Əməkdar artist Yadigar Muradovun SON VƏZİYYƏTİ: "Əllərini az da olsa tərpədə bilir"
"Atamın vəziyyətini ötən günlərlə müqayisədə nisbətən qənaətbəxş hesab etmək olar. Düzdür, yaxşıdır demək olmaz, amma hər halda gözünü açır, çağıranda reaksiyası var, əllərini az da olsa tərpədə bilir".
Bunu Oxu.Az-a açıqlamasında Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru, Əməkdar artist Yadigar Muradovun oğlu Yaşar Muradov deyib.
Əməkdar artist Yadigar Muradovun SON VƏZİYYƏTİ: Əllərini az da olsa tərpədə bilir
O qeyd edib ki, atası xəstəxanaya boğazındakı şişlərlə əlaqədar yaranan boğulma ilə çatdırılmışdı.
"Əslində, vəziyyətinin belə olmasını gözləmirdik. Yəqin, verilən dərmanların təsirindəndir. Həm də şişlərə görə nəfəs ala bilmirdi deyə boğazında, qırtlağın aşağı hissəsindən nəfəslik yer açılıb, narkoz verilib, ola bilsin, onun da təsiri var.
Ümumi vəziyyəti ilə bağlı hələ ki həkimlər də dəqiq nəsə bir söz deyə bilmirlər, çünki hər insanın orqanizminin aparılan müalicəyə reaksiyası fərqlidir.
Bir də deyirəm, əslində bu, belə olmalı deyildi. Çünki atam özü maşına əyləşib gedib, yolda halı pisləşib, zəng vurub, qardaşımı çağırıb. Qardaşım çatana kimi isə yolda dayanan insanlar ona kömək edib, təcili yardım çağırıb xəstəxanaya çatdırıblar. Yəni o boğulma ilə indiki vəziyyətdə olmasını gözləmirdik. Hazırda bir növ koma vəziyyətində sayılır. Səbəb kimi isə dediyim kimi, dərmanların təsirini düşünürük, çünki atamın hərəkətsiz qalmasına başqa əsas yoxdur. Beyni təmizdir - insult olmayıb, iflic olmayıb. Əllərində müəyyən hərəkətlər olsa da, ayaqlarında hələ ki yoxdur, bir də boynunu yavaş-yavaş tərpədir. Özünə gələndən sonra isə mütləq qaydada əməliyyat olunmalıdır və boğazındakı şişlər təmiz götürülməli, qırtlağı təmizlənməlidir", - deyə Y.Muradov bildirib.
Xatırladaq ki, onkoloji xəstəlikdən əziyyət çəkən Əməkdar artist oktyabrın 4-də Mərkəzi Klinik Xəstəxanasına yerləşdirilib.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Cim Kerri gizlicə evləndi: Məşhur aktyorun həyat yoldaşı kimdir?
Tanınmış komediya ustası və Hollivud ulduzu Cim Kerri yenidən ailə həyatı qurub. 64 yaşlı amerikalı aktyorun həyat yoldaşı ondan 32 yaş kiçik olan Min A adlı rəssamdır. xəbər verir ki, "People" jurnalı məlumat yayıb. Gizli evlilik məlumatını Cim Kerrinin rəsmi nümayəndəsi də təsdiqləyib. Qey
4 oktyabrCavan Zeynalının başına iş gəlib - Ayaq barmaqları əzilib
Xalq artisti Cavan Zeynalının başına bədbəxt hadisə gəlib. Qaynarinfo xəbər verir ki, cazmen yaşadığı mənzilin hamamında çimərkən yıxılıb. Nəticədə onun ayaq barmaqları əzilib. Cavan Zeynalı hadisə barədə məlumatı Qaynarinfo-ya təsdiqləyib. O bildirib ki, hadisə doğum günü ərəfəsində baş verib
13 oktyabrAna olduqdan 9 ay sonra öldü
Müğənni Castin Biberin keçmiş sevgilisi, model Sahara Ray narkotik maddənin həddindən artıq dozada qəbul edilməsindən ölüb. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb. Məlumata görə, 34 yaşlı Sahara Ray oktyabrın 16-sı böyük dozada narkotik maddə qəbu
20 oktyabrAfaq Bəşirqızı: "Məni "Söylü"yə oxşatmayın"
Xalq artisti Afaq Bəşirqızı məşhur "Bəxt üzüyü" filmindəki Söylü obrazına bənzədilməsinə etiraz edib. axşam.az-a istinadən bildirir ki, aktrisa bu barədə AzTV-də qonaq olarkən danışıb. "Mənə sual verirlər ki, həyatda özünüzü Söylüyə oxşadırsınız? Cavab verdim ki, yox. Məni Söylüyə oxşatmayın
4 oktyabrBayhan dinini dəyişib?
Uşaqlıq illərini Almaniyada keçirən türkiyəli müğənni Bayhan dinini dəyişdirməsi ilə bağlı iddialara aydınlıq gətirib. "Qafqazinfo" Türkiyə mətbuatına istinadən xəbər verir ki, ilk tanıdığı dinin xristianlıq olduğunu bildirdikdən sonra müzakirələrə səbəb olan sənətçi yanlış anlaşıldığını vurğulayı
17 oktyabrTanınmış aktyor ABŞ-də təyyarə qəzasında öldü
Məşhur İsrailli aktyor Qi Kapulnik ABŞ-də aviaqəzada həlak olub. -ın xəbərinə görə, bu barədə "Need To Know" nəşri məlumat verib. Məlumata görə, "Aeronca Champion" təyyarəsinin sükanı arxasında 46 yaşlı Qi Kapulnikin özü olub. O, bu təyyarədən pilot təlimi üçün istifadə edirmiş. Aktyo
3 oktyabr"Şahrux Xan bu klipi görsə, karyerasını bitirər" - (Video)
Aparıcı Afaq Gəncəli illər əvvəl çəkilən arxiv görüntüsünü izləyiciləri ilə bölüşüb. xəbər verir ki, aparıcı həmkarı Zaur Baxşəliyevlə 2011-ci ildə ATV-nin səsyazma studiyasında çəkilən görüntünü yayımlayıb. Afaq zarafatla həmin kadrların illərdir gizli qaldığını və artıq "Tarixi Arxiv" status
11 oktyabr