Gömrükdəki tanışlarına güvənirdi - Dayısını da özü ilə həbsə apardı
Gömrük əməkdaşının iştirakı ilə törədilmiş daha bir qaçaqmalçılıq cinayəti üzrə məhkəmə araşdırması başa çatıb.
"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, bu dəfə üç nəfər-baş gömrük inspektoru Tural Nəsibov, Cavid Babayev və Tehran Ramazanov mühakimə edilib. Onlardan yalnız sonuncu azadlıqda olub.
İstintaqla müəyyən olub ki, Cavid Babayev Tural Nəsibovun doğma dayısıdır. Cinayət planı da əvvəlcə dayı ilə bacıoğlu arasında qurulub.
Tural dayısını inandırıb ki, Rusiyadan ölkəyə dərman vasitələri, aksizsiz siqaretlər və digər mallar gətirməklə yaxşı qazanc əldə etmək mümkündür. O, dayısını gömrük orqanında işlədiyini əsas gətirərək malların ölkəyə keçirilməsində heç bir problem yaranmayacağına inandırıb.
Bu işdə qohumlara yük maşını sürücüsü Tehran Ramazanov da kömək edib. Onlar arasında razılaşma Bakıda restoranların birində əldə olunub. Razılaşmaya əsasən, xaricdə dərman və digər malların alınmasını Cavid, onların yük avtomobili ilə sərhəddən keçirilməsini Tehran, gömrükdən maneəsiz buraxılmasını isə Tural Nəsibov təşkil etməli imiş.
Planlaşdırıldığı kimi 2024-cü ilin yayında şimal istiqamətindən yük avtomobili ilə gətirilən mallar gömrük orqanlarına bəyan edilmədən ölkəyə keçirilib. Lakin maşın rentgen yoxlamasına yönləndirilərkən cinayət planı ifşa olunub. Həmin vaxt Tural Nəsibov maşının rentgen yoxlamasının gecikdirilməsi və ya ümumiyyətlə, keçirilməməsi üçün gömrükdə çalışan tanışlarından xahiş etsə də, müsbət cavab ala bilməyib. Yoxlama zamanı gizlədilmiş bütün mallar aşkar edilərək müsadirə olunub.
Cinayət işi Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaq edilib.
Əsas təşkilatçı olan Tural Nəsibov ittihamla razılaşmasa da, bir çox epizodlar Tehranın etirafedici ifadələri əsasında təsdiqlənib.
Tehran ifadəsində deyib ki, o, yük avtomobili sürücüsü kimi Dağıstandan aldığı yükləri Azərbaycana daşıyırmış. Turalla isə bu hadisədən təxminən bir ay əvvəl tanış olub. Sonuncu dəfə gətirdikləri yükün qanunsuz olduğunu ona nə malı maşına yükləyərkən Cavid, nə də Tural deyib. Bundan yalnız gömrükdə saxlanılarkən xəbər tutub.
Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslərə verilmiş ittihamlar şahidlərin ifadələri ilə də təsdiqini tapıb.
Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Tural Nəsibov 6, Cavid Babayev və Tehran Ramazanov isə 5 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər. Bu vaxta qədər azadlıqda olan Tehran Ramazanov məhkəmə zalında həbs edilib.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











ABŞ-də pilotlar 12 min metr yüksəklikdə UNO gördülər
Bu ölkədə 1,5 milyon bakteriya daşıyan ağcaqanad buraxıldı - Məqsəd nədir?
Azərbaycan daha bir böyük tədbirə ev sahibliyi edəcək
96 yaşlı milyarder Uorren Baffett 48 ildir su içmirmiş
Plastik pəncərələr də evə soyuq buraxır - Bu cür həll edin
Azərbaycanda bu şəxslər üçün ictimai nəqliyyatda birinci gedişhaqqı 1 QƏPİK OLDU
Bakının bu ərazilərində işıqlar sönəcək - ÜNVANLAR
XƏBƏRDARLIQ! Bu tarixdə yağış yağacaq, QARA KEÇƏCƏK...
Sükan arxasında telefondan istifadə edənlər radara düşəcəklər
Polis Halloween bayramını qeyd edən sakinləri saxladı
17 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto
Bakıda EVLƏR SÖKÜLÜR - Ağaclar, zirzəmi, hasarlara da pul verilir
Hövsana qatarla da gedə biləcəyik: ADY-dən açıqlama
Salyanda ağır qəzada ölən şəxslərin FOTOLARI
Qədim Şuşada gözəllik yaradılır