Meyitxanalarda minlərlə cəsəd: Türkiyə üçün BÖYÜK TƏLƏ HAZIRLANIR

Meyitxanalarda minlərlə cəsəd: Türkiyə üçün BÖYÜK TƏLƏ HAZIRLANIR"Fərat Qalxanı" hərəkatı çərçivəsində Əl-Babın İŞİD-dən təmizlənməsindən sonra gözlər Rakka əməliyyatına çevrildi. Almaniya səfəri zamanı təyyarədə jurnalistlərin suallarını cavablandıran Türkiyənin baş naziri Binəli Yıldırım Rakkada əməliyyata birbaşa qatılmayacağını, taktikı dəstək verəcəklərini bildirib.
Mütəxəssislər Türkiyənin əməliyyata birbaşa qatılmamasının haqlı səbəblərinin olduğunu söyləyir.
Təhlükəsizlik üzrə mütəxəssis Abdullah Ağar bildirir ki, 2014-cü ilin iyunundan ABŞ-ın başçılıq etdiyi koalisiya və Rusiya İŞİD-ə qarşı mübarizə aparmasına baxmayaraq, təşkilat hələ də ayaqdadır:
"Rakka İŞİD-in ən böyük müqavimət meydanıdır. Motivasiyası isə hələ də çox yüksəkdir. Əl-Bab və Mosul əməliyyatları da bunu sübut edir. İŞİD İraq ordusunun 6 diviziyası və Suriya ordusundan ələ keçirdiyi konvansionel silahlarla, həmçinin digər mənbələrdən ona verilən və öz imkanları ilə istehsal etdiyi silahlarla varlığını böyük ölçüdə qoruyub saxlayır".
Abdullah Ağar bildirir ki, gizlədilsə belə, yalnız Mosul əməliyyatında İraq ordusu və peşmərgə (Şimali İraq kürd muxtariyyətinin silahlı qüvvələri –red) güclərinin itkiləri minlərlə ölçülür: "Haşdi Şabi" təşkilatının cansız bədənləri meyitxanalar və soyuduculara sığmır. Və bütün bunlar İŞİD-in gücü və əlindəki silahlarla bağlıdır".
Mütəxəssis qeyd edir ki, İŞİD-in de-fakto paytaxtı sayılan Rakkada vəziyyət tamamilə fərqli və mürəkkəbdir:
"ABŞ bu işi Demokratik Suriya Gücləri (DSG) adlandırdığı YPG/PKK ilə edə biləcəyinə inansa, Türkiyənin qapısını bir dəfə olsun belə döyməzdi. ABŞ hansı çətinliklə qarşı-qarşıya olduğunu çox yaxşı bilir. Artıq ssenarilər havada uçuşur. YPG/PKK ilə Türkiyənin eyni sırada olduğu bütün ssenarilərdə isə Türkiyə üçün böyük tələlər var".

Mənbə: publika.az


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 2563   Tarix: 22 fevral 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

"Almatıda keçiriləcək görüş, aparılan danışıqlar prosesinə müsbət təsir göstərəcək" - Politoloq

Xəbər verdiyimiz kimi, Ermənistan və Azərbaycanın xarici işlər nazirləri Ararat Mirzoyanla Ceyhun Bayramov Almatıda görüşəcəklər. Bununla bağlı Ermənistan XİN-in mətbuat katibi Ani Badalyan məlumat verib. Bununla belə, görüşün konkret tarixi açıqlanmayıb. Məsələ ilə bağlı politoloq Məhəmməd Əsədullazad

1 may
.

Azərbaycan və İran generalları görüşdülər

Azərbaycan Respublikası müdafiə nazirinin müavini - Əlahiddə Ümumqoşun Ordu komandanı general-polkovnik Kərəm Mustafayev İran İslam Respublikasına rəsmi səfər edib. Bununla bağlı Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. Səfər çərçivəsində İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisini

3 may
.

"İranın Azərbaycana dostluq mesajları verib, Təbrizdə Ermənistanın baş konsulluğunu açması düzgün və etik deyil" -Politoloq

Yaxın zamanlarda Təbrizdə Ermənistanın Baş Konsulluğu açılacaq. Bununla bağlı Ermənistan hökumətinin iclasında qərar qəbul edilib. Eyni zamanda, baş konsulun əldə edəcəyi maaş da açıqlanıb. Bildirilir ki, konsulun gəliri 2565 dollar həcmində təyin edilib. Təbrizdə Ermənistanın baş konsulugun açıqlmas

26 aprel
.

İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO

Azərbaycanda səfərdə olan Qırğızıstan Prezidenti Sadır Japarova Qarabağ atı hədiyyə edilib. AZƏRTAC xəbər verir ki, aprelin 25-də Ağdamda Azərbaycan İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar və sonra Qarabağ atların

25 aprel
.

Rəsmi Bakıdan sərt AÇIQLAMA: "Fransadan Azərbaycanın daxili işlərinə qarışmamağı tələb edirik"

29 aprel 2024-cü il tarixində Fransanın daxili işlər naziri Jerar Darmanin tərəfindən Fransa Milli Assambleyasının hüquq komitəsində Azərbaycan-Yeni Kaledoniya əlaqələrindən danışarkən ölkəmizə qarşı səsləndirilmiş əsassız və ittiham xarakterli iddiaları qətiyyətlə rədd edirik". xəbər verir ki

30 aprel
.

Birinci vitse-prezident Mehriban Əliyeva azərbaycanlı şahmatçı Ülviyyə Fətəliyevanı təbrik edib - FOTO

Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın qadın şahmatçısı Ülviyyə Fətəliyevanı Yunanıstanın Rodos şəhərində keçirilən Avropa çempionatında qalib olması münasibəti ilə təbrik edib. xəbər verir ki, təbrikdə deyilir:. "Əziz Ülviyyə! Parlaq qələbə münasibətilə səni ürəkdən təbrik edirəm

29 aprel
.

İlham Əliyev akademiyaya yeni rektor təyin etdi

Prezident İlham Əliyev Heydər Xanış oğlu Əsədovun Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru təyin edilməsi haqqında Sərəncam imzalayıb. Bununla bağlı məlumat yayıb

2 may
.

"COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir"

"COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir". "Qafqazinfo" xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev aprelin 26-da Berlində "15-ci Petersberq İqlim Dialoqu"nun Yüksək Səviyyəli Seqmentində çıxışında deyib. Bu qlobal tədbi

26 aprel
.

Prezident: "Ölkəmizdəki müxtəlif etnik qrup və dinlərin təmsilçiləri dövlətimizin vətənpərvər insanlarıdır"

"Azərbaycanda müxtəlif etnik qrupların və dinlərin təmsilçiləri bir ailə kimi yaşayırlar. Onlar Azərbaycanın dəyərli vətəndaşları, bizim dövlətimizin, dövlətçiliyimizin əsl vətənpərvər insanlarıdır". AZƏRTAC xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev mayın 1-də Bakıda işə başlaya

1 may