanıblar. Qrup mərhələsini lider kimi başa vuran Niderland yığması növbəti mərhələdə C qrupunun ikincis
26 iyun"Qarabağ" bu futbolçusunu 6,8 milyona satır - Danışıqlar yekunlaşır
Şotlandiyanın "Seltik" klubu "Qarabağ"ın hücumçusu Kamilo Duranın transferini yaxın günlərdə rəsmiləşdirməyə hazırlaşır. Qaynarinfo "Glasgow Times"a istinadən xəbər verir ki, kolumbiyalı futbolçunun menecerləri hazırda Şotlandiyadadır və tərəflər müqavilənin yekun şərtlərin
6 iyulSevgilisi Ronaldonun neçə yaşadək oynayacağını açıqladı
Georgina Rodriqez futbol ulduzu Kriştiano Ronaldonun 41 yaşında belə yüksək səviyyədə çıxış etməsinin sirrindən danışıb. -ın xəbərinə görə, Rodriqez sosial şəbəkədə yazıb ki, Ronaldonun futbola olan sevgisi və motivasiyası tanış olduqları ilk gündə necə idisə, bu gün də eynidir. "İnanılmazdır ki
28 iyun"Neftçi" Rikardinyonu transfer edir
"Neftçi" Çexiyanın "Viktoriya" klubunun sabiq futbolçusu Rikardinyonu heyətinə qatmaqda israrlıdır. Qazaxıstan mətbuatına istinadən xəbər verir ki, tərəflər arasında danışıqlar artıq son mərhələdədir. 25 yaşlı braziliyalı hücumçunun da karyerasını Azərbaycanda davam etdirməkdə maraql
7 iyulDÇ-2026: Fransa darmadağınla 1/8 finalda
Futbol üzrə dünya çempionatında Fransa İsveçi məğlub edib. Qaynarinfo-nun məlumatına görə, Nyu-York/Nyu-Cersi stadionunda keçirilən 1/16 final mərhələsinin matçında fransızlar 3:0 hesablı qələbəyə seviniblər. Baş məşqçi Didye Deşamın rəhbərlik etdiyi kollektivdə 45 və 74-cü dəqiqələrdə Kilian Mbapp
1 iyulFIFA prezidentindən Messiyə mesaj: "Sən qeyri-mümkünü mümkün edirsən"
FIFA prezidenti Canni İnfantino Argentina yığmasının hücumçusu Lionel Messiyə xüsusi müraciət ünvanlayıb. xəbər verir ki, bu barədə İnfantino sosial şəbəkə hesabında paylaşım edib. "Sənin futbol oynamağını görmək hər zaman bu idman növünün ən böyük imtiyazlarından biri olub, əziz Lionel Messi. Sə
28 iyunRafael Fiziyevin nokautla qələbəyə görə qazandığı məbləğ bəlli oldu
"UFC Fight Night Baku" turnirinin turnirinin bonus sahibləri müəyyənləşib. xəbər verir ki, "Gecənin performansı" bonusuna dörd döyüşçü layiq görülüb: Rafael Fiziyev, Asu Almabayev, Abdul Rahman Yahyayev və Daniil Donçenko. Onların hər biri 100 min ABŞ dolları məbləğində mükafat qazanıb
28 iyun