Bir vaxtlar İbrahim Tatlısəsin varisi kimi tanınan "Küçük İbo"nun konsert verdiyi yerə baxın! - VİDEO
Bir dövr İbrahim Tatlısəsin "varisi" kimi təqdim olunan, serial və mahnıları ilə tanınan "Küçük İbo"nun son görüntüləri gündəm olub.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, bir zamanlar milyonların tanıdığı sənətçi bu dəfə ciyər restoranında səhnəyə çıxıb və onun çıxış üçün aldığı qonorarın 5 min lirə olduğu bildirilir.
12 yaşında çıxardığı ilk albomla musiqi dünyasına sürətli giriş edən "Küçük İbo" qısa müddətdə televiziya ekranlarının sevilən simasına çevrilmişdi. İbrahim Tatlısəsin televiziya proqramlarında ifa etdiyi xalq mahnıları ilə geniş auditoriyanın rəğbətini qazanan gənc sənətçi, səhnəyə çıxarkən Hülya Avşarın qucağında oturduğu görüntü ilə də maqazin tarixində iz qoymuşdu.
Lakin erkən yaşda gələn şöhrət onun üçün ağır sınağa çevrildi. 2000-ci illərin əvvəllərindən etibarən sənət karyerasında durğunluq yaşandı və "Küçük İbo" uzun müddət ictimaiyyətin diqqətindən kənarda qaldı.
Keçmiş illərdə verdiyi səmimi müsahibələrdən birində erkən yaşda tanınmağın ona baha başa gəldiyini etiraf edən İbrahim Halil Küçük, "12 yaşımda albom çıxarmağım və məşhur olmağım səhv idi. O yaşda nəyin içinə girdiyimi bilmirdim. İndi olsa, daha ehtiyatlı və daha şüurlu davranardım" sözləri ilə uşaqlıqda qazandığı populyarlığın yaratdığı təzyiqə diqqət çəkmişdi.
Uzun müddət maqazin gündəmində yer almayan Küçük İbo’nun bu dəfə səhnəyə ciyərxanada çıxması sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. İddialara görə, sənətçinin həmin çıxış üçün aldığı qonorar 5 min lirə təşkil edib.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Dilarə Əliyevaya VƏZİFƏ VERİLDİ
Əməkdar artist Dilarə Əliyevaya yeni vəzifə verilib. "Olay"a istinadla xəbər verir ki, tanınmış aktrisa və aparıcı ARB televiziyasında müşavir vəzifəsinə təyin olunub. Bir neçə gündür işinin icrasına başlayan Dilarə yaxın aylarda yenidən ekranlara qayıdacaq
24 oktyabrMingəçevirdə bədbəxt hadisə: 52 yaşlı kişi öldü
Mingəçevirdə 52 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb. -ın məlumatına görə, hadisə şəhər ərazisində baş verib. Ağdam rayon sakini, 1974-cü il təvəllüdlü Rəşan Bəşirov yaşadığı binada pilləkənlərlə düşərkən qıc olub və yıxılıb. O, baş nahiyəsindən aldığı xəsarətdən ölüb
10 oktyabr"Anamla atam ailə qurmağımı istəyir"
"25.10.25 - 25.10.26. Bir yaş daha. Oxuyacağım mahnılarım, quracağım xəyallarım, sarılacağım doğmalarım var. Şükürlərim çoxdur". Axşam.az xəbər verir ki, bu sözləri müğənni Günel Zeynalova sosial media hesabında yazıb. Ad günü olduğunu vurğulayan ifaçı bir ildir Bakıda yaşadıqlarını belə şər
25 oktyabrBayhan dinini dəyişib?
Uşaqlıq illərini Almaniyada keçirən türkiyəli müğənni Bayhan dinini dəyişdirməsi ilə bağlı iddialara aydınlıq gətirib. "Qafqazinfo" Türkiyə mətbuatına istinadən xəbər verir ki, ilk tanıdığı dinin xristianlıq olduğunu bildirdikdən sonra müzakirələrə səbəb olan sənətçi yanlış anlaşıldığını vurğulayı
17 oktyabrBacısı ilə davasından danışıb ağladı - Video
Türkiyəli müğənni Hadisə Anas Bukhaşın aparıcılıq etdiyi ABtalks adlı "YouTube" proqramının qonağı olub. "Qafqazinfo" xəbər verir ki, sənətçi verilişdə şəxsi həyatı, ailəsi və karyerasının ən çətin dövrləri ilə bağlı açıqlamalar verib. O, 2018-ci ildə menecerliyini edən bacısı Hüly
14 oktyabr"MasterChef Türkiyə"də çəkilişlər dayandırıldı - SƏBƏB
Türkiyənin məşhur "MasterChef Türkiye" yarışmasının çəkilişləri studiyanı su basması səbəbindən müvəqqəti dayandırılıb. xəbər verir ki, İstanbulda yağan güclü yağış nəticəsində yarışmanın çəkildiyi studiyada su basması baş verib. Bu səbəbdən çəkiliş meydançasına və texniki avadanlıqlara ziya
24 oktyabrƏri Qumralla rəqs etdi, arvadı görün nə etdi... - VİDEO
Müğənni Qumralın məclislərin birindəki çıxışı zamanı maraqlı an yaşanıb. xəbər verir ki, sənətçi mahnı ifa etdiyi vaxt yaşlı kişi onunla rəqs etməyə başlayıb. Bu zaman kişinin həyat yoldaşının reaksiyası diqqət çəkib. Qadın ərinin Qumralla rəqs etdiyini gördükdən sonra onu əli ilə kənara çəkərək rəqs
3 oktyabr