Son dəqiqə! Abid Şərifov Mehriban Əliyevanın Birinci vitse-prezident təyin edilməsinə münasibət bildirdi

Son dəqiqə! Abid Şərifov Mehriban Əliyevanın Birinci vitse-prezident təyin edilməsinə münasibət bildirdiBaş nazirin müavini Mehriban Əliyevanın ölkədə misilsiz humanitar addımlar atdığını da söyləyib:

"Bir neçə il öncə Heydər Əliyev Fondunun təşəbbüsü ilə Abşeron rayonunun Masazır qəsəbəsində uşaq evləri və internat məktəblərinin məzunları üçün yaşayış binası inşa edilərək, istifadəyə verilib. Bu bina 120 mənzildən ibarətdir və bütün şəraitlə təmin olunub. Bəzən buna "yetimlər evi" deyirlər. Ancaq buranı "yetimlər evi" adlandırmaq doğru deyil. Burada mənzillə təmin olunan gənclərin hər biri valideynlərini itirmiş kimsəsiz uşaqlardır. Onların yaşamağa yerləri yox idi. Çox sağ olsun ki, Mehriban xanımın təşəbbüsü ilə həmin bina inşa edilərək, istifadəyə verildi. Bu gün həmin kimsəsiz insanlar yüksək səviyyəli şəraiti olan həmin mənzillərlə təmin olunub. Bu cür yardım və dəstəklər hansı ölkələrdə var? İnanın ki, əksər inkişaf edən ölkələrdə belə bu cür işlər görülmür. Bu ağıla gəlməz müsbət işlərdir. Bu işləri görmək üçün isə böyük humanistlik lazımdır".

A.Şərifov bildirib ki, Mehriban Əliyeva təkcə mədəniyyət və humanitar sahələrdə deyil, səhiyyə sahəsində də böyük uğurlar və nüfuz qazanıb

"Ona görə də bu yaxınlarda Mehriban Əliyeva beynəlxalq tibb elmi sahəsindəki xidmətlərinə və İsrail ilə Azərbaycan arasında səhiyyə əlaqələrinin inkişafına töhfələrinə görə İsrail Tibb Akademiyasının fəxri doktoru diplomuna layiq görülüb. Bütün bunları ona gördüyü uğurlu işlərə görə verirlər. Ona görə də Mehriban Əliyevanın Azərbaycanın Birinci vitse-prezidenti təyin edilməsi çox sevindirici addımdır. Bu, Azərbaycan xalqının mütləq əksəriyyətinin ürəyindən olan seçimdir. Mən özümün və ailəmin adından Mehriban xanımı bu vəzifəyə təyin olunduğu üçün təbrik edirəm, ona uğurlar arzu edirəm. Cənab Prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya can sağlığı arzu edirəm. Arzum budur ki, Azərbaycanın uğurlu daha da artsın, xalqımız daha firavan yaşasın!".

Baş nazirin müavini Abid Şərifov Prezident İlham Əliyevin sərəncamı ilə Mehriban Əliyevanın Azərbaycanın Birinci vitse-prezidenti təyin edilməsinə münasibət bildirib.

A.Şərifov deyib ki, sözügedən təyinat Azərbaycanın uğurudur:

"Bu, bütün Azərbaycanın uğurudur. Mən bu sərəncama çox sevinirəm. Bu, Azərbaycanın gələcək inkişafı üçün çox vaxtında və düzgün düşünülmüş təyinatdır. Mehriban xanımın Azərbaycan üçün gördüyü işlər və ölkədə qazandığı hörmət hamının gözü qarşısındadır. Mehriban Əliyeva çox qısa müddətdə Azərbaycanı İtaliyada, Fransada və digər dünya dövlətlərində nüfuzlu ölkə kimi tanıdıb. Bu qədər işləri ancaq hər hansı nazirlik görə bilərdi. Ancaq Mehriban xanım bu işləri təkbaşına görüb. Bunun nəticəsində də Azərbaycan bu gün dünyada yaxşı cəhətdən tanınır, beynəlxalq nüfuz qazanan ölkəyə çevrilib".

A.Şərifov qeyd edib ki, indi Azərbaycan həm İslam dünyasında, həm də Qərbdə nüfuzlu və inkişaf edən müstəqil dövlətdir:

"Diqqət edin, ilk dəfəyə yüksək səviyyədə olimpiyada təşkil etmək hər bir adamın və ya ölkənin bacaracağı iş deyil idi. Bunun üçün həmin ölkənin zəngin təcrübəsi olmalıdır. Amma Mehriban Əliyeva "Avroviziya" beynəlxalq mahnı müsabiqəsinin, "Bakı 2015" ilk Avropa Oyunlarının və digər mötəbər tədbirlərin Təşkilat Komitəsinin rəhbəri olaraq, bütün dünyanı heyran qoydu. Azərbaycan xalqı bu beynəlxalq tədbirlərə yüksək səviyyədə ev sahibliyi etməklə qürur hissi keçirdi, fərəhləndirdi. Bu il isə Bakıda IV İslam Həmrəyliyi Oyunları təşkil olunacaq. Bu çox ağır və şərəfli yükdür. Bu yükün öhdəsindən də hər adam gələ bilməz. Burada həm yüksək nüfuz, həm bilik-təcrübə, həm də güclü diplomatiya lazımdır. Ancaq Mehriban Əliyevanın gördüyü uğurlu işlər bizdə tam əminlik yaradır ki, Azərbaycan IV İslam Həmrəyliyi Oyunlarına da ən yüksək səviyyədə ev sahibliyi edəcək".

Mənbə: ölkə.az


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 20515   Tarix: 22 fevral 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Yeni təyin olunan rektor kimdir? - DOSYE

Prezident İlham Əliyev Heydər Xanış oğlu Əsədovun Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru təyin edilməsi haqqında Sərəncam imzalayıb. yeni təyin olunan rektorun dosyesini təqdim edir:. Heydər Əsədov 1959-cu il oktyabrın 24-də anadan olub. 1978-ci ildə Bakı Sovet Ticarəti Texnikumunun Mühasiba

2 may
.

İlham Əliyev akademiyaya yeni rektor təyin etdi

Prezident İlham Əliyev Heydər Xanış oğlu Əsədovun Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru təyin edilməsi haqqında Sərəncam imzalayıb. Bununla bağlı məlumat yayıb

2 may
.

Prezidentin yeni təyin etdiyi icra başçısı kimdir? - DOSYE

Ovni Mehbalı oğlu Muradov Naxçıvan Muxtar Respublikası Babək Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. xəbər verir ki, bu barədə Prezident İlham Əliyev müvafiq sərəncam imzalayıb. Ovni Muradov, əvvəllər Babək rayon E.Əliyev adına Nehrəm qəsəbə 2 nömrəli tam orta məktəbinin direktoru, Babək rayo

29 aprel
.

Azərbaycan və İran generalları görüşdülər

Azərbaycan Respublikası müdafiə nazirinin müavini - Əlahiddə Ümumqoşun Ordu komandanı general-polkovnik Kərəm Mustafayev İran İslam Respublikasına rəsmi səfər edib. Bununla bağlı Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. Səfər çərçivəsində İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisini

3 may
.

Əli Əsədov Türkiyəyə səfər edəcək

Azərbaycan və Türkiyə arasında may ayının 8-də Ankarada iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 11-ci iclası və biznes-forumu keçiriləcək. Bu barədə Türkiyənin Ankara Sanayi Odasından (Ankara Sənaye Palatası) məlumat verilib. Bildirilib ki, "Türkiyə-Azərbaycan Hökumətləraras

4 may
.

Ramin Məmmədov deputat mandatından məhrum edildi

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilib. "Qafqazinfo" xəbər verir ki, iclasda Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam verilməsi məsələsinə baxılıb. Məsələ səsverməyə çıxarılıb və Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam verilib. Qeyd edək ki, Prezident İlha

2 may
.

Azərbaycanla Ermənistan arasında 35 sərhəd dirəyi quraşdırılıb - VİDEO

Azərbaycan ilə Ermənistan arasındakı sərhəddə koordinatların dəqiqləşdirilməsi işləri çərçivəsində aparılan geodeziya ölçmələri əsasında nəzərdə tutulan işlərin yarısından çoxu 2024-cü il aprelin 29-dək yerinə yetirilib, 35 sərhəd dirəyi quraşdırılıb. xəbər verir ki, bu barədə Azərbaycan Baş nazirini

29 aprel
.

Azərbaycan XİN Avropa Parlamentinə cavab verib

Avropa Parlamentini bir daha Azərbaycanın daxili işlərinə və məhkəmə proseslərinə müdaxiləni dayandırmağa çağırırıq. report-a istinadən xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə Avropa Parlamentinin 25 aprel 2024-cü il tarixli qətnaməsi ilə bağlı bildirib

26 aprel
.

"Almatıda keçiriləcək görüş, aparılan danışıqlar prosesinə müsbət təsir göstərəcək" - Politoloq

Xəbər verdiyimiz kimi, Ermənistan və Azərbaycanın xarici işlər nazirləri Ararat Mirzoyanla Ceyhun Bayramov Almatıda görüşəcəklər. Bununla bağlı Ermənistan XİN-in mətbuat katibi Ani Badalyan məlumat verib. Bununla belə, görüşün konkret tarixi açıqlanmayıb. Məsələ ilə bağlı politoloq Məhəmməd Əsədullazad

1 may