"Dünənki cücə cip-cipliyi ilə..." - Flora Kərimova ilə Aygün Kazımova qalmaqalı

"Dünənki cücə cip-cipliyi ilə..." - Flora Kərimova ilə Aygün Kazımova qalmaqalıXalq artisti Aygün Kazımova digər xalq artisti Flora Kərimovanın fikirlərinə münasibət bildirərək yeni qalmaqalın təməlini atıb. Belə ki, A.Kazımova F.Kərimovanın SSRİ xalq artisti Zeynəb Xanlarova haqda dediyi "Onun ifa etməsi sənət və sənətkarlıq deyil" sözlərinə etiraz edib.

Sonxeber.az bildirir ki, qafqazinfo mövzu ilə bağlı Flora Kərimova ilə əlaqə saxlayıb. Sənətkar saytımız vasitəsilə Aygün Kazımovaya açıq məktub ünvanlayıb.

Flora Kərimovanın fikirlərini əks etdirən açıq məktubu olduğu kimi təqdim edirik:

"Jurnallarda qadın ləyaqətini tapdalayıb, azəri kişisinə utanc gətirən, yataq pantalonunun qırçınlarını mediada bəh-bəhlə nümayiş edən, nəyin bahasına olursa olsun, həmişə diqqət mərkəzində olmaq düçarına düşən, bu yaşda açıq-saçıq davranışına "bəsdir" demək iqtidarına çatmayan qız anası Aygün Kazımovaya açıq məktub...

Aygünün "Zeynəb Xanlarova Azərbaycan musiqisini, mədəniyyətini, bayrağını, millətini ən layiqli təbliğ edən, ucaldan, inkişaf etdirən, əvəzolunmaz, təkrarsız sənətkarımızdır. Onunla yalnız fəxr etmək və qürur duymaq gərəkdir. Başqa söhbətlərə ehtiyac yoxdur" ismarıcına cavabım budur:

Allah səni Azərbaycan musiqi və dünya vokal tarixinə qızıl hərflərlə düşməkdən, əsl sənətkarlar ailəsində püxtələşməkdən məhrum edib. Mənim sənətə olan təsəvvürümü, zövqümü dahilər- Bülbül, Rəşid Behbudov, ustadlar- Şövkət xanım, Sara xanım, Rübabə xanım, taleyi kəm olan Fatma xanım və indi də nümunə kimi qəbul olunanlar formalaşdırıb.

Sənin isə seçdiyin "dünya şöhrətli", vətəndaş borcunu şəxsi mənafeyinə qurban verən, millətinə qara camaat deyən, müstəqillik əleyhinə səs verən, torpağımıza neçə illərdir göz dikən və əsrlərlə işğal edən ermənilərlə sülh istəyən Zeynəb Xanlarova oldu. Həyatınla bağlı bir neçə epizodu xatırladıram. İllər öncə məni axtardın, axır ki, gecə saat 12-dən sonra bağda tapdın və Röya ilə qırğın zamanı məndən nicat, dəstək istədin. Aldın da… ATV və onun milyon tamaşaçıları buna şahiddir. Bir neçə ildən sonra təkbaşına öhdəsindən gəldiyim İlhamə ilə sənin ölüm-dirim savaşında sənə dəstək oldum. Natavanla sənin döyüşündəki məğlubiyyətin hələ də dillər əzbəridir. Həmişə güvəndiklərin də səni meydanda tək qoyub, dəstək verməkdən də vaz keçdilər.

Sənətə təzə qədəm qoyan zaman bozqurdlardan olan, dostun "X" nəfərin qan davasından dəfələrlə qurtaran da mən oldum. Dağıl dünya, dünənki cücə cip-cipliyi ilə mənə mənəviyyat, vətəndaş, sənət dərsi öyrətmək xülyasına düşüb. İnsanlar var ki, başına qapazı Allah vurur. Tiplər var ki, özləri özlərini qapazlayırlar. Görünür, Aygün öz təbiətinə uyğun seçimini çoxdan edib. Əvvəl isti-isti danışıb, sonra fərqinə varan- sənin zövqünü tərbiyə etmək fikrindən çox-çox uzağam, artıq gecdir. Sənin bu halına məyusla təəssüflənən müstəqil Azərbaycanın ilk xalq artisti Flora Kərimova!"


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Hadisə   Baxılıb: 3087   Tarix: 23 fevral 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Pakistanda torpaq sürüşməsi: 18 nəfər öldü

Pakistanın şimalında və Xayber Paxtunxva bölgəsinin Torqar əyalətində yağan musson yağışları nəticəsində torpaq sürüşməsi baş verib. xəbər verir ki, sürüşmə zamanı 18 nəfər ölüb. Pakistan rəsmiləri ölənlərin daha çox olduğunu ehtimal edirlər. Pəncab əyalətində ölənlərdən 4-ü uşaqdır. Torqar bölgəsind

12 sentyabr 2021
.

Rektorun anası koronavirusdan vəfat etdi

Azərbaycan Tibb Universitetinin rektoru Gəray Gəraybəyliyə ağır itki üz verib. Unikal.org-un məlumatına görə, rektorun anası Sveta xanım koronavirusdan vəfat edib. Allah rəhmət eləsin!

13 sentyabr 2021
.

20 yaşlı oğlanın FACİƏVİ sonu: Özünü... - FOTO

Sentyabrın 12-də Göyçayda itkin düşən gəncin meyiti tapılıb. -a istinadən xəbər verir ki, rayonun Qaraman kənd sakini 20 yaşlı Mustafayev Fuad Məzahir oğlu evdən çıxaraq bir daha geri qayıtmayıb. Əldə etdiyimiz məlumata əsasən, Fuad həmin gün Şirvan kanalının Qaraman kəndindən keçən hissəsində, körpüdə

14 sentyabr 2021
.

SON DƏQİQƏ: Bakıda ağaclıq ərazi yanır

Bakıda ağaclıq ərazidə yanğın başlayıb. xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə paytaxtın Səbail rayonu ərazisində ağaclıq ərazidə yanğın olması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələr

17 sentyabr 2021
.

20 yaşlı oğlan itkin düşüb

Göyçay rayon sakini itkin düşüb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, rayonun Qaraman kənd sakini, 2001-ci il təvəllüdlü Mustafayev Fuad Məzahir oğlu dünən yaşadığı evdən çıxaraq geri qayıtmayıb. F.Mustafayev evdən çıxarkən onun əynində göy rəngli gödəkcə, cins şalvar, ayağında göy rəngl

13 sentyabr 2021
.

Ağdaşda yaşayış evi kül oldu

Ağdaş rayonunun Qulbəndə kəndində ümumi sahəsi 56 m² olan birmərtəbəli evin yanar konstruksiyaları yanıb. Fövqəladə Hallar Nazirliyindən -a verilən məlumata görə, bitişik ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb

12 sentyabr 2021
.

Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı

Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd

18 sentyabr 2021
.

Rəşid Mahmudovun oğlu infarkt keçirdi - FOTO

Tibb Universitetinin dosenti, tanınmış ictimai xadim Rəşid Mahmudovun oğlu infarkt keçirib. Bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb. Bildirilib ki, Rəşid Mahmudovun oğlu xəstəxanaya yerləşdirilib və vəziyyəti ağırdır

12 sentyabr 2021
.

Azərbaycanda sevdiyi qızın ailəsinin "yox" dediyi gənc qollarını doğradı

Sumqayıtda 23 yaşlı oğlan özünə ülgüclə xəsarət yetirib. -ın əldə etdiyi məlumata görə, E.Aslanzadə adlı gəncin bu addımına səbəb sevdiyi qızın ailəsinin onun elçilərinə "yox" deməsi olub. Qolundan ağır xəsarət alan E.Aslanzadə xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır

17 sentyabr 2021