Norm Sement - İstehsalı artırıb, bəs keyfiyyəti?

Norm Sement - İstehsalı artırıb, bəs keyfiyyəti?"Norm" ASC tərəfindən Norm Sement zavodunun klinker istehsalı gücünün artırılması ilə bağlı layihə uğurla sona çatdırılıb. Bu barədə "Norm" ASC-dən məlumat verilib. Zavodun klinker istehsalı gücü illik 1,76 milyon tondan 2 milyon tona qaldırılaraq, təxminən 14%-lik artım təmin edilib. Bu da il ərzində 240 min ton əlavə klinker istehsalı imkanı deməkdir.

Şirkətin Baş icraçı direktoru Henning Sasse qeyd edib ki, sement bazarında hazırkı mərhələdə ölkədə təklif tələbi üstələsə də, şirkət uzunmüddətli strateji baxışına uyğun yanaşma tətbiq edir.

Bizimesr.az bildirir ki, son zamanlar əsasən Azərbaycan şirkətlərinə təyin edilən xarici şəxslər belə ifadələrdən istifadə edir - "… uzunmüddətli strateji baxışa uyğun yanaşma tətbiq edirik"…

Maraqlı cümlədir, Şirkətin Baş icraçı direktoru Henning Sasse də xarici olaraq belə deyir. Əslində isə reallıqlar tamamilə fərqlidir və Azərbaycanda ən az satılan və keyfiyyətinə artıq etibar edilməyən sementlərdən biri də "Norm" Sementdir. Elə isə, - "sement bazarında liderik" kimi birinciyik" düşüncəsi hardan qaynaqlanır - Sorğulardan… Bildiyimiz kimi, "Norm" ASC-nin əməkdaşları telefonlarla insanlara zəng edərək suallar verir və sorğu keçirilər. Nəticəni də istədikləri kimi təqdim edərək, "birinci" olurlar.

Qayıdaq "… uzunmüddətli strateji baxışa uyğun yanaşma tətbiq edirik" şirkət menecerlərinin danışıq üslubuna. Bu ifadə, rəsmi səslənsə də, biznes dünyasında həm də rəhbərlərin öz mövqelərini qorumaq və tənqidlərdən yayınmaq məqsədi ilə istifadə olunur.

Ümumi olaraq, uzunmüddətli strateji baxış şirkətin qısa müddətli qazanc və gündəlik qərarlardan çox, bazarda mövqeyini qorumaq, inkişaf etdirmək və uzun müddət üçün plan qurmaq strategiyasını göstərir. Məsələn, reklam kampaniyalarını planlı və davamlı aparmaq, yeni bazarlara tədricən daxil olmaq, işçi heyətini uzunmüddətli perspektivdə yetişdirmək, infrastruktur və texnologiyaya sistemli yatırımlar etmək. Bunların hamsının qarşısına "guya" sözünü qysaq hər şey aydın olacaq. Belə yanaşma, dünya təcrübəsində strateji idarəetmənin əsas komponentidir.

Şirkətin Baş icraçı direktoru Henning Sassenin şirkət "uzunmüddətli strateji baxışa uyğun yanaşma tətbiq edir" ifadəsi Azərbaycanda həm əsl strateji qərarları, həm də rəhbərlərin öz mövqelərini qorumaq üçün işlətdikləri rəsmi danışıq dilini əhatə edir.

Keyfiyyətə gəldikdə isə bunun üçün ekspert və mütəxəssis olmaq lazım deyil… İki fakt Norm sementlərinin hansı keyfiyyətdə olduğunu aydın subut edir.

Sementin üzərində göstərilən texniki göstəricilər həmişə real test nəticələri ilə uyğun olmur. və əsası saxlanma şəraiti daha vacib amildir ki, buna qətiyyən əməl olunmur. Zavod istehsal etdiyi məhsulun satışı ilə yanaşı, saxlanmasına da nəzarət etməlidir ki, bu gün biz bunu görmürük. Norm smentləri bütün satış obyektlərində qaydalara uyğun olmayaraq, açıq havada, nəmli, rütubətli yerlərdə saxlanılır. Belə olan halda Norm sementlərinin keyfiyyətindən danışmağa dəyməz.

Qeyd edək ki, Norm şirkətinin təsisçisi və yeganə benefisiar sahibi Nəsib Həsənovdur.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 684   Tarix: 08 yanvar 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"FHN bu kimi qurğulara nəzarət etmir" - Açıqlama

"Bu kimi qurğulara nəzarətin həyata keçirilməsi FHN-in səlahiyyətlərinə daxil deyil". Bu barədə "Qafqazinfo"nun sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. "Hadisənin baş verdiyi ərazidəki "zipline" iki stasionar dirək arasında bağlanılmı

9 sentyabr
.

DİM 2027-ci il buraxılış imtahanlarının proqramlarını açıqladı

Dövlət İmtahan Mərkəzi (DİM) 2027-ci ildə keçiriləcək ümumi orta (9 illik) və tam orta (11 illik) təhsil səviyyələri üzrə buraxılış imtahanlarının proqramlarını açıqlayıb. Qaynarinfo xəbər verir ki, proqramlar Azərbaycan və rus dillərində təqdim olunub. Ümumi orta (9 illik) təhsil səviyyəsi üzrə Azərbayca

10 sentyabr
.

"Zipline"nın trosu qırılmayıb, rolikləri yerindən çıxıbmış - Video

"Şəki yaylası"nda faciəvi şəkildə həlak olan Coşqun Məmmədov və Ucal Bayramov əvvəlcədən sığortaya qol çəkiblər. "Qafqazinfo" xəbər verir ki, bu barədə AzTV-nin reportajında bildirilib. Əyləncə məqsədilə istifadə olunan adrenalin avadanlığının icbari sığortası olduğu, təhlükəsizli

9 sentyabr
.

Sabah bu ərazilərdə qaz olmayacaq

Sabah paytaxtın bəzi ərazilərində qaz olmayacaq. xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. Belə ki, təmir-quraşdırma işləri ilə əlaqədar saat 10:00-dan işlər yekunlaşanadək Yasamal rayonunun M. İbrahimov, L.Tolstoy, B. Səfəroğlu, D. Əliyeva, H. Aslanov, Ə. Quliyev, İ. Səfərli

9 sentyabr
.

Qaradağda sakinlərin şikayəti: Küçələr qaranlığa qərq olur - qəza təhlükəsi yaranır

Qaradağ rayonunun Sahil qəsəbə sakinləri küçə işıqlandırılması ilə bağlı BİG.AZ-a şikayət ediblər. Sakinlərin sözlərinə görə, saat 20:00-dan sonra Sahil qəsəbəsinin girişində, eləcə də Şahlar Əsgərov, Emin Quliyev, Məhərrəm Seyidov, Bəxtiyar Əliyev və Cənub küçələrində küçə işıqları yanmır. Sakinlə

9 sentyabr
.

Atasının həbsdən çıxmasından danışdı: "Məni görəndə şok oldu"

Məşhur "Çudo Peçka" şirniyyat mağazaları şəbəkəsinin sahibi Çingiz Cəlilovun oğlu, Xalq artisti Röya Ayxanın keçmiş həyat yoldaşı Anar Cəlilov atasının həbsdən azadlığa çıxmasından danışıb. Axşam.az xəbər verir ki, A.Cəlilov bu haqda Elgiz Əkbərin "YouTube" proqramında sualları cavablandırarkə

10 sentyabr
.

"Bu hadisə milyonda bir belə olmur, şokdayıq" - "Şəki yaylası"nın direktoru

Ötən gün "Şəki yaylası" istirahət mərkəzində kanatın qırılması nəticəsində baş verən ölüm hadisəsi ilə bağlı mərkəzin direktoru Abbasət Məhərrəmov açıqlama verib. "Qafqazinfo" xəbər verir ki, direktor "Shimal.News"a danışarkən hadisənin şokunda olduğunu bildirib. "B

9 sentyabr
.

Həmin "zipline"da avqustda da ciddi problem olubmuş - Video

Şəkinin Baş Küngüt kəndi ərazisində yerləşən "Şəki yaylası" istirahət mərkəzindəki "zipline"nın kanat xəttində əvvəllər də ciddi texniki problemlər yarandığı məlum olub. "Qafqazinfo" Ölkə.az-a istinadən xəbər verir ki, belə hadisələrdən biri avqustun 19-da baş verib. Bel

10 sentyabr
.

"Əmanətə Sədaqət" layihəsi çərçivəsində şəhid övladları üçün Bilik Günü tədbiri keçirilib

"Azərlotereya" ASC və "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin birgə təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin dəstəyi ilə keçirilən "Əmanətə Sədaqət" layihəsi çərçivəsində bu il ali təhsil müəssisələrinə qəbul olunan şəhid ailə üzvləri üçün Bilik Gününə həs

9 sentyabr