Orucluq ayında nə olar, nə olmaz?

Orucluq ayında nə olar, nə olmaz?İslam dinində buyrulur ki, oruc tutan şəxs sübh azanından şam azanına qədər yeyib-içməkdən, cinsi əlaqədən və buna bənzər işlərdən (onanizm) çəkinməlidir. Oruc güclü bədən üçündür. Ramazan ayı bədənin sağlamlığa qovuşması üçündür, bədənin zərər görməsinə imkan verilməməlidir.

Sonxeber.az publika.az-a istinadən Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Hacı Fuad Nurullahın Ramazan ayı üçün tövsiyyələrini təqdim edir.

"İmkanı, sağlamlığı, gücü olan hər kəs Ramazan karvanına qoşulsun ki, savabı əldən verməsin. Bu ayda oruc tutanlar ailələri, yaxınları, qonşuları və xalqı üçün dua etsinlər. Ramazan günahların yuyulduğu, imanın gücləndiyi aydır. Onun üçün də fiziki sağlamlığı olan insanlar ramazan orucunu saxlamalı, tənbəllik etməməlidirlər.

Bu ayda nəinki bədən sağlam olur, həm də ruh təmizlənir. İnsan tam şəkildə özünü kamilləşdirir. Ona görə də insanlar Ramazan ayının hər günü diqqətli olmalıdırlar".

KİMLƏRƏ OCU OLMAZ

Hacı Fuad Nurullah bildirdi ki, Ramazanın məqsədi ruhun və bədənin sağlamlığı olduğundan xəstə insanların oruc tutması məsləhət görülmür.

"Həkimlər icazə vermədiyi halda insan özünü məcbur etsə, özünə zərər vermiş olsa, ibadəti batil olar, həm də özü günah qazanmış olar.

Uzaq səfərə çıxanlara həmin günlərdə oruc tutmaq güzəşt olunur. Onlar səfərdən qayıdandan sonra oruc tutmağa davam edə bilər. Növbəti Ramazana qədər oruc tutmadıqları günlərin qəzasını edə bilərlər.

Süd verən analar oruc tutmaya bilər. Süd verən ana yaxşı qidalanmalıdır ki, körpəsinə süd versin. Süd verə bilməsə, uşaq üçün zərər olar. Körpəsi süddən kəsiləndən sonra qəza edər bilər.

Həkimlər hamilə qadınlara oruc tutmağı məsləhət görmür. Çünki bətndəki körpəyə ziyan dəyə bilər.

Şəkər, qan, mədə xəstəliyi olanlar gün ərzində mütləq qidalanmalı olduqlarından oruc tutmaya bilərlər. Çünki oruc tutsalar, bədənlərinə zərər verəcəklər və ibadətləri batil olacaq.

ÇİMMƏK OLAR, YOXSA..

Oruc tutan insan iftara qədər çimə bilərmi? Bu sual oruc tutanları daha çox düşündürür. Hacı Fuad bu məsələyə də aydınlıq gətirdi.

"Orucluq yay fəslinə təsadüf etdiyindən insanlar çaya, dənizə getmək istəyir. Bu məsələdə heç bir məhdudiyyət yoxdur, sadəcə başını birbaşa suyun altına salmaq olmaz. Hissə-hissə bədəni suya salmaq, başa su tökmək olar.

İnsanlar tez-tez oruclu ikən çimib, yuyuna bilməyi soruşur. Əlbəttə, burada da heç bir məhdudiyyət yoxdur. Həmçinin oruc olan şəxs toz və tüstüdən özünü qorumalıdır ki, boğazına getməsin. Oruc tutan şəxs gün ərzində intim əlaqədən çəkinməlidir. Lakin iftardan imsaka qədər halal olan və haqqı çatan hər şeydən istifadə edə bilərlər. Bir insanın boynunda qusul varsa, çimib, qüsul edə bilər. Gecə boynuna qusul gəlsə, sübh namazına qədər çimməlidir. Əgər sübh namazının vaxtını keçirsə, ibadətini batil etmiş olar".

SU İÇMƏK İSTƏYƏN NƏ ETMƏLİDİR?

Ramazan yay fəslinə təsadüf etdiyindən insanların ən böyük çətinliyi susuzluqla bağlıdır. Bəs bu çətinliyi aradan qaldırmaq üçün ağzı yaxalamaq olar?

Hacı Fuadın sözlərinə görə, ağzı yaxalamaq olar, amma bu məsələdə israf etmək olmaz. Ağzı dəfələrlə yaxalayanda su boğaza gedə bilər. Bu da insan qəlbində orucun batil olub-olmaması barədə şübhə yarada bilər.

Amma insanlar çalışmalıdırlar ki, günün altında durmasınlar. Çünki bu zaman bədəndən çox enerji sərf edilir və bədən suyu tükəndikcə, oruc çətinləşir. Amma sağlam insanda bu baxımdan problem yoxdur. 17 saat olsa belə, Allaha niyyət edib oruc tutanda insana Allah güc verir".

DODAQ BOYASI VƏ ƏTİR ORUCU BATİL EDİRMİ?

Hacı Fuad bu məsələdə də birmənalı məhduddiyyətin olmadığını deyir:

"Qadınlarımızın kosmetik vasitələrdən istifadə etməsi normaldır. Amma bəzi kosmetik vasitələrdən sübh namazına qədər istifadə edə bilərlər. Dərini qidalandıran kremlərdən istifadə etmək olmaz. Amma ağrıkəsici kremlər çəkməyə icazə var, hətta ampula şəklində ağrıkəsici iynə vurmaq da orucu batil etməz. Vitaminlərin bədənə iynə şəklində vurulması olmaz. Qadınlar çalışsınlar ki, oruc tutarkən dodaq boyası, sürmə, dəriyə çəkilən bəzi qidalandırıcılardan istifadə etməsinlər. Ətir vurmaq orucu batil etməz, amma qoxunun oruc tutan digər insanlarda narahatlıq yaradacaq səviyyədə olmasına diqqət etmək lazımdır. Şəriət və dinimiz qadınların bər-bəzəkdən istifadəsinin qarşısını almır, lakin orucluq vaxtı buna müəyyən qədər məhdudiyyətlər ola bilər".

HALSIZLIQ HİSS EDƏNLƏR NƏ ETMƏLİDİR?

Bəzi insanlar oruc tutmaq üçün niyyət edir, mənəvi baxımdan da hazır olur. Lakin oruc tutan günlər halsız olur, baş ağrılarından şikayətlənir. Bu insanlar oruc tutmalıdılarmı?

Hacı Fuad deyir ki, orucluq vaxtı baş ağrısı, halsızlıq olması normaldır. Bundan qorxmaq olmaz. Sadəcə iradəni möhkəmləndirmək lazımdır. Hər kəs şeytana lənət deyib, Allaha niyyət edib oruc tutsun. Heç nədən çəkinməsinlər.

Ağızdan gələn qoxunun qarşısını necə almaq olar?

Orucluqda ağız qoxusu insanları, xüsusən ictimaiyyət içərisində olanları narahat edir. Bunun qarşısını almaq üçün dişləri tez-tez yumaq, xüsusi maddə ilə ağzı yaxalamaq, saqqız çeynəmək olarmı?

Hacı Fuad bildirir ki, gün batana qədər dişi məcunla yumaq məsləhət görülmür.

"Gün ərzində sudan başqa müxtəlif tərkibli maddə ilə ağız yaxalamaq olmaz. Saqqız çeynəmək orucu batil etməz. Lakin bəzi meyvə təamları olan saqqız çeynənməsinə icazə yoxdur. Təam olmayan saqqız orucu batil etməz, lakin o da bəyənilmir. Çünki bu cür saqqızlar belə iştah gətirə bilər. Bu da oruc tutan şəxsə narahatlıq yaradır. Dinimizdə buyrulur ki, oruc tutan insanın ağzının qoxusu ən gözəl qoxu hesab edilir".

Oruc tutduğunu dilə gətirmə

Ramazan ayında diqqət edilməli olan bir məqam da oruc tutduğunuzu gün ərzində dəfələrlə dilə gətirməməyə diqqət etməkdir. Çünki bu, düzgün qəbul edilmir, ikrah yaradır. Hacının sözlərinə görə, ibadət Allaha xatir edilməlidir. "Oruc tutmuşam, acdım, susadım" deməklə ibadətini batil edir.

"Ramazan orucunda riya yoxdur. İnsan Allahı niyyət edib səhər ağzını bağlayır, bir də axşam açır. Hətta insan namazı belə insanlar içərisində qıla bilir. Namazda belə riya edə bilər, amma orucda bu mümkün deyil. Çünki insan gizlində yeyə bilsə də, Allah görür deyə bunu etmir. Bu sözləri dilinə gətirirsə, orucu batil etmiş olar".

Onun sözlərinə görə, bu ayın ən böyük fəziləti də gecə ibadətidir.

"Bunun üçün də Allah-təala bizə Qədr gecəsini bəxş edib. Həmin gecədə "Quran"nazil olub. 4 Qədr gecəsi var, amma o hər kəsə gizlin olur.

Ramazanın son mərhələsi fitrə-zəkat çıxarılmasıdır. Paylaşma ayı olduğu üçün Bayram günü hər kəs öz qazancından fitrə, zəkat verməlidir. Hər ailə öz üzvlərinin sayına ən çox yeyilən ərzağın- buğdanın qiymətinə müvafiq olaraq imkansız şəxslərə yardım etməlidir. Qazılar Şurasının məsləhəti budur ki, insanlar bu məsələdə xəsislik etməsin. İmkanı olan şəxslər azı 5 manat müqabilində fitrə ayıra bilər, istəyən və imkanı olanlar daha çox fitrə verə bilərlər. Ramazan ayında küsülülər barışdırılmalı, xəstələrə, qocalara, imkansızlara baş çəkmək lazımdır. İnsanlıq dəyərlərini bu ayda yaşamaq Allah tərəfindən ən çox qəbul olunan davranışlardır".

Allah orucunuzu qəbul etsin!


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 35836   Tarix: 18 iyun 2015  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

20 tibb müəssisəsinin qarşısında minib-düşmə yerləri təşkil edildi

20 tibb müəssisəsinin qarşısında minib-düşmə yerləri yaradılıb. Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb. Bildirilib ki, daha 7 ünvanda parklanma yerlərinin bir hissəsi ləğv olunaraq "5.14" - "minik taksilərinin duracaq yeri" və 3.28" - "durma

15 iyun
.

ABŞ və İran razılaşması fonunda dollar ucuzlaşır

ABŞ və İran arasındakı razılaşma xəbərlərinə, investorların əhvali-ruhiyyəsinin yaxşılaşmasına və neft qiymətlərinin ucuzlaşmasına baxmayaraq, dolların məzənnəsi eniş nümayiş etdirir. xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb. Agentliyin məlumatına əsasən, neft kotirovkalarını

15 iyun
.

Böyük Britaniya 16 yaşdan kiçik uşaqların sosial şəbəkələrə girişini qadağan edəcək

Böyük Britaniya 16 yaşdan kiçik uşaqların sosial şəbəkələrə girişini qadağan edəcək. "Report" xəbər verir ki, bu barədə Britaniyanın Baş naziri Kir Starmer "X" sosial şəbəkəsində yayımlanan videomüraciətində bildirib. Onun sözlərinə görə, qərar sosial şəbəkələrin uşaqların psixi sağlamlığın

15 iyun
.

Sabah 32 dərəcə isti olacaq

Sabah havanın 32 dərəcə isti olacağı gözlənilir. "Qafqazinfo" xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündü

15 iyun
.

Türkiyə MN: "Azərbaycanla hər bir şəraitdə çiyin-çiyinə dayanmağa davam edəcəyik"

Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycanı 15 İyun - Milli Qurtuluş Günü münasibətilə təbrik edib. xəbər verir ki, bu barədə nazirliyin sosial şəbəkə hesabında paylaşım edilib. "Qardaşlığımız daimidir! Can Azərbaycanın Milli Qurtuluş Gününü təbrik edir, dost və qardaş ölkə Azərbaycanın xalqın

15 iyun
.

Çıxarışlı torpaqlarda bahalaşma: Bir sotu yarım milyon manat (VİDEO)

Ən ucuzu beş min, ən bahası isə yarım milyon manata qədərdir. "Xəzər" TV-yə istinadən xəbər verir ki, söhbət yerləşdiyi əraziyə görə, çıxarışlı torpaq sahəsinin bir sotunun qiymətindən gedir. Bakıda torpaq bazarında qiymətlər yenidən yüksəlib. Xüsusilə yay mövsümünün yaxınlaşması və fərdi yaşayı

15 iyun
.

Hesablama Palatası: Tikinti sektoru ötən il gözləntiləri doğrultmayıb

2025-ci ildə Azərbaycanda tikinti sektoru 0,4 % kiçilib. Halbuki ilin əvvəlində sektorda 4,8 % artım proqnozlaşdırılıb, sonradan bu göstərici 7,9 %-ə yüksəldilib. xəbər verir ki, bu barədə Hesablama Palatasının "2025-ci il dövlət büdcəsinin icrası" haqqında qanun layihəsinə verdiyi Rəydə bildirilir

15 iyun
.

Ərdoğan Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik edib. xəbər verir ki, bu barədə o, "X" hesabında paylaşım edib. "Can Azərbaycanın 15 İyun - Milli Qurtuluş Gününü ən səmimi duyğularımla təbrik edir, bir millətin iki dövləti, tək ürəyi daşıya

15 iyun
.

Əli Əsədov Fəxri xiyabanda ulu öndərin məzarını ziyarət edib

Baş nazir Əli Əsədov 15 İyun - Milli Qurtuluş Günü münasibətilə Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib. xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb. Bildirilib ki, Əli Əsədov müasir müstəqil dövlətimizin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevi

15 iyun