Facebook və YouTube-a girişdə niyə problem yaranıb? - Osman Gündüz danışdı

Facebook və YouTube-a girişdə niyə problem yaranıb? - Osman Gündüz danışdı"Qlobal resurslara girişdə problem olması müəyyən yenilənmə işlərinin, yeni xidmətlərin işə salınması ilə əlaqədar ola bilər".

Bu sözləri Sonxeber.az-a açıqlamasında Milli İnternet Forumunun sədri, müstəqil ekspert Osman Gündüz ötən gün YouTube-da yaranan giriş probleminin ardından bu gün də sosial şəbəkə nəhəngi Facebookun eyni problemlə üzləşməsinə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, zaman-zaman qlobal resurslarda girişlə bağlı problemlər olur. Biz müşahidə edirik ki, həm facebook həm də digər qlobal resurslar arasında müəyyən rəqabət gedir. Biri digərininin funksiyalarını ələ keçirmək istəyir. Düşünürəm ki, yeni xidmətlərlə bağlı yaranan problemlərdir. Bu məsələ ilə bağlı qurumun rəhbərləri problem ciddi olanda açıqlama verirlər.

"Düşünmürəm ki, sosial resurslarda yaranmış problem hansısa hücum yaxud məhdudlaşma ilə bağlı olsun. İstənilən halda qurumun rəhbərləri məsələ ilə bağlı açıqlama versələr yaxşı olardı. Lakin, burada ciddi problemin ola biləcəyini hesab etmirəm. Bu cür qlobal resurslar müxtəlif ölkələrdə olan serverlərə yerləşdirilir. Əsas resurslar səpələnmiş halda olur. Ola bilsin ki, müxtəlif ölkələrdə olan böyük şirkətlərin resurslarına girişdə müəyyən problemlər olub", O. Gündüz deyib.

Qeyd edək ki, dünən YouTube-da yaranan giriş probleminin ardından bu gün də sosial şəbəkə nəhəngi Facebook eyni problemlə üz-üzə qalıb.

Dünən axşam YouTube-a giriş təxminən 1 saat mümkün olmayıb. Sayta girmək istəyən istifadəçilər "500 Internal Server Error" səhvi ilə qarşılaşıblar. İndi də ölkəmizdə bir o qədər hiss edilməsə də Avropanın bir sıra ölkələrində Facebook-a girişdə problem yaranıb.

Türkiyədə və ABŞ-da hiss edilməyən bu problem, xüsusilə xəbər lentinin işləməməsi ilə müşahidə olunur. Avropanın bir sıra ölkələri ilə yanaşı, Asiya və Uzaq Şərq ölkələrində bənzər problemlər müşahidə olunmaqdadır.

Problemlə əlaqədar Facebook tərəfindən bu dəqiqəyə kimi heç bir açıqlama verilməyib. Yaranan problemin səbəbi də bu dəqiqəyə qədər məlum deyil.

Aysel Kərimova


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1221   Tarix: 22 fevral 2017  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Kartof qızardarkən duz nə vaxt əlavə olunmalıdır?

Mütəxəssislərə görə, kartof qızardarkən duz kartoflar yağdan çıxan kimi, yəni hələ isti və üzəri yağlı ikən əlavə edilməlidir. Çiy kartofa və ya qızartma zamanı duz atmaq, kartofun suyunu buraxmasına və çıtırlığını itirməsinə səbəb olur. İsti səthə səpilən duz isə həm daha yaxşı yapışır, həm də dadı

13 dekabr
.

Ən bahalı 10 Yeni il şam ağacı - SİYAHI

Amerikada ənənəvi bir şam ağacının qiyməti orta hesabla 30-150 ABŞ dolları arasında dəyişir. Lakin bəzən bəzi şəhər və müəssisələr Yeni il ağaclarını bəzəmək və nümayiş etdirmək üçün milyonlarla dollar xərcləyirlər. -a istinadla qiyməti 1 milyon dollardan artıq olan bu 10 ağacı təqdim edir. 10. Sofite

9 dekabr
.

Qaraciyərin iltihabına səbəb olan virusu 15 dəqiqə ərzində aşkarlayan üsul tapılıb

ABŞ alimləri qaraciyərin iltihabına səbəb olan hepatit C virusunu cəmi 15 dəqiqə ərzində aşkar edən diaqnostik sistem hazırlayıblar. "The Journal of Infectious Diseases" nəşrinə istinadən xəbər verir ki, bu sürətli diaqnostik proses qaraciyərə təsir edən viral infeksiyanın dərhal təsdiqlənməsin

12 dekabr
.

Sosial media bu gəlin haqqında danışır - VİDEO

Nikah mərasimində çəkilən bir görüntü qısa zamanda sosial şəbəkələrin ən çox müzakirə olunan videolarından birinə çevrilib. türk mediasına istinadən xəbər verir ki, nikah məmuru gəlinin adını yeni soyadı ilə birlikdə oxuduğu anda gəlin, soyadının dəyişdiyini dərk edərək təəccüblə gülümsəməyə başlayıb

10 dekabr
.

Hamamda mütləq şam saxlayın - Qeyri-adi səbəb - VİDEO

Vanna otağında ən tez çirklənən yer su kranlarıdır. xəbər verir ki, kranların üzərində yaranan su ləkələri qısa müddətdə eybəcər görüntü yaradır. Bu ləkələri kimyəvi təmizləyicilər ilə asanlıqla silmək mümkündür. Ancaq təqdim etdiyimiz üsul ümumiyyətlə ləkələrin yaranmamasına hesablanıb. Belə ki, kranları

13 dekabr
.

Qışda şam yeməyi üçün ideal vaxt açıqlandı

Diyetoloq Valentina Palatsio bildirib ki, qış mövsümündə bəzi qidalanma vərdişlərinə yenidən baxmaq lazımdır. xəbər verir ki, o, "La Razon" nəşrinə müsahibəsində bu fəsildə şam yeməyi üçün ideal vaxtı açıqlayıb. Palatsionun sözlərinə görə, qışda son qida qəbulu saat 19:00-dan gec olmayara

9 dekabr
.

Alimlər insan orqanlarını təəccüblü bir yerdə böyüdürlər

İnsan-heyvan ximeralarının yaradılması elmi müstəvidə genişlənir və diqqətçəkən nəticələr ortaya çıxarmaqdadır. xarici mediaya istinadla xəbər verir ki, "Ximera" sözü çox zaman mifoloji çoxbaşlı canlıları xatırlatsa da, bu anlayışın müasir elmdə də real qarşılığı var. Elm ədəbi məlumatların

9 dekabr
.

Avstraliyada siam əkizləri üzərində mürəkkəb əməliyyat: Körpələrdən biri sağ qaldı

Papua Yeni Qvineyadan olan siam əkizlərinin üzərində Avstraliyada mürəkkəb bir ayırma əməliyyatı keçirilib. Lakin oğlanlardan yalnız biri sağ qalıb. xəbər verir ki, bu barədə "ABC News" məlumat yayıb. Tom və Savonq adlı əkizlər 9 oktyabrda Morobe əyalətində doğulublar. Onların bədənləri qarı

9 dekabr
.

Məşhur sosial media fenomeninin kilo-kilo qızıllarını göstərdiyi video tənqid edilir - VİDEO

Çirkli pul iddiası ilə bir müddətdir məhkəmədə mühakimə olunan məşhur sosial media fenomeni Tayyargil ailəsi yenidən gündəmə gəlib. türk mediasına istinadən xəbər verir ki, ailənin üzvlərindən Özlem Altınok Öz, sosial mediada paylaşdığı videoda kilo-kilo qızıllarını nümayiş etdirməsi ilə böyük səs-kü

9 dekabr