Azərbaycanda onlayn fala baxanlar peyda olub – VİDEO

Azərbaycanda onlayn fala baxanlar peyda olub – VİDEOFalçılar indi də sosial şəbəkələrdə baxıcılıq edirlər. Hətta üzləri görünməyən belə kələkbazlara xeyli miqdarda pul ödəyib, "xidmətlər"inin qurbanına çevrilənlər də var.

Sonxeber.az Xezerxeber.az-a istinadən məlumat verir ki, "baxıcı ghofri" təxəllüsü ilə "Instagram" sosial şəbəkəsində məşhurlaşan şəxsin 12 minə yaxın izləyəni var.

Onlardan birinin "WhatsApp" nömrəmizə daxil olan şikayəti əsasında məsələni araşdırmağa başladıq. Həyat yoldaşı ilə problemləri olan qadın kimi onun "istedadına" ehtiyacımız olduğunu bildirdik.

Az məlumatdan sonra cadu edildiyini və düyünü açmadığı təqdirdə, münasibətin boşanma ilə yekunlaşacağını dedi. Bu yaxşılığının bizə 300 manata başa gələcəyini açıqladı.

Özünü Naxçıvanda yaşayan şəxs kimi qələmə verən falçı, münasibət irəlilədikcə qiymətlərini açıqladı. Sosial problemlərlə bağlı onlayn falına baxdıran şəxs 30 manatından, cadunu pozdurmaq istəyən isə 300 manatından keçməlidir. Cadu dərin olduğu halda qiymət də artır. Subay qızların falına isə 50 manata baxır.

O, bu işi o qədər irəlilədib ki, hətta bankda hesab nömrəsi də açdırıb. Özünü sığortalamaq üçün hesaba pul yatmadan heç kimin falına baxmır. Ödəniş qəbzinin şəkilini ona göndərdikdən sonra cəfəngiyyatlarını və boş proqnozlarını yazmağa başlayır.

Türkiyə, İran, Rusiyadan daimi müştərilərinin olduğunu deyən şəxs, özünə heç bir falçını rəqib görmür. İctimai qınaq olduğundan falçılığın onlayn formada həyata keçirməyin daha təhlükəsiz olduğunu deyir.

Baxmayaraq ki, nə kimliyini açıqlayır, nə də üzünü göstərir. 12 minə yaxın izləyicisi varsa, deməli, kifayət qədər ona inanan və "xidmətindən" istifadə edənlər var.

Teoloqlar insanların aldadılması, hisslərinin şantaj edilməsi, insanı haqq yolundan uzaqlaşdıran hər növ metod, üslubun din müstəvisində qəbul edilmədiyini bildirirlər.

Ancaq müasir rabitə vasitələrindən istifadə edən belə insanların fəaliyyəti təkcə dini zəmində qəbuledilməz deyil. Gələcəyi gördüyünü iddia edən şəxsin saxta profillə müraciət etdiyimizi anlamaması da onun dələduzdan başqası olmadığını göstərir.

Sonxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Hadisə   Baxılıb: 1348   Tarix: 24 fevral 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Tovuzda sərnişin avtobusu piyadanı vurub

Tovuzda piyadanın vurulması ilə nəticələn yol-nəqliyyat hadisəsi baş verib. APA-nın məlumatına görə, hadisə rayonun Düz Cırdaxan kəndində qeydə alınıb. Bakıdan Qazaxa gələn sərnişin avtobusu yolu keçmək istəyən orta yaşlı qadını vurub. Qadının vəziyyətinin ağır olduğu bildirilir

28 aprel
.

Başqırdıstanda yol-nəqliyyat hadisəsində 4 nəfər ölüb

Rusiyanın Başqırdıstan Respublikasında iki minik avtomobilinin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsində dörd nəfər ölüb. "Report" TASS-a istinadən xəbər verir ki, bu barədə respublikanın prokurorluğu məlumat yayıb. "Bu gün Maqnitoqorsk – İra yolunun 346-cı kilometrliyində İbrayev

28 aprel
.

Bərdədə yanğın: Üçotaqlı ev külə döndü

Bərdə rayonunda yanğın hadisəsi baş verib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Qeyd olunub ki, Bərdə rayonunun Samux kəndində ümumi sahəsi 120 kvadratmetr olan birmərtəbəli üçotaqlı evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub

5 may
.

Dördüncü kurs tələbəsi vəfat etdi

Bakı Slavyan Universitetinin tələbəsi vəfat edib. Bu barədə Azərbaycan Universitetləri səhifəsi məlumat yayıb. Bildirilib ki, universitetin Sosial Elmlər fakültəsinin IV kurs tələbəsi Fidan Nəcəfova uzun sürən xəstəlikdən sonra vəfat edib.( )

4 may
.

Azərbaycanda məşhur müğənni AĞIR QƏZAYA DÜŞDÜ: 17 yaşlı oğlu öldü - FOTO/VİDEO

Azərbaycanda müğənni ağır qəzaya düşüb. " "-a istinadən xəbər verir ki, hadisə dünən Şəmkir rayonu ərazisində baş verib. Müğənni Həbib Rzayev (Şəmkirli) idarə etdiyi "Nissan Murano" markalı avtomobildə oğlu ilə birlikdə qəzaya düşüb. Qəzada müğənninin 17 yaşlı oğlu İlkin Rzayev dünyasın

5 may
.

Türkiyə ordusunun hərbçisi şəhid olub

Türkiyə Silahlı Qüvvələrinin hərbçisi İraqın şimalında şəhid olub. "Report" xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən bildirilib. Qeyd olunub ki, ötən gün 'Pəncə-Kilid" əməliyyatı bölgəsindəki posta ildırım düşməsi nəticəsində Türkiyə Silahlı Qüvvələrinın hərb

5 may
.

Hacıqabulda 17 yaşlı qız qızılcadan ölüb

Hacıqabul sakini olan 17 yaşlı qız qızılcadan ölüb. APA-nın məlumatına görə, Hacıqabul rayonunun İkinci Udulu sakini, 2007-ci il təvəllüdlü Ayişə Eyvaz qızı Qarayeva gecə saatlarında qızılca diaqnozu ilə Şirvan xəstəxanasına yerləşdirilib. Vəziyyəti ağırlaşan 17 yaşlı xəstə Bakıya aparılarkən yolda ölü

5 may
.

Bakıda 85 yaşlı qadın oğlu tərəfindən döyülərək küçəyə atılıb - VİDEO

Baku TV-nin qaynar xəttinə paytaxtın Xətai rayonunda 85 yaşlı qadının küçədə gecələməsi barədə məlumat daxil olub. Baku TV-nin əməkdaşları vətəndaşların müraciəti əsasında sözügedən ünvana gedərək qadınla həmsöhbət olub, ona kömək etməyə çalışıblar. Yaşlı qadın oğlu tərəfindən döyüldüyünü, küçəyə atıldığın

28 aprel
.

Bakıda restoranda yanğın olub: Üç nəfər tüstüdən zəhərlənib

Bakı şəhərinin Yasamal rayonunda restoranın çölündə quraşdırılmış bir ədəd kompressor yanıb. Bu barədə -a Fövqəladə Hallar Nazirliyindən bildirilib. Vurğulanıb ki, yanğın zamanı üç nəfər (restoranın işçiləri) tüstüdən zəhərlənib. Digər kompressorlar və restoran yanğından mühafizə olunub. Yanğın yanğında

28 aprel