"Cənab prezident İlham Əliyev televiziya kanallarına müsahibəsində dövlətimiz üçün mühüm əhəmiyyət daşıyan məsələlərə toxundu" - DEPUTAT

"Cənab prezident İlham Əliyev televiziya kanallarına müsahibəsində dövlətimiz üçün mühüm əhəmiyyət daşıyan məsələlərə toxundu" - DEPUTAT"Azerbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsində xalqımız və dövlətimiz üçün mühüm əhəmiyyət daşıyan məsələlərə toxundu".

Bunu Sonxeber.az-a danışan deputat Cavanşir Paşazadə bildirib.

Deputat qeyd edib ki, cənab prezident İlham Əliyev yerli televiziya kanallarına artıq ənənə halını almış növbəti müsahibəsində ötən müddətdə Azərbaycanda iqtisadi, sosial sahələrdə görülən işlərə, Azərbaycan ilə Ermənistan arasındakı münasibətlərə, işğaldan azad edilmiş ərazilərdə aparılan yenidənqurma işlərinə, ölkəmizin xarici və daxili siyasətinə və digər məsələlərə dair bütün suallarını geniş və əhatəli şəkildə cavablandırıb:

"Prezident İlham Əliyev müsahibəsində Azərbaycanın son illər ərzində əldə etdiyi uğurlarını hərtərəfli təhlil edib, iqtisadi məsələlərə xüsusi yer ayırıb.

Ölkə başçısı qeyd edib ki, ölkənin bütün siyasəti həm sosialyönümlü, həm də investisiyayönümlüdür. Hər ikisi arasında çox həssas balans, tarazlıq mütləq şəkildə qorunmalıdır. Azərbaycanın iqtisadi islahatlar həyata keçirərək, neft-qaz layihələrini icra edərək əldə edilən gəlirləri sosial sahəyə yönəltdiyini vurğulayan dövlətimizin başçısı deyib: "İşğal dövründə bizim əsas xərclərimiz hərbi təyinatlı xərclər idi, ondan sonra təhsil xərcləri idi, ondan sonra məcburi köçkünlər üçün nəzərdə tutulan xərclər idi. Biz işğal dövründə 300 mindən çox köçkünü yeni evlərlə, mənzillərlə təmin etmişdik, 100-dən çox şəhərcik inşa olunmuşdur".

Vaxtilə bu sahədə olan pozuntuların, ədalətsizliklərin aradan qaldırıldığını, şəffaf mexanizmin tətbiq olunduğu söyləyən cənab prezident bildirib: "Bu, bizə imkan verib ki, biz bir neçə ciddi sosial islahat paketi icra etmişik, daha doğrusu, son yeddi il ərzində 5 sosial islahat paketi icra edilmişdir. Bu islahatların əhatə dairəsi 4 milyon insandır və təqribən 8 milyard manata yaxın olan vəsaitdir".

Prezident İlham Əliyev öz müsahibəsində bildirib ki, ötən il ölkənin qızıl ehtiyatlarının artırılması üçün strateji qərar qəbul edildi. Dünyada geosiyasi müstəvidə cərəyan edən hadisələri açıq-aydın göstərirdi ki, qızılın qiyməti artacaq. Bu qərarın Azərbaycana çoxlu gəlir gətirdiyini vurğulayan dövlətimizin başçısı qeyd edib: "Qızıl ehtiyatlarımızı artıraraq Dövlət Neft Fondu yalnız buna görə 10 milyard ABŞ dollarından artıq vəsait qazandı. Lakin qızılın qiyməti aşağı düşərsə, əlbəttə ki, bizim ehtiyatlarımız da azalacaq. Beləliklə, bu gün bizim ehtiyatlarımız hər gün dəyişir. Bu gün ola bilsin 84 və ya 83 milyarddır. Sabah 85 olacaq. Buna baxmayaraq, bu, dünyada adambaşına düşən ehtiyatlar nöqteyi-nəzərindən istənilən ölkədə olan ən yüksək göstəricilərdən biridir".
Müsahibədə həm quruda, həm də dənizdə, o cümlədən azad edilmiş torpaqlarda günəş və külək elektrik stansiyalarının xəritəsinin təsdiqlənməsi məsələsinə toxunulub.

"Hazırda bizim əsas vəzifəmiz enerji mənbələrini qəbuletmə imkanlarını genişləndirməkdir. Çünki mövcud olan planlara görə, 2030-cu ilə qədər 6000 meqavat, 2032-ci ilə qədər isə 8000 meqavat Günəş, külək və su enerjisi bizim sistemimizə daxil ediləcək. Yəni bunu qəbul etmək, həzm etmək üçün biz enerji sistemimizi gücləndirməliyik. Buna "Energy Grid" deyirlər", - deyə dövlətimizin başçısı qeyd edib.
Prezident İlham Əliyev bildirib ki, bununla paralel olaraq batareya saxlanc sistemləri də qurulmalıdır: "Biz ilkin mərhələdə xarici şirkətlərə müraciət etdik ki, onlar investor kimi bu işi görsünlər. Amma gördük ki, böyük maraq yoxdur. Yəni dövlət xətti ilə təxminən 250 meqavat gücündə birinci batareyalar artıq quraşdırılır, amma daha da çox olacaq. Çünki bizim, yenə də deyirəm, qısamüddətli planlarımız 8 giqavat enerji əldə etməkdir".
Ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təminatında əhəmiyyətli yer tutduğunu bildirən Prezident İlham Əliyev qeyd edib ki, həcm və coğrafiya baxımından ölkənin qaz ixracatı artır. İndiyədək Azərbaycan 11-i müntəzəm əsasda olmaqla, 14 ölkəni qazla təchiz edib.

"Elə ölkələr var ki, onlar 2024-cü ildə bizdən qaz əldə edib, lakin sonra başqa mənbələrlə əlaqədar dayandırıb. Bu, bir növ tələbata əsaslanır, onların ehtiyacı olanda biz təchizata başlayırıq, ehtiyacı olmayanda dayandırırıq. Lakin ümumilikdə Azərbaycanın boru kəməri vasitəsilə qaz nəqlinin coğrafi əhatə dairəsi 14 ölkədən ibarətdir. Bu il onlara daha iki Avropa ölkəsi əlavə olunacaq. Ümumilikdə 16 ölkə olacaq, bu, boru kəməri qazı ilə bağlı ən böyük rəqəmdir. Dünyada heç bir ölkə Azərbaycan kimi bu qədər ölkəni boru kəməri vasitəsilə qazla təchiz etmir. Ötən il bizim ixracımız artım potensialına malik olmaqla, 25 milyard kubmetrdən çox olub", - deyə dövlətimizin başçısı bildirib".

Deputat söyləyib ki, dövlət başçısı İlham Əliyev müsahibəsində bir sıra mühüm əhəmiyyət daşıyan məqamlara, o cümlədən işğaldan azad edilən ərazilərdə aparılan genişmiqyaslı işlərə toxunub:

"Prezident söyləyib ki, bu gün Azərbaycanın yaratdığı tarixi reallıqların məntiqi nəticəsi olaraq ölkəmiz yeni mərhələni yaşayır. Bele ki,Azərbaycanın öz suverenliyinin bərpası, Qarabağın azad olunması, eləcə də Qarabağdan separatizmin təmizlənməsi yeni imkanlar yaratmış oldu. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələri həm Vətən müharibəsində, həm də lokal antiterror tədbirləri zamanı peşəkarlığını, qarşısına qoyulmuş vəzifələri ən yüksək səviyyədə icra etmək məharətinə malik olduğunu bir daha nümayiş etdirdi. Artıq 30 ilə yaxın işğal altında olan və 44 günlük Vətən müharbəsi zamanı azad olunan hər bir ərazidə böyük abadlıq-quruculuq işləri aparılır. İşğaldan azad olunan ərazilərimizdə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında genişmiqyaslı yenidənqurma, bərpa-quruculuq işləri davam etdirilir.

Ölkə başçısı qeyd etdi ki, işğal dövründə ermənilər bu ərazilərdə heç bir quruculuq işləri görməyib, yalnız ərazilərdəki infrastrukturu dağıtmaqla məşğul olublar. Bütün kənd və qəsəbələr viran edilmişdi.
İlk növbədə işğaldan azad edilən ərazilərdə tam yeni strukturun yaradılmasına başlanıldı. Enerji təminatı üçün azad edilmiş bütün bölgələr mərkəzlə, mərkəzi infrastrukturla faktiki olaraq birləşdirildi. Burada dairəvi enerji sistemi quruldu və bu gün mərkəzdən oraya yox, oradan mərkəzə enerji daxil olur. Beş il ərzində 307 meqavat gücündə su elektrik stansiyaları yaradıldı. Hazırda azad edilmiş bölgələrdə istehlakın qat-qat aşağı olması nəzərə alınaraq dairəvi sistemi yaratmaqla bu gün enerji axınını ölkə üzrə lazımi səviyyədə bölündü.
Ərazilərin su təminatına ciddi fikir verildi. Burada Zabuxçay su anbarı da daxil olmaqla bir neçə bir neçə su anbarı yenidən qurulub, Sərsəng, Suqovuşan, Köndələnçayda üç, Xaçınçay su anbarı əsaslı təmir edilib.
İndi Kəlbəcərdə ağır hava şəraitində yollar, körpülər, tunellər inşa edilir. Bölgədə dəmir yolları şəbəkəsi yenidən qurulur, Bərdə-Ağdam, Ağdam-Xankəndi dəmir yolu xətti, magistral avtomobil yolları çəkilir.
Müsahibəsində ölkə başçısının qeyd etdiyi kimi "Bütün o bölgəni bir-biri ilə bağlamaq bizim əsas vəzifəmizdir. Bu bölgəni Azərbaycanın digər bölgələri ilə, - Kəlbəcər vasitəsilə Gəncə-Qərb istiqaməti, Tərtər-Bərdə-Bakı istiqaməti, Füzuli-Biləsuvar-Cənub istiqaməti ilə əlaqələndirməklə, ölkədə bağlantılar daha etibarlı olacaq, yola sərf olunan vaxt qısalacaq. Hamımız yaxşı bilirik ki, insanlar adətən yaşadıqları bölgələrdə yaşayırlar. Ancaq o bağlantılar - dəmir yolu, avtomobil yolları olan zaman, gələcəkdə hava yollarının istifadəsi ilə insanlar da ölkə daxilində miqrasiya edə bilərlər. Şərt deyil ki, hamı Bakıya gəlsin. Əksinə, bu gün, məsələn Xankəndi kimi şəhərə Bakıdan, Naxçıvandan, başqa yerlərdən gəlirlər. Xankəndi və Ağdam azad edilmiş bölgələrin əsas şəhərləri olacaq".
Bu gün işğaldan aza edilən ərazilərdəki 32 şəhər və kənddə artıq 70 min insan yaşayır və ilin sonuna kimi burada 120-140 min insanın məskunlaşması nəzərdə tutulub.

Prezident İlham Əliyevin yerli TV-lərə müsahibəsində bildirdiyi kimi "İnfrastruktur layihələri icra edildikcə təbii ki, evlərin tikintisinə daha böyük vəsait veriləcək. Amma hər şey ardıcıllıqla, Baş plan əsasında edilir. Biz həm tələsirik, həm də tələsməməliyik. Çünki bəzi hallarda tələskənliyə yol verərkən keyfiyyət uduzur. Yaxud da ki, hansısa işi keyfiyyətsiz edənlər deyirlər ki, bəs tələsmişəm, mən bunu filan tarixdə təhvil verməli idim. Mən hamıya dedim, bax, ictimaiyyətə də deyə bilərəm ki, heç vaxt heç bir tarix qoymamışam. Bu il üçün də heç bir tarix qoymamışam. Nə vaxt hazır olacaq, o vaxt hazır olacaq. Amma hər şey gərək keyfiyyətli olsun və təbii ki, ictimai nəzarət də olmalıdır".

Bir sözlə Qarabağ və Şərqi Zəngəzurdakı bütün yaşayış məntəqələri vahid Baş plan əsasında qurulur və bu işlər daha sürətlə davam etdiriləcək".

Deputat vurğulayıb ki, Azərbaycan 2026-cı ilə bütün sahələrdə böyük uğurlarla qədəm qoydu. Ötən 2025-ci il Azərbaycanın tarixinə növbəti uğurlu dövr kimi həkk olundu.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müsahibəsində jurnalistlərin ötən müddətdə Azərbaycanda iqtisadi, sosial sahələrdə görülən işlərə, Azərbaycan və ABŞ münasibətlərinin inkişafına, ölkəmizin xarici və daxili siyasətinə və digər məsələlərə dair suallarını da cavablandırıb.

Prezident İlham Əliyev cəmiyyətimizin hər bir üzvünün daha çox diqqət yetirdiyi dövlətin sosial siyasəti məsələlərinə böyük yer ayırıb. Müsahibə zamanı qeyd edilib ki, bu hər zaman dövlətimizin siyasətinin ana xəttini müəyyən edən istiqamətdir. Bu siyasətin mərkəzində əlbəttə ki, Azərbaycan vətəndaşı dayanır. Ölkənin bütün siyasəti həm həm sosialyönümlüdür, həm də investisiyayönümlüdür.

Son 20 ilin statistikasına nəzər salsaq görərik ki, Azərbaycanda minimum əməkhaqqı 40 dəfədən çox artıb. Azərbaycan dövləti bu illər ərzində geniş iqtisadi islahatlar həyata keçirib, böyük neft-qaz layihələri icra edilib və əldə edilən gəlirlər sosial sahəyə yönəldilib. İşğal dövründə bizim əsas xərclərimiz hərbi təyinatlı xərclər idi, ondan sonra təhsil xərcləri idi, ondan sonra məcburi köçkünlər üçün nəzərdə tutulan xərclər idi. Biz işğal dövründə 300 mindən çox köçkünü yeni evlərlə, mənzillərlə təmin etmişdik, 100-dən çox şəhərcik inşa olunmuşdur.

Vaxtilə bu sahədə olan pozuntuların, ədalətsizliklərin aradan qaldırıldığını, şəffaf mexanizmin tətbiq olunduğu qeyd edən Azərbaycan Prezidenti bildirib: "Bu, bizə imkan verib ki, biz bir neçə ciddi sosial islahat paketi icra etmişik, daha doğrusu, son yeddi il ərzində 5 sosial islahat paketi icra edilmişdir. Bu islahatların əhatə dairəsi 4 milyon insandır və təqribən 8 milyard manata yaxın olan vəsaitdir".

Dövlət başçısı müsahibəsində həmçinin vurğulayıb ki, işğal dövründə 300 mindən çox məcburi köçkün yeni evlərlə, mənzillərlə təmin edilib, 100-dən çox şəhərcik inşa olunub. Təkcə ötən ilə nəzər salsaq görərik ki, 1,4 milyard büdcə vəsaiti bu məqsədlər üçün xərclənib. Ölkədə maaşlar, pensiyalar, müavinətlər müntəzəm olaraq artırılır, pensiyalar indeksləşdirilir.

Bir neçə ildir ki, ölkədə özünüməşğulluq proqramı tətbiq edilir və artıq 100 mindən çox insan bu proqramla əhatə olunub. Özünüməşğulluq proqramı işsizliyin böyük hissəsini faktiki olaraq aradan qaldırır və bu insanlara verilən vasitələrlə onlar öz ailə büdcələrini təmin edə bilərlər. Qarabağ və Şərqi Zəngəzur da daxil olmaqla hər yerdə yeni iş yerləri yaradılır.

Son illərdə 16 min şəhid ailəsinə və müharibə əlilinə, onların ailələrinə dövlət tərəfindən mənzillər verilib. bu prosses bu gün də davam edir. müharibə zamanı əlil olmuş hərbiçilər dövlət tərəfindən ən müasir protezlərlə təmin edilir. Artıq beş yüzdən çox insan protezlərlə təmin edilib və normal həyata qayıdıblar. Həmin kateqoriyadan olan insanlara minik avtomobilləri verilir. Dünyanın heç bir ölkəsində bu sahəyə ölkəmidəki kimi diqqət və qayğı yoxdur.
Həmçinin son 20 il ərzində Azərbaycanda 3 min 600 məktəb, yüzlərlə xəstəxana tikilib və əsaslı təmir edilib. Beləliklə bu, Azərbaycan dövlətinin siyasəti, o cümlədən iqtisadi siyasətinin ayrılmaz hissəsidir. İqtisadiyyatımız nə qədər artsa, ilk növbədə o qədər də sosial məsələlərə diqqət yetiriləcək və maliyyə ayrılacaq".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 541   Tarix: 06 yanvar 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"VII Ağıl Oyunları Festivalı"na yekun vuruldu

Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi İsmayıllı İntellektual Oyunlar Klubu və Xəzər İntellektual Gənclər Klubunun təşkilatçılığı ilə keçirilən "Nə? Harada? Nə zaman?" intellektual oyunu üzrə "VII Ağıl Oyunları Festivalı" layihəsinin final mərhələsinə yekun vurulub. Fina

21 fevral
.

Azərbaycanda müəllim həbs edildi

Mingəçevirdə orta məktəb müəllimi həbs edilib. -a istinadən xəbər verir ki, Mingəçevir şəhər 11 saylı tam orta məktəbin fiziki tərbiyə müəllimi Rasim Məmmədov (soyad şərtidir - red.) dələduzluqda ittiham edilib. O, vətəndaşların etibarından sui-istifadə edərək, onlardan xeyli miqdarda pul alaraq mənimsəyib

23 fevral
.

"​Metbuat.az" 9 yaşında!

Bu gün xəbər saytının fəaliyyətə başlamasından 9 il ötür. 2017-ci il 21 fevral tarixində fəaliyyətə başlayan " ötən 9 il ərzində operativliyi və etibarlılığı əsas prinsip kimi qəbul edərək geniş oxucu auditoriyasını formalaşdırıb. Qısa müddətdə öz dəst-xətti ilə seçilən sayt bu gün aparıcı onlay

21 fevral
.

"Koti" ləqəbli tiktoter HƏBS EDİLDİ

"Koti" kimi tanınan tiktoker Zeynəb Zeynallı həbs edilib. "Qafqazinfo"ya istinadla xəbər verir ki, məhkəmə prokurorluğun müraciəti əsasında belə qərar qəbul edib. "Koti" bu dəfə Baş Prokurorluğun Cinayət Təqibindən Kənar İcraatlar İdarəsi tərəfindən inzibati məsuliyyət

21 fevral
.

"İstanbul NS" klinikası 20 min manat cərimələndi

"İstanbul NS" klinikası əmək müqaviləsi olmadan həkim çalışdırdığına görə cərimələnib. "Teleqraf"a istinadla xəbər verir ki, aparılan araşdırma zamanı klinikada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işçinin fəaliyyətə cəlb edildiyi müəyyənləşib. Bu səbəbdən klinika İnzibati Xətala

23 fevral
.

Avtobus zolağı ləğv olundu, cərimə yazılmayacaq: Sürücülərin diqqətinə! - VİDEO

Məlum olduğu kimi, 20 fevraldan etibarən "Şamaxinka" adlanan ərazidə hərəkət işıqforlar vasitəsilə tənzimlənəcək. Belə ki, yeni nəqliyyat və piyada işıqforları Moskva prospektinin 20 Yanvar küçəsi ilə kəsişmələrində, həmçinin bu kəsişmələrin yaxınlığında yerləşən geriyədönmə yerində hərəkə

21 fevral
.

Nazirin iki müavini vəzifəsindən azad edildi

General-leytenant Orucəli Hacıyev və general-leytenant Etibar Mirzəyev fövqəladə hallar nazirinin müavini vəzifəsindən azad ediliblər. Qaynarinfo xəbər verir ki, bu barədə məlumat Fövqəladə Hallar Nazirliyinin rəsmi saytında dərc edilib. Belə ki, Orucəli Hacıyev və Etibar Mirzəyevin adları nazirliyi

23 fevral
.

Azərbaycanda həyat yoldaşına bu sözləri demək artıq qanun POZUNTUSUDUR

Ailə sirri, ərin (arvadın) şəxsi sirrini yayma, onun bəyənilmədiyini özünə və ya kənar şəxslərə bildirmə ailə qanunvericiliyinə zidd davranış hesab ediləcək. Trend-ə istinadən xəbər verir ki, bu, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Şəxsiyyət hüquqlarının müdafiəsi" haqqında 2

22 fevral
.

Uşaqlı qadınlara əlavə kompensasiya veriləcək - YENİ QƏRAR

Əmək şəraiti və stajına görə, həmçinin uşaqlı qadınlar və azad edilən ərazilərdə işləyən mütəxəssislərə verilən əlavə məzuniyyətlə bağlı yeni qaydalar tətbiq ediləcək. Trend-in əldə etdiyi məlumata görə, sözügedən şəxslərə istifadə etmədikləri əlavə məzuniyyətə görə kompensasiya veriləcək. Əmək şəraitin

22 fevral