Rusiyalı həkim insan bədənində ən tez və ən gec yaşlanan orqanları açıqladı
İnsan orqanizmindəki orqanlar eyni sürətlə yaşlanmır.
Oxu.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə həkim-onkoloq İlya Kolışev məlumat verib.
Mütəxəssisin sözlərinə görə, məhz buna görə də orqanizmin bioloji yaşı ayrı-ayrı orqan və sistemlərin funksional vəziyyəti ilə həmişə üst-üstə düşmür.
Ekspert vurğulayıb ki, müasir elmdə qocalmanın vahid mexanizmi müəyyən edilməyib. Yaşlanma prosesinə hüceyrələrin sərbəst radikalların təsiri ilə zədələnməsi, telomerlərin qısalması, zülalların qlikasiyası və hüceyrədaxili təmizlənmə sistemlərində yaranan pozuntular da daxil olmaqla bir sıra amillər təsir göstərir.
Kolışev bildirib ki, insan orqanizmində ən tez qocalan orqan immun hüceyrələrinin formalaşmasında mühüm rol oynayan timus vəzidir. Təxminən 21 yaşından etibarən bu vəz tədricən yağ toxuması ilə əvəz olunur və zaman keçdikcə funksiyasını itirməyə başlayır.
Onun sözlərinə görə, piy toxuması, qan damarları, ürək-damar sistemi hüceyrələri, sümük iliyi və bağırsaqlar da digər orqan və toxumalarla müqayisədə daha sürətlə qocalır. Həkim bunu orqanizmin çox yüklənməsi, hüceyrələrin intensiv yenilənməsi və maddələr mübadiləsinin xüsusiyyətləri ilə izah edib.
Eyni zamanda, kompensasiya mexanizmləri sayəsində beyin və qaraciyərdə yaşlanma prosesi daha yavaş gedə bilər. Ağır yüklənmələrə baxmayaraq, qaraciyər yüksək bərpa və təmizlənmə qabiliyyətini uzun müddət qoruyub saxlayır.
Onkoloq əlavə edib ki, orqanizmdə ən gec qocalan toxuma isə sümük toxumasıdır.
Mütəxəssis qocalmanın qarşısını tam alan universal dərmanın olmadığını da vurğulayıb. Onun sözlərinə görə, sağlam həyat tərzi bu baxımdan həlledici rol oynayır. Alkoqol qəbulu, siqaret, xroniki yuxusuzluq və stres hüceyrələrin zədələnməsini sürətləndirir. Əvəzində isə müntəzəm gəzintilər və orta intensivlikli fiziki aktivlik orqanların normal fəaliyyətini dəstəkləyir.
Həkim, xüsusilə, ürək-damar sisteminin sağlamlığına diqqət yetirməyi tövsiyə edib. Çünki əzələlərin, beynin və digər həyati vacib orqanların qidalanması birbaşa sağlam qan dövranından asılıdır. Buna görə də qan təzyiqini nəzarətdə saxlamaq, aktiv həyat tərzi sürmək və risk faktorlarını minimuma endirmək sağlam ömrün uzanmasına kömək edə bilər.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 3328 Tarix: 05 iyul 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Pulsuz "Wi-Fi" sizə baha başa gələ bilər - Səbəb
Bakıda restoran, hotel və digər ictimai məkanlarda parolsuz "Wi-Fi" şəbəkələrindən istifadə geniş yayılıb. Lakin mütəxəssislər xəbərdarlıq edirlər ki, belə şəbəkələrə ehtiyatsız qoşulmaq şəxsi və maliyyə məlumatlarının ələ keçirilməsi ilə nəticələnə bilər. xəbər verir ki, Baku TV-nin sorğusund
3 oktyabrYaponlar buna görə göbəyə gül suyu damladırmışlar
Yapon mədəniyyətindən qaynaqlandığı iddia edilən və göbək nahiyəsinə gül suyu damlatmağa əsaslanan sadə üsul sosial şəbəkələrdə yenidən populyarlaşıb. xəbər verir ki, kiçik bir pambıq parça gül suyu ilə ısladılaraq göbək dəliyinin üzərinə qoyulur və dərinin onu əmməsi üçün 10-15 dəqiqə gözlənilir. Əsasə
11 oktyabrYataq dəstlərini yumşaldan sadə üsul
Yataq dəstlərinin yuyulduqdan sonra daha yumşaq və təravətli olması üçün mütəxəssis paltaryuyan maşının barabanına mətbəxdə olan sadə vasitələrdən birini əlavə etməyi məsləhət görür. bu üsulu təqdim edir:. Zaman keçdikcə yataq dəstləri sərtləşə, əvvəlki təravətini itirə və xoşagəlməz qoxuları özünə çək
4 oktyabrBelə pomidorları almayın
Pomidor alarkən yalnız rənginə və zahiri görünüşünə diqqət etmək kifayət deyil. Hətta yetişmiş və iştahaçan görünən pomidorların arasında keyfiyyətsiz və ya xarab olmağa başlayan məhsullar ola bilər. Mütəxəssislər bazarda və mağazada pomidor seçərkən bir neçə vacib əlamətə diqqət etməyi tövsiyə edirlər
11 oktyabrA frame ev tikintisi üçün torpaq sahəsi necə seçilməlidir?
A frame ev tikmək üçün torpaq axtararkən sahənin relyefi, torpağın quruluşu və tikilinin yerləşəcəyi hissə nəzərə alınmalıdır. Düz və ya az maili ərazi tikinti işlərini asanlaşdırır, çox maili və nəm torpaq isə əlavə qazıntı, drenaj və fundament işləri tələb edə bilər. Sahəyə girişin olması, su və elektri
5 oktyabrLimon alarkən ehtiyatlı olun
Limon seçərkən qabığında yumşalmış və sulu ləkələrə bənzəyən hissələrin olub-olmadığını yoxlamaq lazımdır. Belə sahələr kiflənmənin ilkin əlaməti ola bilər. Kaliforniya Universitetinin Lindkov Tədqiqat və Məsləhət Mərkəzinin sitrus bitkiləri üzrə mütəxəssisi Sandipa Qautam limon seçərkən nələrə diqqə
10 oktyabrZaman artıq nüvə ilə ölçüləcək - Yeni saat növü yaradıldı
Alimlər işıqla atom nüvəsi arasındakı qarşılıqlı təsirləri izləyərək vaxtı ölçən ilk işlək nüvə saatlarını hazırlayıblar. Yeni texnologiyanın gələcəkdə atom saatlarının dəqiqliyini üstələyə biləcəyi bildirilir. "Qafqazinfo" xəbər verir ki, 70 ildən çoxdur istifadə olunan atom saatları elektronları
8 oktyabr