Zooparkın direktoru pinqvinlə bağlı müraciət etdi

Zooparkın direktoru pinqvinlə bağlı müraciət etdi"Tbilisi zooparkının direktoru mənə zəng edib deyir ki, eşitmişik, pinqvin siz tərəfə üzüb, tutmusunuz?"

Deyirəm, vallah-billah, görməmişik, elə siz gəlmişkən, müraciət edirəm ki, kim pinqivini görübsə, bizə xəbər versin".

Sonxeber.az azadliq.org-a istinadən bildirir ki, Bakı zooparkının direktoru Azər Hüseynov belə deyib və əlavə edib ki, Tbilisidəki həmkarı pinqvinin Qırmızı Körpüyə - Gürcüstanın Azərbaycanla sərhədinədək üzdüyünü eşidincə dayanmayıb, sərhədə gəlib... Ancaq hər yeri ələk-vələk eləsələr də, onu tapmayıblar.

Tbilisidəki daşqınlardan sonra Bakı zooparkı orayla əlaqə saxlayıb: "Hadisədən xəbər tutan kimi, zəng elədim Tbilisi zooparkının rəhbərliyinə, amma heç kim telefona cavab vermədi. Yalnız ertəsi gün danışa bildim. Dedim ki, bilirəm, indi zooparkda vəziyyət yaxşı deyil... Qəfəsləriniz dağılıb, heyvanxananı müvəqqəti bizim zooparka köçürə bilərsiniz".

Azər Hüseynovun sözlərinə görə, o, dəvətini Gürcüstana çatdırıb, di gəl, bunun reallaşması ondan asılı deyil. Axı hər iki zoopark dövlətə məxsusdur və bircə heyvanın da yerini özbaşına dəyişdirmək mümkün deyil.

"8-10 ballıq zəlzələ olsa neyləyərik, bilmirəm"

Deyirlər şər deməsən, xeyir gəlməz. İşdir-şayət, Tbilisi daşqınları kimi bir təbii fəlakət baş versə, Bakı zooparkının hansı ehtiyat planı var?

Azər Hüseynov deyir, Bakı zooparkının daşqınla üzləşmək təhlükəsi yoxdur, çünki zoopark dəniz səviyyəsindən də yüksəkdə yerləşir: "Biz qəfəsləri düzəldəndə tikinti şərtlərinə, qəfəsin möhkəmliyi ilə bağlı qaydalara əməl edirik. Yəni zooparkdan heyvanın qaçması mümkün deyil. Amma allah eləməsin, bir zəlzələ olsa, neyləyərik? - bax onu bilmirəm. 8-10 ballıq zəlzələyə binalar davam gətirməz. Tbilisiyə gəlincə, orada zooparkın yanından çay keçir, yırtıcı heyvanlar da aşağıda - dərədə olduqlarından su basıb onları. Yalnız dağdakı heyvanlar salamat qalıb".

Direktoru iş başında yaxalamışdıq: pələngə qəfəs düzəldirdilər. Əvvəlkiylə müqayisədə yenisi lap "villa"ya bənzəyirdi. Amma pələngi yolun o tayından bəri gətirməliydilər, axı. "Onu buraya necə gətirəcəksiniz?" – deyə soruşanda Azər Hüseynov zarafatından qalmır: "Qulağından tutub çəkəcəyik bu qəfəsə". Düzdür, o dəqiqə də ciddiləşir və əlavə edir və: "Yırtıcı heyvanlar zarafatı sevmir. Uyğun qurğular var," -deyir.

Tbilisi zooparkından qaçan heyvanları sadalayanda, sayları da diqqət çəkmişdi: 6 pələng, 6 şir, 13 canavar, 7 ayı, üstəlik, begemot və pinqvin.

Begomot və pinqvinsiz Bakı zooparkı

Azər Hüseynov deyir, Tbilisi zooparkı 12, Bakıdakı heyvanxana 2 hektar ərazidə yerlşir. Sahə 6 dəfə az olsa da, bu 2 hektar ərazidəki yırtıcıların sayı az deyil - 5 aslan, 5 ayı, pələng, yaquar, bəbir, bir Nil timsahı Bakı zooparkının bəzəyidir: "Uşaqlara oyun guşəsi hazirlayırıq. Bir aya istifadəyə veriləcək. İstəyirik uşaqlar balaca yaşlarından canlı aləmi yaxşı öyrənsinlər, dovşanla, keçi balalarıyla ünsiyyətləri olsun və xətasız-bəlasız, heyvanlarla oynasınlar".

Begemotu, pinqvini olmasa da, adı "Qırmızı kitab"a düşən Orta Asiya tısbağaları Bakı zooparkında saylarını artırıb. Elə tülkü və porsuq da: "Biz Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət etmişik ki, artırdığımız heyvanları təbiətə buraxaq. Indi bunun yerləri müəyyənləşdirirlər".

Tbilisi zooparkından Bakıya yaquar gətirilib. Həmin heyvan yuvasından çıxmasa da, onu seyr edə bildik. Üstəlik, oynaqlaşan ayılara, özünü günə verən aslanlara da doyunca baxdıq. Bir tülkü balası da, ağzındakı ət tikəsi, öz balaca qəfəsində fır-fır fırlanır, oynamaqdan yorulmurdu. Elə bil, "bacarırsansa, gəl bu tikəni əlimdən al!"- deyirdi...

Yeri gəlmişkən, bakılı kenqurularımız da var. Xaricdən gətirilən kenqurular balalayıb.

Zooparkdakı pis qoxunun səbəbi

Bir şey adamın qanını qaraldır - zooparkdakı qəfəslərin yanından keçəndə adam pis qoxudan diksinir. Direktor deyir, meymunu gündə 5 dəfə də çimizdirsən də, ondan meymun iyi gələcək. Əlbəttə, heyvandan özünəməxsus iy gəlməsi təbiidir, ancaq sən demə, başqa səbəb də varmış - Azər Hüseynovun sözlərinə görə, yer darlığından qəfəsləri yaxın yerləşdirməyə məcbur qalırlar. Bu isə ətrafa yayılan pis qoxunu kəskinləşdirir...

Zooparka nəvəsini gəzdirməyə gətirən Fəxrəddin Quliyev heyvanların təbii şəraitdə saxlanmasını istəyir: "Mən başqa ölkələrin də zooparklarında olmuşam. Bakı zooparkına kasıb deməzdim, amma yeri geniş olsaydı, heyvanlar təbii şəraitdə yaşayar, heç qəfəsdə saxlandıqlarını da hiss etməzdilər".

Zooparkın daha geniş əraziyə köçürülməsi vaxtaşırı medianın da gündəminə gəlir. Direktor bu barədə heç nə bilmədiyini söyləyir: "Bu söhbətlərlə əlimizi-qolumuzu işdən soyuda bilmərik, hələ çox yenilik edəcəyik!". Deyir və yenilikləri gözləməyimizi istəyir.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 868   Tarix: 19 iyun 2015  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Kərim harda dəfn olunacaq? (AÇIQLAMA)

Meyxanaçı Kərim (Ağkərim Novruzov) Maştağa qəbiristanlığında dəfn olunacaq. Bu barədə Qaynarinfo-ya mərhumun qohumu Rüstəm Cənnətov məlumat verib. O bildirib ki, mərhumla vida mərasimi yaşadığı evdə keçiriləcək:. "Bu saatlarda vəfat edib. Qərar verdik ki, dəfn mərasimini sabaha saxlayaq. Odur ki

19 dekabr
.

"Qala Sığorta" yanan BMW-yə sığorta ödəməyəcək: "Sürücü tamaşa edib..."

Bu ilin iyul ayında Goranboy rayonu, Qazanbulaq qəsəbəsində 77-LC-074 dövlət nömrə nişanlı "BMW 535i" markalı avtomobilin yanmasına görə "Qala Sığorta" Açıq Səhimdar Cəmiyyəti (ASC) sığorta ödənişi etməyəcək. Qaynarinfo-nun məlumatına görə, bu barədə məhkəmə qərar verib. 1995-ci təvəllüdl

18 dekabr
.

Stomatoloqlardan pul tələb edən şəxslər tutuldu - Foto

Balakəndə özünü jurnalist kimi təqdim edərək stomatoloqlardan pul tələb edən şəxslər saxlanılıblar. "Qafqazinfo" xəbər verir ki, rayonda özlərini jurnalist kimi tanıdan iki nəfərin vətəndaşlardan hədə-qorxu ilə pul tələb etmələri barədə polisə məlumat daxil olub. Balakən RPŞ-nin keçirdiyi tədbirlərl

18 dekabr
.

Direktoru divara itələyən müəllimlə bağlı - Rəsmi açıqlama+Video

Sosial şəbəkələrdə yayılan Qobustan rayonu Ərəbşahverdi kənd ümumi orta ümumtəhsil məktəbinin müəlliminin direktora qarşı uyğunsuz davranışını əks etdirən video ilə bağlı araşdırma aparılıb. Bu barədə "Qafqazinfo"nun sorğusuna cavab olaraq Dağlıq Şirvan Regional Təhsil İdarəsindən məlumat verilib

19 dekabr
.

Tanınmış kosmetoloq Natavan Əmirova paylaşımı ilə özünü biabır edib

Vətəninfo.az xəbərinə görə, illərdir kosmetoloq kimi çalışan, öz sahəsi üzrə "marifləndirici" məsləhətlər verən Əmirova, artıq incidiyini bildirərək daha video çəkməyəcəyini bildirib. Kosmetoloqun paylaşdığı bu "son" videoyaya isə xeyli sayda şərh gəlib. Şərhlərin əksəriyyəti tanınmı

19 dekabr
.

"Xəstələndiyini məhz hospitalda öyrəndik, ağır vəziyyətdə idi" - Əsgər atası

Hərbi Prokurorluqda Azərbaycan Ordusunun 21 yaşlı əsgəri Əli Cəfərovun ölümü ilə bağlı araşdırmalar davam edir. -a istinadən xəbər verir ki, bu barədə mərhum əsgərin atası, Gəncə Dövlət Dram Teatrının rəssamı Vahab Cəfərov bildirib. O qeyd edib ki, oğlunun xəstə olduğunu ailə son ana qədər bilməyib

18 dekabr
.

"Qeysəriyyə əməliyyatlarının sayı 10 faizədək azalıb" - Vüqar Qurbanov

"TƏBİB-in tabeleyindəki tibb müəssisələrində normal doğuşların sayı 27 min 679 olub ki, bu da 2024-cü il ilə müqayisədə 11 faiz artım göstərir". xəbər verir ki, bu barədə TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov "TƏBİB-in 2025-ci ilin yekunlarına və gələcək planlara dair" brifinqd

19 dekabr
.

Mediada azyaşlıların üzünün açıq şəkildə göstərilməsi nə dərəcədə düzgündür? - MEDİA EKSPERTİNDƏN AÇIQLAMA

Son günlər mediada uşaqların üzlərinin açıq şəkildə yayımlandığı hallara tez-tez rast gəlmək olur. Bu, sadəcə görüntü paylaşımı deyil - uşaqların təhlükəsizliyinə birbaşa təsir edir və psixoloji, sosial problemlərə səbəb ola bilər. Media qurumları uşaqların hüquqlarını və təhlükəsizliyini ön planda saxlamalı

19 dekabr
.

Azərbaycanda bu şəxslər mənzillə təmin ediləcək

Sosial Xidmətlər Agentliyi Ağdaşda mənzillər alır. -a istinadən xəbər verir ki, "Sosial Xidmətlər Agentliyi" Publik Hüquqi Şəxsi əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri üçün Ağdaş rayonunda mənzil təminatı məqsədilə satınalma həyata keçirir. Satınalma çərçivəsində 20 ədəd ikiotaql

19 dekabr