"Efirə gələndə "məni "sənətkar" kimi təqdim edin" deyə tapşırırlar"

"Efirə gələndə "məni "sənətkar" kimi təqdim edin" deyə tapşırırlar""Bu gün sponsorlar internetdə məşhurlaşan, kompüter vasitəsi ilə səslərini dəyişənlər üçün konsertlər təşkil edirlər. Bunun səbəbi informasiya axını, sosial şəbəkələr, yutub kanalıdır. Bu vasitələrlə dinləyicinin beynini, qulağını belə musiqi ilə doldururlar. Bununla da özlərinə qarşı tələb yaradırlar. Bu gün onu dinləyən 15-20 yaş arası dinləyici 10 il sonra bunu özünə töhmət edəcək. Özünə sual verəcək ki, bunu necə etmişəm? Özüm şahid olmuşam ki, vaxt gəlib həmin mahnıya qulaq asmağı özünə təhqir sayıb. İndi fərli mahnılar dinləyirlər. Gec olur, amma həmişə sənət qazanır. Müvəqqəti, bir neçə ay gündəmdə olan müğənnilər, musiqilər qazanmır. Onlar da teatr səhnəsinin dekorassiyaları kimi zaman-zaman dəyişirlər. Əsl sənətkar dəhnədir və hər zaman sevilir".

Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Gülüstan Əliyeva "Geriyə baxanda" verilişində deyib. Sənətçi istər televiyada, istərsə də məclislərdə rastlaşdığı mənfi hərəkətlərinə görə bəzi müğənniləri pisləyib:

"Bu gün təəssəf ki, səhnədə "kəmiyyətlər" var. Efirə gələndə məni "sənətkar" kimi təqdim edin, "filankəslə çıxım", "məni bu cür təqdim et" deyə, tapşırırlar. Təəssüf ki, bu, telekanalarda böyük vüsət alıb. İçəri girəndə heç ayağa da durmaq istəmirlər. Çox təəssüflə qeyd etmək istəyirəm ki, el şənliklərində də bu hal yaşanır.

Bu yaxınlarda məclisə dəvət aldım. Müğənni və musiqiçilərə yer olmadığına görə məni başqa bir otağa dəvət etdilər. Digər müğənninin ansamblə da orada idi. Özü hələ gəlməmişdi. Basıb yemək yeyirdilər, yer olmadığına görə məni də ora apardılar. İnanın, içəri girdim, bilmirəm harada tərbiyə alıblar, evdə təlim-tərbiyə, böyük-kiçik yeri öyrədilməyib, belə tərbitəyəsizcəsinə heç kəs ayağa durmadı ki, bura kimsə daxil oldu. Heç deyək sənətkar deyiləm, axı buraya bir müğənni, xanım daxil olub, bir ayağa durub, yer göstərək. Çox tərbiyəsiz şəkildə başlarını salıb yemək yeyirdilər. Kolidorda dayandım, amma oraya girmədim. Təəsüf edirəm ki, belə hallar var. Bilmirəm onları kim tərbiyə etməlidir. Təbii ki, evdən başlamalıdır hər şey. Belə hallar bu gün özünə müğənni deyən adamlarda da var. Onları təmizləmək və tərbiyə etmək lazımdır".


Sonxeber.az
Telegramda izləyin
Şou-biznes   Baxılıb: 760   Tarix: 01 noyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bayhan dinini dəyişməsi iddiasına cavab verdi: "Hz.İsanı hələ də sevirəm"

Türkiyəli tanınmış ifaçı Bayhanın dinini dəyişdirdiyi ilə bağlı iddialar gündəmə gəlib. -ın "Hürriyet"ə istinadən xəbərinə görə, müğənni bununla bağlı açıqlama verib. Almaniyadakı uşaqlıq illərindən danışan müğənni onu rahibələrin böyütdüyünü bildirib. "Bilirsiniz, mənim uşaqlığım Almaniyad

17 oktyabr
.

Elnarə Abdullayeva nənə oldu

Əməkdar artist Elnarə Abdullayeva nənə olub. Axşam.az xəbər verir ki, bu haqda müğənni özü paylaşım edib. Onun qızı Xədicənin övladı dünyaya gəlib. Oğlu doğulan ailə ona Cəlal adını qoyub. Qeyd edək ki, Xədicə Cavid adlı bəylə ailə qurub

17 oktyabr
.

Keçmiş həyat yoldaşından "Yeraltı"nın ulduzu barədə etiraf

Türkiyəli aktrisa Melis İşiten 2019-cu ildə boşandığı Uraz Kaygılaroğlu ilə münasibəti barədə illər sonra diqqətçəkən açıqlamalar verib. xarici mediaya istinadən xəbər verir ki, proqramlardan birinə qonaq olan İşiten keçmiş həyat yoldaşı ilə hazırda çox yaxşı dost olduqlarını və qızları Ada üçün birlikd

29 sentyabr
.

İlqarə Kazımovadan ETİRAF: "Hamını olduğu kimi qəbul edirəm"

"İnsanlarda ən çox yalanı sevmirəm, mehriban insanları sevirəm. İlk dəfə sənin verilişinə gələndə sən demişdin ki, yalanı sevmirəm". xəbər verir ki, bu sözləri aparıcı İsa Şükürovun "Sevilən səhər" verilişinə qonaq olan müğənni İlqarə Kazımova deyib. O həmçinin bildirib ki, insanlar

6 oktyabr
.

"Dedim ki, "biabır olacaqsan, Azərbaycan səni qəbul etməyəcək"

Müğənni Günel Zeynalova türkiyəli həmkarı Seda Sayanla illərdir küsülü olduğunu açıqlayıb. "Qafqazinfo" xəbər verir ki, o bu barədə "Sevilən səhər" proqramında danışıb. Günel bildirib ki, illər əvvəl S.Sayanın proqramında qonaq olarkən həmkarı ona qarşı səhv hərəkət edib: "Bun

14 oktyabr
.

Bacısı ilə davasından danışıb ağladı - Video

Türkiyəli müğənni Hadisə Anas Bukhaşın aparıcılıq etdiyi ABtalks adlı "YouTube" proqramının qonağı olub. "Qafqazinfo" xəbər verir ki, sənətçi verilişdə şəxsi həyatı, ailəsi və karyerasının ən çətin dövrləri ilə bağlı açıqlamalar verib. O, 2018-ci ildə menecerliyini edən bacısı Hüly

14 oktyabr
.

Bərdə xəstəxanasında DƏHŞƏTLİ OLAY: Sanitar huşsuz pasiyenti 40 dəqiqə döyüb, polis hərəkətə keçdi - YENİLƏNİB

Bərdə Rayon Mərkəzi Xəstəxanasında sanitar qadının huşsuz vəziyyətdə olan 70 yaşlı pasiyentə qarşı zorakılıq göstərməsi faktı ilə bağlı polis araşdırmaya başlayıb. Bu barədə -ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin regional qrupundan məlumat verilib. Xatırladaq ki

17 oktyabr
.

Cavan Zeynalının başına iş gəlib - Ayaq barmaqları əzilib

Xalq artisti Cavan Zeynalının başına bədbəxt hadisə gəlib. Qaynarinfo xəbər verir ki, cazmen yaşadığı mənzilin hamamında çimərkən yıxılıb. Nəticədə onun ayaq barmaqları əzilib. Cavan Zeynalı hadisə barədə məlumatı Qaynarinfo-ya təsdiqləyib. O bildirib ki, hadisə doğum günü ərəfəsində baş verib

13 oktyabr
.

Qazaxıstanda tutulan azərbaycanəsilli ifaçı Navai təcridxanada yeni mahnılar yazmağa başlayıb

Qazaxıstanda həbs edilən tanınmış ifaçı Navai (Nəvai Bəkirov) hazırda olduğu Taraz şəhərindəki istintaq təcridxanasında yeni treklər (mahnılar) yazmağa başlayıb. -ın "TengriNews"a istinadən xəbərinə görə, bu barədə sənətçinin vəkili Rəna Kərimova məlumat verib. Vəkilin sözlərinə görə, müğənn

18 oktyabr