"Qeyri-rəsmi nikahda yaşayırdılar, atam öləndən sonra evimizi almaq istəyir"

"Qeyri-rəsmi nikahda yaşayırdılar, atam öləndən sonra evimizi almaq istəyir"Gəncə sakini, 1987-ci il təvəllüdlü Alik Rzayev atası ilə qeyri-rəsmi nikahda yaşamış qadının ailəyə məxsus evi ələ keçirmək istədiyini bildirir.

"Qafqazinfo"ya müraciət edən A.Rzayev atası Mədəd Rzayevin həmin qadınla rəsmi nikahının olmadığını, sənədlərin saxtalaşdırıldığını iddia edir.

O, bacısı və özünə məxsus olan evin qeyri-qanuni şəkildə Qətibə Ağayeva tərəfindən ələ keçirilməsi haqda iddia qaldıraraq məhkəməyə müraciət edib: "2019-cu ildə atam Mədəd Rzayev Ağayeva Qətibə Ənvər qızı ilə Gəncə şəhərindəki evimizdə (Əziz Əliyev küçəsi 32) birgə yaşamağa başlayıb. Lakin onların arasında rəsmi nikah yox idi. Bir müddət sonra onunla atam arasında mülkiyyət üstündə mübahisələr oldu və münasibətləri pozuldu. Atam həmin qadınla birgə yaşamaqdan imtina etdi və Bakıya - bizim yanımıza gəldi. Həmin vaxt Qətibənin saxta nikah sənədi düzəltdiyini və evi ələ keçirmək istədiyini bildirdi. Baş verənlərə ürəyi dözməyən atam bundan bir neçə gün sonra ürəktutmadan qəfil vəfat etdi".

Şikayətçinin sözlərinə görə, atasının yas mərasimindən sonra Q.Ağayeva evi tərk edib: "Lakin bir neçə gün sonra, yəni 3 noyabr 2022-ci il tarixdə notariusa müraciət edərək atamın mirasını qəbul etməsi barədə ərizə verib. Bundan sonra biz hüquqi müstəvidə məsələni həll etməyə çalışdıq və vəkil tutduq. Vəkil sorğusu əsasında məlum oldu ki, atam və Qətibə Gəncə şəhərində qeydiyyatda olmalarına baxmayaraq, nikaha daxil olmaq üçün tibbi arayışı Göygöl Rayon Mərkəzi Xəstəxanasından "əldə ediblər". Bundan sonra polisə müraciət etdik, çünki sənədlərin saxtalaşdırıldığını bilirdik. Göygöl RPŞ-də bacımla birgə müraciətimizdən sonra müəyyən edildi ki, xəstəxana tərəfindən Gəncə şəhər sakinlərinə 2019-cu ildə nikaha daxil olmaq üçün verilmiş saxta tibbi arayış əsasında, nə hikmətirsə, Göygöl Rayon Qeydiyyat Şöbəsi tərəfindən nikah şəhadətnaməsi verilib. Lakin nikaha daxil olmaq üçün verilmiş tibbi arayış Göygöl Rayon Mərkəzi Xəstəxanasının həkimləri tərəfindən imzalanmayıb. Bununla bağlı arxiv sənədlərində də heç bir qeydiyyat yoxdur. Hətta hər iki şəxsin adına verildiyi iddia edilən 2365 və 2366 saylı tibbi arayışların başqa şəxslərə aid olması da ortaya çıxdı".

Alik Rzayevin iddiasına əsasən, Qətibə Ağayeva tibb işçisidir və tanışları vasitəsilə asanlıqla saxta sənəd əldə edib: "Biz məsələ ilə bağlı Gəncə Şəhər Məhkəməsinə müraciət etdik. Birinci instansiya məhkəməsi sənədlərin saxta olmasına dair ekspertiza rəyini əsas götürərək və bizim mülkiyyət hüququmuzu tanıyaraq lehimizə qərar verdi. Lakin Ağayevanın Gəncə Apellyasiya Məhkəməsinə müraciətindən sonra məhkəmə onun lehinə qərar verdi və bizim məsələni mübahisələndirə bilməyəcəyimiz qənaətinə gəldi".

Şikayətçi hazırda məsələ ilə bağlı Ali Məhkəməyə müraciət etdiklərini əlavə edib: "Tibbi arayışın saxta olması sübut olunsa da, Göygöl Rayon Qeydiyyat şöbəsinin müdiri saxta sənəd əsasında nikaha daxil olmuş şəxsin mövqeyini müdafiə edir, məhkəmələrə Qətibə Ağayevanı müdafiə xarakterli məktublar yazır. Qanunvericiliyin tələbinə əsasən, fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilibsə, mötəbər hesab olunmur. Lakin qeydiyyat şöbəsi nədənsə hüquqları pozulmuş Rzayeva Albina Mədəd qızının və Rzayev Alik Mədəd oğlunun iddiasına qarşı çıxır. Göygöl Rayon Polis Şöbəsi də sənədin saxtalığını sübut etsə də, onun kim tərəfindən saxtalaşdırıldığını cinayət təqibi ilə müəyyənləşdirmək və cinayət məsuliyyətinə cəlb etmək istəmir. Halbuki həmin şəxslər Cinayət Məcəlləsinin 320.2-ci maddəsinə əsasən, məsuliyyət daşıyır. Qətibə Ağayeva tanışları və vəzifəli şəxslər vasitəsilə hüquqlarımızı tapdalamağa davam edir. Bundan başqa, həmin qadın 2 dəfə polisə məlumat verib ki, guya biz onu ölümlə hədələmişik və qəsdən həyatdan məhrum etmək istəyirik. Lakin polisdə aparılan araşdırmalardan sonra bunun həqiqətə uyğun olmaması sübuta yetirildi və Ağayeva xuliqanlıq maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb edildi. 3-cü dəfə bizi şərlədikdə prokurorluğa müraciət etdik və onun Cinayət Məcəlləinin 296-cı (Cinayət edilməsi haqqında bilə-bilə yalan xəbərçilik etmə) maddəsi üzrə cəzalandırılmasını tələb etdik".

Şikayətçi aidiyyəti dövlət qurumlarının məsələyə obyektiv yanaşmasını və hüquqi qiymət vermələrini xahiş edib.

Mövzu ilə bağlı Qətibə Ağayeva ilə əlaqə saxladıq. O, "Qafqazinfo"ya açıqlamasında apellyasiya instansiyasında qalib gəldiyini bildirdi və qanunvericiliyin onun tərəfində olduğunu qeyd etdi: "Mən mərhum Mədəd Rzayevin qanuni nikahlı həyat yoldaşı olmuşam. Onlar (mərhumun övladlarını nəzərdə tutur) çox süründürməçilik edir, mənim mülkiyyət hüququmu tanımaq istəmir. İndi də Ali Məhkəməyə müraciət ediblər, lakin bütün sənədlər, qanunlar mənim tərəfimdədir".

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov sorğumuza cavab olaraq bildirib ki, sözügedən məsələ ilə bağlı Göygöl Rayon Polis Şöbəsində araşdırmalar başlanılıb: "Daha sonra məsələyə hüquqi qiymət verilməsi üçün Göygöl Rayon Prokurorluğuna göndərilib. Hazırda prokurorluqda araşdırmalar davam etdirilir".
"Qeyri-rəsmi nikahda yaşayırdılar, atam öləndən sonra evimizi almaq istəyir"


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 896   Tarix: 03 may 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri o oldu

Səbuhi Əhəd oğlu Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri təyin olunub. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Xatırladaq ki, 2021-ci ildə dövlət başçısının Sərəncamı ilə S.Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin İdar

3 noyabr
.

Astarada evdə dava: Gəlin qayınanasını döyüb üzünü cırdı

Astara rayonunda gəlin qayınanasını döyüb. -a istinadən xəbər verir ki, hadisə rayonun kəndlərindən birində baş verib. Kənd sakini, 1985-ci il təvəllüdlü Mahirə Əsədova (ad və soyad şərtidir - red.) evdə qayınanası ilə mübahisə edib. Mübahisə davaya çevrilib və nəticədə Mahirə qayınanasını şillə və yumru

4 noyabr
.

Bakıda yuxulu sürücü avtomobili ilə ana və körpəsinin üstündən keçdi - Anbaan video

Xocəsən-Lökbatan yolunun Binəqədi rayonu ərazisindən keçən 2-ci kilometrində baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların vəziyyəti açıqlanıb. -ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, noyabrın 3-də saat 09:40-da Respublika Təcili v

4 noyabr
.

Temperatur 10° enəcək - Xəbərdarlıq

Bakıda və Abşeron yarımadasında noyabrın 5-i axşamdan 9-u axşamadək fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var

4 noyabr
.

Mobil operatorlara tətbiq ediləcək cərimələr yetərlidirmi? Milyonluq dövriyyə qarşısında 2 min manat - VƏKİLDƏN AÇIQLAMA

Mobil operatorlar və internet provayderləri tərəfindən göstərilən xidmətlərin keyfiyyətinə nəzarətin sərtləşdirilməsi, bu sahədə fəaliyyət göstərən şirkətlərin məsuliyyətinin artırılması gündəmə gəlib. Təklif olunan qanun dəyişikliyinə əsasən, müəyyən edilmiş keyfiyyət göstəricilərinə əməl etməyən telekommunikasiy

4 noyabr
.

İrana nüvə bombası atılarsa...- Nazir müavinindən xəbərdarlıq

İran əleyhinə nüvə silahından istifadə etməyə dair rəsmi mövqe olduğu halda onun mənfi nəticələri regionla məhdudlaşmayacaq. İran Xarici İşlər Nazirliyinin məlumatına görə, bunu İran xarici işlər nazirinin hüquq və beynəlxalq məsələlər üzrə müavini Kazım Qəribabadi çərşənbə axşamı (3 noyabr) Tehrand

3 noyabr
.

"Esthederm" klinikası pasiyentin diş implantını yarımçıq saxladı - Direktor məhkəməlik oldu

Bakıda fəaliyyət göstərən "Esthederm & Dental Clinic" klinikasında diş implantasiyası etdirən vətəndaş məhkəməyə müraciət edib. Qaynarinfo-nun məlumatına görə, 1972-ci il təvəllüdlü İlqar Mustafayev klinikadan ödədiyi pulun, eləcə də maddi və mənəvi ziyanın əvəzinin ödənilməsini tələb edib

4 noyabr
.

Keçmiş nazirin oğluna vəzifə verildi

Zaur Əvəz oğlu Ələkbərov Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinə sədr müavini təyin edilib. xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev sərəncam imzalayıb. Zaur Əvəz oğlu Ələkbərov 1986-cı ildə anadan olub. 2006-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC

4 noyabr
.

Pensiyaçılar və işsizlər cərimədən azaddırmı? - HÜQUQİ İZAH

Azərbaycanda inzibati xətalara görə cərimələrin tətbiqi qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir. Bununla belə, bəzi hallarda şəxsin yaşı, hüquqi statusu, təqsirinin olub-olmaması və digər hallar inzibati məsuliyyətə cəlb edilməsinə təsir göstərə bilər. Eyni zamanda, qanuni əsaslarl

3 noyabr