"Siz insanların dərin inamınını, hörmət və məhəbbətini qazanmısınız"

"Siz insanların dərin inamınını, hörmət və məhəbbətini qazanmısınız"Milli Məclisin Sədri Oqtay Əsədov Azərbaycan Respublikasının Milli Məclisi adından Mehriban Əliyevanın Birinci vitse-prezident vəzifəsinə təyin edilməsi münasibətilə təbrik ünvanlayıb:

"Azərbaycan Respublikasının Birinci vitse-prezidenti vəzifəsinə təyin edilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirik!

Dövlətimizin başçısı cənab İlham Əliyevin bu qərarı xalqımız tərəfindən minnətdarlıq duyğuları ilə qarşılanıb. Çünki Milli Məclisin deputatı, Heydər Əliyev Fondunun prezidenti kimi həyata keçirdiyiniz dəyərli işlər, geniş ictimai və xeyriyyəçilik fəaliyyətiniz, səmimiliyiniz, sadəliyiniz, əhalinin qayğılarına həssas münasibətiniz Sizə insanların dərin inamını, hörmət və məhəbbətini qazandırıb.

Biz bu cür yüksək dövləti vəzifədə öz həmkarımızı görməkdən sonsuz qürur hissi keçiririk. Parlamentin fəaliyyətinə Sizin verdiyiniz töhfələr, xüsusən qanunvericilik təşəbbüsü hüququnuzdan səmərəli istifadə edərək on minlərlə insanı yenidən azadlığa qovuşdurmağınız Milli Məclisin tarixində və xalqımızın yaddaşında həmişəlik qalacaq.

Müasir dövrün çağırışları dövlətimiz qarşısında hər gün yeni vəzifələr qoyur. Belə bir şəraitdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi uzaqgörən daxili və xarici siyasət ölkəmizin geosiyasi təlatümlərə sinə gərərək, sabit və ardıcıl inkişafını təmin edir. İnanırıq ki, Sizə xas olan yüksək işgüzar və mənəvi keyfiyyətlər, dərin bilikləriniz, təşkilatçılıq qabiliyyətiniz dövlətimizin başçısı tərəfindən həvalə edilən vəzifələri yüksək səviyyədə yerinə yetirməyinizə kömək göstərəcək.

Hörmətli Mehriban xanım, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti vəzifəsinə təyin edilməyiniz münasibətilə Sizi bir daha səmimi qəlbdən təbrik edir, şərəfli və məsuliyyətli dövləti fəaliyyətinizdə Sizə böyük uğurlar arzulayırıq!"


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1043   Tarix: 22 fevral 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Dövlət Agentliyi keçmiş deputatın şirkətinə 720 min manat ödəyəcək

Dövlət Ehtiyatlar Agentliyi "Karat Holdinq" şirkəti ilə 719.328 manatlıq satınalma müqaviləsi imzalayıb. Qaynarinfo xəbər verir ki, müqavilə ərzaqlıq buğdanın saxlanma xidmətinin satın alınması ilə bağlıdır. "Karat Holdinq" MMC 14 mart 2004-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapital

2 may
.

"Qeyri-rəsmi nikahda yaşayırdılar, atam öləndən sonra evimizi almaq istəyir"

Gəncə sakini, 1987-ci il təvəllüdlü Alik Rzayev atası ilə qeyri-rəsmi nikahda yaşamış qadının ailəyə məxsus evi ələ keçirmək istədiyini bildirir. "Qafqazinfo"ya müraciət edən A.Rzayev atası Mədəd Rzayevin həmin qadınla rəsmi nikahının olmadığını, sənədlərin saxtalaşdırıldığını iddia edir. O

3 may
.

Rəis ifadəsi üçün Bakıya gətirilib - Gömrük İdarəsində əməliyyat

Dövlət Gömrük Komitəsinin Əməliyyat İstintaq Baş İdarəsi tərəfindən əməliyyat keçirilib. Bakupost-a istinadən xəbər verir ki, əməliyyat yoxlaması zamanı gömrük əməkdaşlarının qeyri-qanuni əməlləri aşkar edilib. Aydın olub ki, Azərbaycanı tranzit ölkə kimi keçən TIR-lar Tovuz Gömrük İdarəsinin cavabde

3 may
.

Cəbrayıl rayonunun Horovlu kəndi belə tikilir - VİDEO

Cəbrayılın Horovlu kəndində tikinti işləri davam edir. xəbər verir ki, bu barədə Cəbrayıl, Qubadlı və Zəngilanda Bərpa, Tikinti və İdarəetmə Xidməti məlumat yayıb. Qeyd olunub ki, ilk mərhələdə 334 fərdi yaşayış evinin inşası həyata keçirilir

2 may
.

"Qanun dəyişikliyi problemli ipoteka kreditlərinin qarşısını alacaq" - Ekspert

İpotekaya xitam verilən hallar genişlənib. Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi "İpoteka haqqında" Qanuna dəyişiklikdə əksini tapıb. Qanuna əsasən, ipoteka saxlayan tələbdən və ya ipotekadan imtina etdikdə ipotekaya xitam veriləcək. Məsələ ilə bağlı mənzil üzrə ekspert Elnur Fərzəliye

2 may
.

Tərtərdə 15 yaşlı qız qaçırılıb, yoxsa itkin düşüb? - VİDEO

Tərtərdə itkin düşən 15 yaşlı Nigar Niyaməddin qızı Məhərrəmlinin axtarışları davam edir. xəbər verir ki, Xəzər TV-də yayımlanan "Təsir dairəsi" verilişində hadisənin təfərrüatı məlum olub. Belə ki, Nigarın anası Günel bildirib ki, qardaşının yoldaşı qızının oxuduğu məktəbə gedərək direktor

2 may
.

Bu gün bəzi ərazilərdə qaz olmayacaq

Bu gün Bakının bəzi ərazilərində qaz olmayacaq. Bu barədə "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb. Bildirilib ki, "Nardaran QPS" ölçü qovşağından qidalanan "Hacı Seyfəl" orta təzyiqli qaz kəməri üzərində ölçü qovşağının təftiş olunması və aşkar olunmuş qaz sızmasını

3 may
.

Altı körpənin yanaraq ölməsində təqsirləndirilən xanıma yenidən VƏZİFƏ VERİLİR? - FOTO

Üç aydan çoxdur yanğın baş verən Respublika Perinatal Mərkəzi tam olaraq fəaliyyətini bərpa etməyib. Yanğın zamanı ciddi ziyan dəyən binanın üçüncü və dördüncü mərtəbəsindəki şüşələr yeniləri ilə əvəzlənsə də, yanğının çıxdığı yenidoğulmuşların intensiv terapiya bölməsində təmir işləri tam yekunlaşmayıb

2 may
.

Britaniya Ukraynaya hər il 3 milyard funt-sterlinq hərbi dəstək ayıracaq - XİN rəhbəri

Böyük Britaniyanın xarici işlər naziri David Kemeron Britaniyanın Ukraynaya illik üç milyard funt-sterlinq hərbi yardım göstərəcəyini və bunun "lazım olduğu müddətcə" davam edəcəyini vəd edib. Qaynarinfo xəbər verir ki, o, bu barədə Kiyevə elan olunmamış səfəri zamanı "Reuters" agentliyin

3 may