Qədim Şuşada gözəllik yaradılır

Qədim Şuşada gözəllik yaradılırŞuşa möcüzədir, İlahidən yaranmış məkandır. Gözəlliyini, möhtəşəmliyini ifadə etmək belə insana qürur, fəxarət verir. Çünki bu cənnətməkanın coğrafi mövqeyi kimi anlamı, dəyəri də yüksəklikdədir. Şuşa Azərbaycanın tacıdır. Ruhumuzun ünvanı olan şəhər Qacarın işğal edə bilmədiyi zamanda öz məğrurluğunu, müqəddəsliyini sübuta yetirdi. Lakin ötən əsrin sonlarında hay istilasına məruz qalan alınmaz qala işğal edildi. Sapı özümüzdən olan baltaların, vətən xainlərinin və zəif idarəçiliyin qurbanı oldu. 30 ilə yaxın sürən işğala son qoyuldu. Qüdrətli ordumuzun bölmələri sıldırım qayalara dırmaşaraq, keçilməz aşırımlardan keçərək yüngül silahlarla və əlbəyaxa döyüşlə düşmənə qalib gəldilər. Şuşa Yer üzünün gözəllik sərgisi, mərdlik, cəsarət, hünər, qəhrəmanlıq meydanı, sözün, muğamın, musiqinin beşiyidir. Müxtəlif dövrlərdə bu şəhərə gələn səyyahlar onu Yer üzünün canlı muzeyi adlandırıblar. Özündə böyük tarix yaşadan hər bir abidə - Cıdır düzü, Ərimgəldi qayası, Qırxpilləkən, Qırxçanaq qala, İsa bulağı, Sarı baba, Xan qızı bulağı, Topxana meşəsi şəhərə xüsusi gözəllik verir.

Bu qədim şəhər özündə mənəviyyatımızın, mədəniyyətimizin, ədəbiyyatımızın, mərdliyimizin, tariximizin, qurub-yaratmaq əzmimizin bütün xüsusiyyətlərini birləşdirir. Hələ XIX əsrin ikinci yarısında Şuşa Azərbaycanın əsas sənətkarlıq və ticarət mərkəzi kimi Qafqazda, Yaxın Şərq ölkələrində məşhur idi. Bu gün də şəhər öz çiçəklənmə dövrünü yaşayır. Düşmənin illərlə dağıtdığı, uçurduğu Şuşamız yenidən tikilib bərpa edilir. Bu şəhər getdikcə daha da gözəlləşir, Cənubi Qafqazın dəbdəbəli şəhərlərindən birinə çevrilir. Bura həm də turizmin inkişafı üçün zəngin potensiala malikdir. Qayaların üzərində salınmış qala şəhər hər tərəfdən dağlarla əhatə olunub. Topxana meşəsindən sürünərək gələn duman Şuşaya bələk kimi bələnir. Mürgülü səhərlərdə gülümsəyən günəşə qısqanclıq edən buludlar gözlərini sıxaraq yağır. Yağışın narın damlalarının sığal çəkdiyi Xarıbülbül daha da gözəlləşir. Bu şəhərin ab-havası, iqlimi tamamilə fərqlidir.

Şuşa Vətənin tacı olmaqla bərabər, əvəzsiz neməti, başucalığıdır. Azad şəhərin bugünkü mənzərəsi insana qürur, fəxarət hissi verir. Aramla axan Qarqar çayının suları sanki bu yerlərə layla deyir, uğrunda can verən oğulların şəhid ruhunu əzizləyir. İndi bu yerlərdə təbiətlə insan bərabər çalışır. Təbiət öz qanunlarına, insan da tikib qurmağına davam edir. O səssizlikdən, vahiməli anlardan əsər-əlamət qalmayıb. Hər yanda quruculuq ab-havasıdır, tikinti gedir. Bu il mayın 9-da Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Şuşaya növbəti səfəri yeni uğurların təqdimatı idi. Rayonunun Daşaltı kənd məscidinin açılışında iştirak edən dövlət başçısı və birinci xanım burada görülən digər işlərlə tanış olublar. Qeyd edək ki, Daşaltı kənd məscidinin təməli 2021-ci ilin noyabrında Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qoyulub. İkimərtəbəli məscid kəndin mərkəzində milli memarlıq üslubunda inşa edilib. Ümumi memarlıq kompozisiyası, planlaşdırma və bədii-dekorativ xüsusiyyətlərinə görə Qarabağ memarlıq məktəbinin ənənələrinə uyğundur. Məscidin inşası Prezident İlham Əliyevin işğaldan azad olunmuş ərazilərdə maddi-mədəniyyət abidələrimizin, dini ocaqlarımızın bərpası və yenilərinin tikilməsi ilə bağlı verdiyi tapşırıqlara uyğun həyata keçirilir. 30 illik işğal dövründə Qarabağ və Şərqi Zəngəzur bölgəsində dağıdılan məscidlərimizin bərpası, yeni dini ocaqların inşası Azərbaycan dövlətinin xalqımızın milli-mənəvi dəyərlərinə, mədəni və tarixi zənginliyinə verdiyi qiymətin göstəricisidir.

Hər quruculuq, tikinti-abadlıq dövlətin inkişaf səviyyəsinin və güclü iqtisadiyyatının göstəricisidir. Kəndlər, şəhərlər müasir üslubda, dünya standartları səviyyəsinə uyğun şəkildə inşa edilir. Mayın 9-da Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Şuşada inşa ediləcək dördüncü yaşayış kompleksinin təməlqoyma mərasimində iştirakı bir daha sübut edir ki, yaxın gələcəkdə işğaldan azad edilmiş bütün ərazilər gülüstana çevriləcək. Düşmən tərəfindən dağıdılan yaşayış evləri, inzibati binalar, iaşə obyektləri yenidən tikilib qurulmaqla əhalinin məşğulluğuna müsbət təsir göstərəcək. Şuşada dördüncü yaşayış kompleksinin layihəsi çərçivəsində 16 binanın inşası nəzərdə tutulub. 274 mənzilin inşası planlaşdırılan yaşayış kompleksində bir, iki, üç, dörd və beşotaqlı mənzillərlə yanaşı, zəruri sosial infrastruktur da yaradılacaq.

Mədəniyyət paytaxtımız hesab edilən Şuşa 2020-ci il noyabrın 8-də işğaldan azad edildikdən sonra genişmiqyaslı tikinti-quruculuq meydanına çevrilib. Qədim şəhər tarixi siması və mədəni irsi qorunub saxlanılmaqla bərpa olunur. Artıq sakinlərin köç prosesinə başlanılıb. 376 şuşalı ailənin 1409 üzvü doğma ocaqlarına qayıdıblar. Bu vaxta kimi aparılan tikinti-bərpa nəticəsində 450 mənzildən ibarət 23 bina sakinlərin istifadəsinə verilib. Növbəti mərhələdə daha üç layihənin icrası nəzərdə tutulur.

Tufan Məmmədov - iqtisadçı ekspert


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 326   Tarix: 02 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bu gün Şuşa sürətlə dirçəlir

"Tarixi Zəfərimiz - İkinci Qarabağ müharibəsindəki Zəfər, antiterror əməliyyatı, işğalçılardan azad olunmağımız, separatçı rejimin çökməsi bütün azərbaycanlıları haqlı olaraq bir araya, bir yumruq halına gətirir. "Dəmir yumruq" bizim Zəfər salnaməmizin rəmzi idi. Bu gün, eyni zamanda

2 noyabr
.

Şuşanın azadlığa qovuşması tarixin şərəfli səhifəsidir

Dövlət başçısının 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən 8 Noyabr - Şuşa şəhəri günü kimi təntənəli şəkildə qeyd olunur. Şuşa azaddır, Şuşanın azadlığa qovuşması tarixin şərəfli səhifəsidir. Çünki, illər idi ki, xalqımız bayrağımızı Şuşada dalğalandırmağı arzulayırdı. Dövlət başçısının uğurl

2 noyabr
.

ZƏFƏR VƏ ŞUŞA: AZƏRBAYCANIN TARİXİ QƏLƏBƏSİNİN SİYASİ, STRATEJİ VƏ MİLLİ-MƏNƏVİ ƏHƏMİYYƏTİ

Azərbaycanın müasir tarixində Zəfər Günü və Şuşanın azad edilməsi milli dövlətçilik salnaməsinin ən mühüm hadisələrindəndir. Bu tarixi hadisələrin mahiyyəti yalnız 44 günlük Vətən müharibəsində əldə olunan hərbi qələbə ilə məhdudlaşmır. Zəfər Azərbaycanın uzun illər davam edən işğala son qoymaq iradəsinin

2 noyabr
.

Qədim Şuşada gözəllik yaradılır

Şuşa möcüzədir, İlahidən yaranmış məkandır. Gözəlliyini, möhtəşəmliyini ifadə etmək belə insana qürur, fəxarət verir. Çünki bu cənnətməkanın coğrafi mövqeyi kimi anlamı, dəyəri də yüksəklikdədir. Şuşa Azərbaycanın tacıdır. Ruhumuzun ünvanı olan şəhər Qacarın işğal edə bilmədiyi zamanda öz məğrurluğunu

2 noyabr
.

Azərbaycanın müasir tarixinə əbədi həkk olunan gün

Ermənilərin Azərbaycana qarşı düşmənçilik, işğalçılıq, soyqırımı və etnik dözümsüzlük siyasəti 200 ildən çoxdur davam edir. Tarixin müxtəlif dövrlərini vərəqləsək, bu deyilənlərin faktlarla təsdiqini tapdığının şahidi olarıq. Ötən 30 il ərzində isə bu tarixi hadisələrin canlı şahidləri olaraq erməniləri

2 noyabr
.

Azad Şuşanın Şəhər Günü

Şuşa şəhərinin işğaldan azad edilməsinin 6 ili tamam olur. Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də başladığı əks-hücum nəticəsində 2020-ci il noyabrın 8-də Şuşa şəhəri işğaldan azad edilib. Şuşa şəhərinin işğaldan azad edilməsi müjdəsini Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Ba

2 noyabr
.

ZƏFƏR GÜNÜ VƏ ŞUŞA: TARİXİ QƏLƏBƏDƏN GÜCLÜ DÖVLƏTÇİLİK MODELİNƏ DOĞRU

Azərbaycanın müasir tarixində 8 Noyabr - Zəfər Günü və Şuşanın azad olunması ilə bağlı tarixi hadisələr yalnız hərbi qələbənin ildönümü kimi deyil, dövlətçilik düşüncəsinin, milli iradənin və geosiyasi reallıqların dəyişməsinin mühüm göstəricisi kimi təhlil edilməlidir. Bu hadisələr Azərbaycanın uzu

2 noyabr
.

Leyla Əliyeva Daş Salnamə Muzeyindəki tədbirdən paylaşım edib - Foto

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva rəsmi "Instagram" hesabında Daş Salnamə Muzeyində təqdim olunan "Qədim daş, müasir yaddaş" və "Məsuliyyət radiusu" layihələri ilə bağlı tədbirdən paylaşım edib. paylaşımı təqdim edir:

1 noyabr
.

Zəfər günü xalqın yaddaşında iz qoyan tarix

Azərbaycanın igid oğulları 2020-ci il noyabr ayının 8-də yolsuzluq şəraitində uzun məsafə qət edərək, sıldırım qayalardan və dərin dərələrdən, eyni zamanda demək olar ki, piyada uzun yolları keçərək düşməni Qarabağın döyünən qəlbi olan Şuşadan qovub çıxardı. Şanlı qələbə tariximizə çevrilən 8 noyab

2 noyabr