"Ölümün nəfəsini hiss edirəm"
Xalq artisti Flora Kərimovanın uzun müddət sonra yeni görüntüsü yayılıb.
Axşam.az xəbər verir ki, görüntüləri ABŞ-də yaşayan jurnalist Qənirə Ataşova paylaşıb. O, F.Kərimovanın evində qonaq olduğunu bildirib:
"Xalq artisti, Şərəf ordenli, əvəzsiz səsin, incəliyin və ruhun təcəssümü olan Flora Kərimovanın qonağı oldum. Amerikaya qəfil dönmək qərarını aldığım üçün düşündüm ki, vaxt itirmədən Flora xanımı da görüm. Çünki belə insanlar hər görüşü ilə yaddaşda bir iz buraxır. Bakı gecəsi saat 12 idi. Biz onun bağ evinə çatdıq. Mənə onu çatdıran, Flora xanımın könülüləri idi. Badamburalı çay içdik, şirin söhbət elədik. Onun zarafatları, dərin, kamil fikirləri o qədər səmimi idi ki, hər kəlməsi həyat dərsi kimi idi.
"Ölümün nəfəsini hiss edirəm" - deyəndə, otaqda bir səssizlik oldu. Həm mənim, həm də onun köməkçilərinin gözləri doldu. Ömrünün 50 ilini Flora xanımla keçirmiş Yaqut xanım, dodaqlarını dişləyərək arxada dayanmışdı. Onu ana qədər sevən, bacı qədər qoruyan Yaqut xanım. Amma yenə də hər zarafatında "Hər şey yaxşı olacaq, siz hələ çox yaşayacaqsınız" deyirdi. Kaş ki, zaman dayanardı. Flora xanımla sərhədsiz danışa, onu dinləyə, onun içindəki dənizdən bir az da pay götürə biləydim. Gedərkən məni qapıya qədər ötürdü. Qapının qarşısındakı aynada çəkdiyimiz kiçik video mənim üçün bir ömürlük xatirəyə çevrildi. O gecə mən bir daha anladım ki, bəzi insanlar səsindən çox ruhu ilə yaşayır. Flora Kərimova o ruhun adıdır".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Afətin əri danışdı: "70-100 yaşı olsa da xoşbəxtəm" - VİDEO
Sosial media platformalarında yeni ailə quran jurnalist-aparıcı Afət Rahilqızı ilə meyxanaçının yaş fərqi müzakirələrə səbəb olub. xəbər verir ki, paylaşım zamanı videolara "Gəlinin 56, bəyin 30 yaşı var" başlığının yazılması cütlüyün narazılığı ilə qarşılanıb. Cütlük onların yaşlarının xüsus
4 oktyabrTalıb Talenin ikinci qızı dünyaya gəlib
Müğənni Talıb Talenin ikinci övladı dünyaya gəlib. Axşam.az xəbər verir ki, sənətçinin qızı doğulub. Bu haqda aparıcı Aytəkin Mərdanova "Qonaqcanlı" proqramında deyib. Qeyd edək ki, Talıb Bahar adlı xanımla evlənib. Onun ötən ilin mayında ilk övladı dünyaya gəlib
16 oktyabrTolikə də "iPhone 18 Pro Max" hədiyyə edildi, amma...
Prodüser Tarix Əliyevə (Tolik) "iPhone 18 Pro Max" hədiyyə olunub. Prodüser bu barədə sosial media hesabında paylaşım edib. Tolik qara rəngli telefon istədiyini, lakin ona tünd qırmızı rəngli cihaz hədiyyə edildiyini bildirib. Bir müddət əvvəl müğənnilər Vəfa Şərifova və Afət Fərmanqızı, eləc
11 oktyabr"Bu, özümüzlə üzləşməkdən daha asandır"
"Gənclik illərində həyatın mənası haqqında nadir hallarda düşünürük. Sadəcə yaşayırıq, aşiq oluruq, xəyallar qurur, uğur qazanmaq, pul əldə etmək və tanınmaq üçün çalışırıq. Nə istədiyimizi bildiyimizi düşünürük. Lakin bir gün gəlir və vaxtilə bizə ilham verən heç nə əvvəlki kimi sevinc bəxş etmir
18 oktyabr"Dedim ki, "biabır olacaqsan, Azərbaycan səni qəbul etməyəcək"
Müğənni Günel Zeynalova türkiyəli həmkarı Seda Sayanla illərdir küsülü olduğunu açıqlayıb. "Qafqazinfo" xəbər verir ki, o bu barədə "Sevilən səhər" proqramında danışıb. Günel bildirib ki, illər əvvəl S.Sayanın proqramında qonaq olarkən həmkarı ona qarşı səhv hərəkət edib: "Bun
14 oktyabr"Qızımı belə böyütməməli idim"
Əməkdar artist Sənubər İsgəndərli qızı ilə münasibətindən danışıb. Axşam.az xəbər verir ki, aktrisa bu barədə "2+1" adlı yutub layihəsində danışıb. O, yeganə övladını həddindən artıq qoruduğunu və bunun düzgün olmadığını düşündüyünü bildirib:. "İndi başa düşürəm ki, onu çox qorumuşam
24 oktyabr25 milyonluq malikanəsi əlindən alına bilər
Hollivud ulduzu Ceyson Steytem İngiltərənin cənubunda yerləşən malikanəsindəki qonaq evini itirmək təhlükəsi ilə üzləşib. Axşam.az xəbər verir ki, aktyor və sevgilisi Rouzi Hantinqton-Uaytli Nyü-Forest Milli Parkının rəhbərliyi tərəfindən tikinti qaydalarını pozmaqda ittiham olunublar. Bu barədə "Th
17 oktyabr"Anamla atam ailə qurmağımı istəyir"
"25.10.25 - 25.10.26. Bir yaş daha. Oxuyacağım mahnılarım, quracağım xəyallarım, sarılacağım doğmalarım var. Şükürlərim çoxdur". Axşam.az xəbər verir ki, bu sözləri müğənni Günel Zeynalova sosial media hesabında yazıb. Ad günü olduğunu vurğulayan ifaçı bir ildir Bakıda yaşadıqlarını belə şər
25 oktyabr