Son 30 ilin ƏN GÜCLÜ QARI! Binanın 4cü mərtəbəsinə çatdı - FOTOLAR
Rusiyanın Kamçatka bölgəsində günlərdir davam edən şiddətli qar fırtınası həyatı iflic edib. Qarın hündürlüyü bəzi yerlərdə 3 metri keçib, hətta binaların dördüncü mərtəbəsinə qədər ucalıb. Təbii fəlakət nəticəsində iki nəfər həyatını itirib.
Milli.Az xəbər verir ki, güclü qar yağışı və külək səbəbindən bölgədə fövqəladə vəziyyət elan olunub. Yollar tamamilə bağlanıb, nəqliyyatın hərəkəti dayanıb və bir çox kəndlərlə əlaqə kəsilib. Paytaxt Petropavlovsk-Kamçatski şəhərində məktəblər bağlanıb, ictimai nəqliyyat fəaliyyətini dayandırıb.
Havanın bir qədər isinməsi ilə damlarda toplanan nəhəng qar kütlələri sürüşərək insanların üzərinə düşüb. İki fərqli binanın damından düşən qarın altında qalan 60 və 63 yaşlı iki kişi dünyasını dəyişib. Səlahiyyətlilər vətəndaşları binaların yaxınlığında gəzməməyə çağırıb.
Rusiyanın Fövqəladə Hallar Nazirliyi qeyri-adi görüntülər paylaşıb. Evlərində sıxılıb qalan yaşlı insanlara kömək etmək üçün xilasedicilər hündürlüyü bir neçə metr olan qar yığınlarının içində tünellər qazmaq məcburiyyətində qalıblar.
Bölgənin Fövqəladə Hallar naziri Sergey Lebedev sakinləri ehtiyatlı olmağa çağırıb: "Temperatur yüksəldiyi üçün damlardakı nəhəng qar kütlələri sürüşməyə başlayıb. Lütfən, binaların yanından keçərkən başınızın üzərinə diqqət yetirin."





Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 978 Tarix: 18 yanvar 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bakıda valideynləri dalaşan qız ölümdən döndü
Bakıda valideynlərinin dalaşdığını görən yeniyetmə qız kimyəvi maddə içib. -ın məlumatına görə, hadisə paytaxtın Yasamal rayonu ərazisindəki mənzillərdən birində baş verib. 1968-ci il təvəllüdlü Mahir Əsədov (ad və soyad şərtidir) içkili vəziyyətdə evə gəlib. O, evdə həyat yoldaşı ilə mübahisə edib
26 sentyabrDİQQƏT! Sabah İŞIQ OLMAYACAQ - Bu ərazilərdə
Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə oktyabrın 4-də paytaxtın Nəsimi rayonunda 35/6 kV-luq 96 saylı yarımstansiyada 6 kV-luq 2-ci bölmədə təmir işləri həyata keçiriləcək. xəbər verir ki, bu barədə "Azərişıq"
3 oktyabrAyı arı pətəklərini dağıdıb balları yedi
Türkiyənin Qars vilayətinin Səlim rayonuna bağlı Karakale kəndində gecə saatlarında arı pətəklərinə yaxınlaşan boz ayı bal arılarına ziyan vurub. xarici mediaya istinadla xəbər verir ki, kənddə arıçılıqla məşğul olan Ayhan Aydına məxsus pətəklərə yaxınlaşan ayı onları aşırdaraq içərisindəki balları yeyib
24 sentyabrLaçında traktor minaya düşdü
İşğaldan azad edilmiş Laçın rayonunun Fingə kəndi ərazisində sentyabrın 25-də mina partlayışı hadisəsi baş verib. Qaynarinfo xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətləri məlumat yayıb. Bildirili
26 sentyabrBoşanma mərhələsində olan cütlük evlərində ölü tapıldı - VİDEO
Türkiyənin Karaman şəhərində övladlarının uzun müddət xəbər ala bilmədiyi boşanma mərhələsində olan cütlük evlərində ölü tapılıb. Hadisə zamanı mənzildə "Evdə sianid var, içəri girməyin" yazılmış qeyd və müxtəlif kimyəvi maddələr aşkarlanıb. xarici mediaya istinadla xəbər verir ki, hadisə Zembill
24 sentyabr