Məşhur YouTuber iki övladını öldürüb intihar etdi - VİDEO
Türkiyənin Adana şəhərində baş verən dəhşətli hadisə ictimaiyyətdə böyük sarsıntı yaradıb.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, YouTuber kimi tanınan 34 yaşlı Sergen Altunbaş həyat yoldaşının evi tərk etməsindən sonra sarsıntı keçirərək iki azyaşlı övladını öldürüb, daha sonra isə intihar edib.
Hadisə Adananın Sarıçam rayonunun Boynuyoğun məhəlləsində qeydə alınıb. Məlumata görə, G.A. adlı qadın həyat yoldaşı Sergen Altunbaş ilə yaşadığı mübahisədən sonra evi tərk edib. Bundan bir müddət sonra Altunbaş 8 yaşlı qızı Ada və 6 yaşlı oğlu Mertə tapança ilə atəş açaraq onların həyatına son qoyub. Ardınca silahı başına dayayaraq özünü vurub.
Silah səslərini eşidən qonşuların məlumatı əsasında hadisə yerinə polis və təcili tibbi yardım briqadaları cəlb olunub. Evə daxil olan hüquq-mühafizə orqanları və həkimlər ata və iki uşağın qan içində cansız bədənlərini aşkar ediblər. Aparılan ilkin baxış zamanı Sergen Altunbaş, Ada Altunbaş və Mert Altunbaşın hadisə yerində həyatını itirdiyi müəyyən olunub. Meyitlər müvafiq ekspertiza üçün Adana Məhkəmə-Tibbi Ekspertiza İdarəsinin morquna aparılıb.
Hadisədən sonra əraziyə gələn bəzi qohumların Altunbaşa məxsus avtomobili yandırdığı bildirilir.
Qeyd edək ki, Sergen Altunbaş bir müddət ailəsi ilə birlikdə ABŞ-da yaşayıb və sosial şəbəkələrdə "Amerikada viza necə alınır?" mövzusunda videolar hazırlayıb. Cütlüyün sosial mediada "viza mütəxəssisi" kimi tanındığı və bu sahədə fenomenə çevrildiyi qeyd olunur.
Digər tərəfdən, Altunbaşın aylar əvvəl sosial şəbəkə hesabında "Bir qadın səni vəzir də edər, rəzil də" başlıqlı paylaşım etdiyi məlum olub. Polis faktla bağlı araşdırmalara başlayıb.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 1215 Tarix: 16 yanvar 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
2026-cı ilin ilk doqquz ayında velosiped qəzalarında ölənlərin sayı açıqlandı
"Velosipedçilər yol hərəkətinin müdafiəsiz iştirakçılarıdır və velosipeddə sürücünü qəza zamanı qoruya biləcək konstruktiv təhlükəsizlik elementləri olmadığından, toqquşmalar onlar üçün ağır nəticələnə bilər. Bu səbəbdən velosipedçilərin yol hərəkəti qaydalarına əməl etməsi, velosipedlərinin texnik
11 oktyabrQızı ilə çörək almağa gedən ata motosikletin qurbanı oldu - VİDEO
İstanbulun Başakşehir rayonunda 45 yaşlı Mehmet Kartop 12 yaşlı qızı ilə çörək almağa gedərkən motosikletin vurması nəticəsində yaralanıb. Hadisə anı təhlükəsizlik kamerasına düşüb. xarici mediaya istinadla xəbər verir ki, sürətlə hərəkət edən və nömrəsi müəyyənləşdirilməyən motosiklet Kartopa çırpıldıqda
29 sentyabrBakıda maşın qadın və azyaşlını vurdu - Anbaan video
Bakıda biri azyaşlı olmaqla iki piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. -ın məlumatına görə, hadisə oktyabrın 7-də paytaxtın Nərimanov rayonu, Həsən Əliyev və Xan Şuşinski küçələrinin kəsişməsində baş verib. Hadisədən dərhal sonra ərazidə xidmət aparan yol polisi əməkdaşlar
8 oktyabrCəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama
Cəbrayılda minaya düşən ata və oğulun son vəziyyəti açıqlanıb. Bu barədə -ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib. Bildirilib ki, Cəbrayıl rayonunda baş verən partlayış hadisəsi səbəbilə xəsarət alan iki nəfər (kişi) oktyabrın 9-da Kliniki Tibb
10 oktyabrLaçın sakini Ağcabədidə niyə boğulub ölüb? - Səbəb
Ağcabədidə balıq tutmağa gedən Laçın sakini göldə boğularaq həyatını itirib. "Unikal"a istinadla xəbər verir ki, hadisə Ağcabədi rayonunun Taxta Körpü ərazisində yerləşən göldə baş verib. Belə ki, Laçın rayonunun Fingə kənd sakini 1974-cü il təvəllüdlü Rafiq Əliyev balıq tutarkən suda boğulub
10 oktyabrAbşeronda binada partlayışa dezodorant səbəb olubmuş - TƏFƏRRÜAT
Ötən gün Abşeron rayonunun Şəfəq qəsəbəsində yerləşən yeddimərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində baş verən partlayışın detalları məlum olub. Baku TV-yə istinadla xəbər verir ki, evin sahibinin sözlərinə görə, partlayışa səbəb dezodorant olub. "Aldığım dezodrantı qoyublar ortalığa, evlə
5 oktyabr14 yaşlı qız dəm qazından öldü
Zaqatala rayonunda 14 yaşlı qız dəm qazından boğulub. "Qafqazinfo" xəbər verir ki, hadisə bu gün saat 3 radələrində şəhərin Vidadi küçəsindəki mənzillərin birində baş verib. Şəhər sakini 2012-ci il təvəllüdlü Yağmur Qocayeva yaşadığı evdə dəm qazından zəhərlənərək ölüb. Faktla bağlı araşdırm
12 oktyabrBakıda 32 yaşlı kişi diş həkiminə görə arvadını bıçaqladı
Bakıda kişi arvadını ayağından bıçaqlayıb. -a istinadən xəbər verir ki, hadisə Xətai rayonu, Lütfi Zadə küçəsində qeydə alınıb. 32 yaşlı Tahir Quliyev (şərti adla) aralarında yaranmış mübahisə zamanı əlindəki bıçaqla arvadının ayağına xəsarət yetirib. Fakt əsasında Tahir polis əməkdaşları tərəfində
3 oktyabr