Rusiyadan qorxunc QARABAĞ XƏBƏRDARLIĞI: "Ciddi hazırlıq gedir, müharibə qaçılmazdır"

Rusiyadan qorxunc QARABAĞ XƏBƏRDARLIĞI: "Ciddi hazırlıq gedir, müharibə qaçılmazdır""Qarabağda yeni müharibə qaçılmazdır. Çünki tərəflər arasında danışıqlar yoxdur. Həmçinin, toqquşma təkcə Qarabağ zonasında yox, Ermənistan-Azərbaycan sərhədində də ola bilər".

Bu barədə rusiyalı hərbi ekspert Pavel Felqenqauer deyib.

Onun sözlərinə görə, münaqişə tərəfləri yeni müharibəyə ciddi şəkildə hazırlaşır: "Mən toqquşmanın konkret nə vaxt olacağını deyə bilmərəm, lakin bu, gec-tez baş verəcək. Hücumun kimin başlayacağını da dəqiq deyə bilmərəm. Müharibənin miqyasının nə qədər ola biləcəyini də demək çətindir. Bu, ötən ilin aprelində olduğu kimi də baş verə, yaxud daha genişmiqyaslı və uzun müddətli ola bilər. Lakin yenə deyirəm, yeni hərbi toqquşma mütləq baş verəcək. Ümid edə bilərik ki, bu dəfə də toqquşmalar apreldəki kimi qısa müddətli olsun".

Hərbi ekspert vurğulayıb ki, münaqişə ilə bağlı siyasi proses donub, əvəzində Ermənistan və Azərbaycan orduları ciddi şəkildə müharibəyə hazırlaşır: "Onu da bildirim ki, müharibənin başlaması üçün kimin birinci güllə atmasının əhəmiyyəti yoxdur. Çünki tərəflər hər gün üz-üzədir və güllələr atılır".
P.Felqenqauer qeyd edib ki, yeni eskalasiya Rusiyaya lazım deyil.
"Kremlin başqa qayğıları var: Suriya, Ukrayna, Trampla anlaşma. Əgər Qarabağda toqquşma baş verərsə, bu, Rusiya üçün əlavə yükdür və Moskva tərəflərə atəşi dayandırmaq üçün təzyiq göstərəcək, tərəfləri inandırmağa çalışacaq", - deyə o bildirib.

Mənbə: publika.az


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 4853   Tarix: 22 fevral 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Prezident Türkiyə ilə vacib sazişləri TƏSDİQLƏDİ

"Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş" təsdiq edilib. xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq qanun

4 may
.

Ermənistanda çaxnaşma: Nəzarətdən çıxan bir qrup hərbçi saxlanıldı - YENİLƏNİB

Ermənistanın Tavuş vilayətinin Kirants kəndində aksiyalara qoşulan hərbi qulluqçular cinayət məsuliyyətinə cəlb olunublar. Bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb. Bildirilib ki, erməni zabit A.Ç. və gizir F.B. 12 sıravi müqaviləli hərbçiyə etirazların baş verdiyi əraziyə getmələrini tapşırıb

27 aprel
.

Prezidentin sərəncamı 3 minə yaxın şəxsə şamil olunacaq

Prezident İlham Əliyevin yeni Sərəncamı İkinci Dünya müharibəsi iştirakçıları və sənəddə nəzərdə tutulan digər şəxslərdən ibarət 300-ə yaxın şəxsə şamil olunacaq. xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən birdəfəlik maddi yardımlar İkinci Dünya müharibəsi iştirakçılarını

2 may
.

Prezident: "Ölkəmizdəki müxtəlif etnik qrup və dinlərin təmsilçiləri dövlətimizin vətənpərvər insanlarıdır"

"Azərbaycanda müxtəlif etnik qrupların və dinlərin təmsilçiləri bir ailə kimi yaşayırlar. Onlar Azərbaycanın dəyərli vətəndaşları, bizim dövlətimizin, dövlətçiliyimizin əsl vətənpərvər insanlarıdır". AZƏRTAC xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev mayın 1-də Bakıda işə başlaya

1 may
.

"İranın Azərbaycana dostluq mesajları verib, Təbrizdə Ermənistanın baş konsulluğunu açması düzgün və etik deyil" -Politoloq

Yaxın zamanlarda Təbrizdə Ermənistanın Baş Konsulluğu açılacaq. Bununla bağlı Ermənistan hökumətinin iclasında qərar qəbul edilib. Eyni zamanda, baş konsulun əldə edəcəyi maaş da açıqlanıb. Bildirilir ki, konsulun gəliri 2565 dollar həcmində təyin edilib. Təbrizdə Ermənistanın baş konsulugun açıqlmas

26 aprel
.

İlham Əliyev və Putin görüşünün kadrarxası görüntüləri - Video

Məlum olduğu kimi, Azərbaycan Prezidenti İlham Əliyev aprelin 22-də Moskvaya rəsmi səfər edib və Rusiya lideri Vladimir Putinlə görüşüb. "Qafqazinfo" xəbər verir ki, Rusiya mediası liderlərin görüşünə dair yeni və əsasən kadrarxası görüntüləri yayıb. Sözügedən görüntüləri isə "Rossiy

29 aprel
.

"Almatıda keçiriləcək görüş, aparılan danışıqlar prosesinə müsbət təsir göstərəcək" - Politoloq

Xəbər verdiyimiz kimi, Ermənistan və Azərbaycanın xarici işlər nazirləri Ararat Mirzoyanla Ceyhun Bayramov Almatıda görüşəcəklər. Bununla bağlı Ermənistan XİN-in mətbuat katibi Ani Badalyan məlumat verib. Bununla belə, görüşün konkret tarixi açıqlanmayıb. Məsələ ilə bağlı politoloq Məhəmməd Əsədullazad

1 may
.

İlham Əliyevin Berlində Olaf Şolts ilə geniş tərkibdə görüşü başlayıb

Aprelin 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Berlində Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts ilə geniş tərkibdə görüşü başlayıb. Bununla bağlı AZƏRTAC məlumat yayıb

26 aprel
.

İranın mədəniyyət naziri Azərbaycana gələcək

İranın mədəniyyət naziri Məhəmməd Mehdi İsmaili Azərbaycana gələcək. Bu barədə nazir yerli mediaya açıqlamasında bəyan edib. Onun sözlərinə görə, səfərin məqsədi region ölkələri ilə münasibətlərin yaxşılaşdırılması yolunu davam etdirmək və beynəlxalq sammitdə iştirak etməkdir. M.M.İsmaili rəsmilərl

29 aprel