HHQ komandanı və Hərbi prokuror hərbi hissələrdə olublar
Müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin (HHQ) komandanı general-leytenant Namiq İslamzadə və Azərbaycan Respublikası Baş prokurorunun müavini - Azərbaycan Respublikasının Hərbi prokuroru ədliyyə general-mayoru Bəhruz Əhmədov HHQ-nin tabeliyindəki hərbi hissələrdə şəxsi heyətlə görüş keçiriblər.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Sonxeber.az-a verilən məlumata görə, görüş zamanı Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Ordumuzda, o cümlədən HHQ-də aparılan uğurlu islahatlar çərçivəsində yüksək döyüş qabiliyyətli hərbi hissələrin formalaşdırılması və onların müasir hərbi vasitələrlə təchiz edilməsinə nail olunduğu vurğulanıb, peşəkar kadrların hazırlanmasına bundan sonra da xüsusi diqqət yetiriləcəyi qeyd edilib.
Hərbi prokuror qanunçuluğun təmin olunmasının, hüquqi maarifləndirmənin gücləndirilməsinin dayanıqlı xidmət mühitinin formalaşdırılmasında mühüm rol oynadığını bildirib. HHQ komandanı şəxsi heyətin peşəkarlıq səviyyəsinin artırılması, döyüş növbətçiliyinin və tapşırıqların icrasında məsuliyyətin önəmini diqqətə çatdırıb. Görüş zamanı, həmçinin şəxsi heyətin xidməti fəaliyyəti, hərbi intizamın möhkəmləndirilməsi, qanunvericiliyin tələblərinə riayət olunması, eləcə də hərbi qulluqçuların hüquq və vəzifələri ilə bağlı məsələlərdən danışılıb.
Görüş çərçivəsində hərbi qulluqçuları maraqlandıran suallar cavablandırılıb, onların təklif və müraciətləri dinlənilib.
Sonda şəxsi heyətə xidmətdə uğurlar arzulanıb, qarşıda duran vəzifələr barədə müvafiq tapşırıqlar verilib.



Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 746 Tarix: 09 yanvar 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?
"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları
18 sentyabr 2021TƏBİB-ə yeni səlahiyyət verildi
Doğumun qeydə alınması qaydası dəyişib. Bu haqda məlumat Baş nazir Əli Əsədovun imzaladığı "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"da öz əksini tapıb. Dəyişikliyə əsasən, doğum haqqında məlumat (uşağın doğum tarixi və cinsi, ananın soyadı, adı, atasının adı, yaşayış yeri
17 sentyabr 2021Bazar gününə olan hava proqnozu AÇIQLANDI
Azərbaycanda sentyabrın 19-da gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvə
18 sentyabr 2021Vətən müharibəsinin 22 iştirakçısı polis oldu
Sentyabrın 17-də daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun iştirakı ilə keçirilən respublikanın şəhər, rayon polis orqanlarında sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan gənclərin növbəti sıra baxışı keçirib. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbua
17 sentyabr 2021Peyvənd olunanların sayı AÇIQLANDI
Azərbaycanda son sutkada koronavirus əleyhinə 57 357 vaksin vurulub. xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Bildirilir ki, birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 17 920, ikinci mərhələ üzrə 39 437 nəfərdir. Vaksinasiyadan keçənlərin ümumi say
17 sentyabr 2021"Yaralanmışam, pensiya ala bilmirəm" - Müharibədə iştirak edən futbolçu
Vətən müharibəsi qazisi, "Kəpəz" klubunun sabiq futbolçusu, 1998-ci il təvəllüdlü Talib Rzayev müharibədə yaralanmağına baxmayaraq, ona hələ də əlillik dərəcəsinin təyin edilməməsindən narazıdır. Bu barədə "Qafqazinfo"ya müraciət edən T. Rzayev bildirib ki, 2019-cu ildə əsgərliy
17 sentyabr 2021