Dollar üçün böyük gün - "Bu gün axşam..."

Dollar üçün böyük gün - "Bu gün axşam..."ABŞ Federal Ehtiyat Sisteminin (FED) son iclasının protokollarının bu gün, fevralın 22-də axşam saatlarında açıqlanması gözlənilir.

Protokollarda investorlar tərəfindən FED-in uçot dərəcəsinin artırması planlarını gücləndirməsi və ya bir qədər yumşaltması siqnalları araşdırılıb təhlil ediləcək. Nəticəyə əsasən, ABŞ dollarının daha da möhkəmlənməsi və ya ucuzlaşması gözlənilir.

Xatırladaq ki, fevralın 20-də Klivlendin FED rəhbəri Loretta Mester cari iqtisadi göstəricilərin artım tempinin davam edəcəyi halda mart ayındakı iclasda uçot dərəcəsinin artırılmasına dəstək verəcəyini bildirib. Bundan sonra dollar əsas valyutalarla müqayisədə möhkəmlənib. Belə ki, avronun məzənnəsi 1,1% azalaraq 1,0637 USD/EUR-dan 1,0520 USD/EUR-a düşüb. Bununla yanaşı, Filadelfiyanın FED rəhbəri Patrik Xarker də inflyasiyanın sürətlənməsi və istehsalın güclənməsi durumunda mart iclasında uçot dərəcəsinin artırılması zərurətini bildirib. Xatırladaq ki, FED-in növbəti iclası martın 14-15-də keçiriləcək.

"Report"un analitik qrupu bildirir ki, dolların güclənməsinə həmçinin Fransada prezidentliyə namizəd Marin Le Penin prezident seçkilərində lider mövqeyinə yüksəlməsi səbəb olub. Belə ki, Marin Le Pen Avropa İttifaqı və avro ilə bağlı davamlı olaraq mənfi fikirlər səsləndirir. Bu da öz növbəsində avronun mövqelərini zəiflədərək dolları gücləndirir. Analitik qrup FED-in mart iclasına qədər USD/EUR məzənnəsinin 1,04 səviyyəsinə yaxınlaşacağı, uçot dərəcəsinin mümkün artımından sonra isə dolların bir qədər ucuzlaşacağı, lakin Fransadakı 23 aprel - prezident seçkilərinə qədər güclü mövqeyini qoruyacağı ehtimal edilir. Ümumiyyətlə, il ərzində avro/dollar cütlüyünün əsasən 1,04-1,08 USD/EUR diapazonunda hərəkət edəcəyi proqnozlaşdırılır.

Mənbə: report.az


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İqtisadiyyat   Baxılıb: 4649   Tarix: 22 fevral 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycan nefti ucuzlaşdı

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 0,43 ABŞ dolları, yaxud 0,6 % azalıb. xəbər verir ki, "Azeri Light" markalı neftin bir barelinin qiyməti 73,53 ABŞ dolları təşkil edib. Xatırladaq ki, "Azeri LT CIF" neftinin ən aşağ

4 sentyabr 2021
.

Ceyhan limanından nə qədər BTC nefti nəql olunub?

Bu ilin yanvar-iyul ayları ərzində Bakı-Tiflis-Ceyhan (BTC) boru kəmərinin Türkiyə ərazisində istismarını həyata keçirən "BOTAS International Limited" (BIL) şirkəti Ceyhan terminalından 113,8 milyon barrel xam neft nəql edib. xəbər verir ki, bu barədə şirkət özü məlumat yayıb. Bu həcmdə xa

31 iyul 2021
.

Dünya bazarında neft qiymətləri necə dəyişib?

Dünya bazarında neft qiymətləri yüksəlib. Bu barədə RT məlumat yayıb. Belə ki, WTI markalı neftin avqust fyuçersləri 0,15 faiz bahalaşıb və bir barelinin qiyməti 66,52 ABŞ dolları təşkil edib. "Brent" markalı neftin sentyabr fyuçersləri 0,16 faiz bahalaşıb və dəyəri 68,73 ABŞ dolları olub

20 iyul 2021
.

İran azad olunan Azərbaycan ərazilərinə yaxın məkanda bazar yaradır

İran Azərbaycanın işğaldan azad olunan ərazilərində yaxın məkanda tikinti materialları bazarının yaratmaq niyyətindədir. Bunu Trend-ə açıqlamasında İranın Şərqi Azərbaycan valisinin iqtisadi məsələlər üzrə müavini Əli Cahangiri deyib. Ə.Cahangirinin sözlərinə görə, İranın Şərqi Azərbaycan vilayətind

13 iyul 2021
.

Bitkoinin qiyməti 42 min dollara yaxınlaşdı

Dünyanın aparıcı kriptovalyutası - bitkoinin qiyməti 41 840 ABŞ dollarına çatıb. xəbər verir ki, kriptovalyuta son 24 saat ərzində 7,94 %, son 7 gün ərzində isə 23,40 % bahalaşıb. Nəticədə onun kapitallaşması 783,73 milyard dollara çatıb. Kapitallaşmaya görə 2-ci pillədə qərarlaşan "Ethereum"u

1 avqust 2021
.

Toylara icazənin verilməsi qızıl bazarına necə təsir edəcək? - AÇIQLAMA

Xəbər verdiyimiz ki, iyulun 1-dən ölkəmizdə toylara icazə verilib. Bu, təbii ki, qızıl satışının artımı deməkdir. Bəs qızıl satışında uzunmüddətli durğunluqdan sonra bahalaşma ola bilərmi?. Məsələ ilə bağlı -a açıqlama verən iqtisadçı-ekspert Elmir Səfərli bildirib ki, qızıl satışında bahalaşma gözlənilmir:

6 iyul 2021
.

Xakerlərin istədiyi pul ödəndi, ABŞ-ın ən böyük yanacaq kəməri fəaliyyətini BƏRPA ETDİ

ABŞ-ın ən iri daxili yanacaq boru kəməri sistemi Colonial Pipeline həftənin çərşənbə günü fəaliyyətini qismən, dünən isə tam bərpa edə bilib. Lakin iddialara görə, bu, heç də operator şirkətə havayı başa gəlməyib. -a istinadən xəbər verir ki, bir sıra amerikan KİV-lərinə istinadla xəbər verir ki, ad

14 may 2021
.

Bakıda kirayə evlərin qiyməti bahalaşacaq? - AÇIQLAMA

Artıq bir ildir ki, təhsil distant şəkildə davam etdirilir. Həmin səbəbdən də tələbələrin rayondan axını azalıb və bu, kirayə evlərin icarəsində durğunluq yaradıb. Dünən isə Təhsil Nazirliyi sentyabr ayının 29-da ali təhsil ocaqlarında və kolleclərdə dərslərin əyani şəkildə olacağı ilə bağlı qərarın

8 sentyabr 2021
.

Maliyyə Nazirliyi 60 milyon manat da BORC ALDI

18 may 2021-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0105016882 ISIN-li, 40 milyon manat həcmində, 728 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilib. Hərrac zamanı 18 investor tərəfindən qiymət interval

18 may 2021