Orqanik məhsulları digərlərindən necə ayırd edək? - ekspert AÇIQLADI

Orqanik məhsulları digərlərindən necə ayırd edək? - ekspert AÇIQLADI"Ölkəmizdə "orqanik" sözü gündəlik dildə tez-tez işlədilir. Hüquqi sənədlərdə isə əsasən "ekoloji təmiz" anlayışından istifadə olunur. Mövcud markalanma qaydalarına görə "ekoloji təmiz" termini beynəlxalq praktikada işlədilən bioloji, üzvi və təbii anlayışları ilə eyni məna daşıyır".

Bu sözləri Sonxeber.az-a qida eksperti Asim Vəliyev danışıb.

Orqanik məhsulları digərlərindən necə ayırd edək? - ekspert AÇIQLADIO, açıqlamasında qeyd edib ki, "Orqanik" məhsulu etiketdən tanımağın ən praktik yolu gözə xoş gələn sözləri axtarmaq deyil, əsas məsələ izlənilə bilən məlumatların olub-olmamasıdır:

" 2018-ci ildə təsdiqlənmiş "Ekoloji təmiz kənd təsərrüfatı və qida məhsullarının markalanması Qaydası"na əsasən, ekoloji təmiz məhsullar akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurum tərəfindən markalanmalıdır. Bu zaman etiketdə "EKO" qeydinin yer alması məntiqi hesab olunur.

Qaydaya görə etiketdə, yaxud qablaşdırılmadan satılan məhsulların qoşma sənədlərində müəyyən məlumatlar göstərilməlidir. Bunlara istehsalçı və ya emalçı müəssisənin adı və ünvanı, milli əmtəə nişanı, məhsulun adı və növü, tərkibi, çəkisi və miqdarı, istehsal tarixi, yararlılıq müddəti, saxlanma şərtləri və ekoloji müşahidənin nəticələri daxildir. Ən vacib məlumat isə akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumun adıdır.

Bu məlumatların hamısını marketdə əzbərləmək çətindir. Amma etiketdə məhsulun ekoloji təmizliyinə cavabdeh olan qurumun adı yoxdursa, "orqanik" iddiası çox vaxt sadəcə reklam xarakteri daşıyır.

Sertifikat etibarlılığı artırır. Sistem "sözə" deyil, nəzarətə və sənədə əsaslanır. Markalanma qaydalarında da prosesin akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumlar üzərindən aparıldığı qeyd olunur. Akkreditasiya həmin qurumun səriştəsinin rəsmi şəkildə tanınması deməkdir. Bu sahədə rəsmi qurum kimi Azərbaycan Akkreditasiya Mərkəzi fəaliyyət göstərir və açıq akkreditasiya bazası mövcuddur".

Ekspert onu da vurğuladı ki, "sertifikat var, deməli hər şey qaydasındadır" yanaşması düzgün deyil:

"Saxtalaşdırma cəhdləri istənilən bazarda mümkündür. Ona görə də etiketdəki izlənilə bilən məlumatlar həmişə əsas meyar olaraq qalmalıdır. Bazarda satılan, üzərində "orqanik" yazılan hər məhsula inanmaq sadəlövhlük olardı. Xüsusilə açıq şəkildə, etiketsiz satılan məhsullarda bu iddia sənədlə təsdiqlənmirsə, istehlakçı üçün onun dəyəri azalır.

Ölkəmizdə müəyyən dövrlər üçün təsdiqlənmiş orqanik sertifikatlaşdırma qurumlarının siyahısında "AZ-BIO" kodları ilə tanınan qurumlar yer alıb. Ancaq bu siyahılar tarixə bağlıdır və zamanla dəyişə bilər. İdxal məhsullarda beynəlxalq səviyyədə tanınan loqo və kodlara rast gəlsək belə, qərarı təkcə kodun mövcudluğuna əsasən vermək düzgün olmaz. Seçim etiketdəki digər izlənilə bilən məlumatlarla birlikdə qiymətləndirilməlidir".

Vüsalə İbrahimli


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 968   Tarix: 22 yanvar 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Quru sərhədlərlə bağlı VACİB AÇIQLAMA - Yanvar-sentyabr aylarında…

Azərbaycanda turizm sektorunun göstəriciləri geriləməkdə davam edir. "Yeni Sabah" xəbər verir ki, iqtisadçı Natiq Cəfərli bu barədə "Facebook" səhifəsində paylaşım edib. Onun sözlərinə görə, hökumət turizmi yenidən prioritet sahə elan edərək yeni fəaliyyət proqramı qəbul etsə də

1 noyabr
.

"28 May"dakı tunellərdə işlərin gedişi açıqlandı - 70 metri qazılıb

"Bakı Metropoliteni" QSC-nin "28 May" və "Nizami" stansiyaları arasında qazılan 2 yeni tuneldə işlərin gedişatı ilə bağlı vəziyyət açıqlanıb. "Qafqazinfo" xəbər verir ki, qurumun mətbuat katibi Bəxtiyar Məmmədov hər birinin uzunluğu 211 metr olan tunellərdə qazınt

2 noyabr
.

"Biz istəyirik ki, sirk insanlarda sadəcə uşaqlıq xatirələri ilə bağlı bir anlayış kimi qalmasın" - Aygün Hacıyeva ilə MÜSAHİBƏ

"Ulduzlar meydanı" MMC-nin direktoru Aygün Hacıyeva -ın Circus Sea Breeze layihəsinin yaradılma məqsədi, müasir sirk sənətinin inkişaf perspektivləri, beynəlxalq təcrübənin Azərbaycana gətirilməsi, yerli kadrların yetişdirilməsi və layihənin ölkəmizin turizm potensialına verə biləcəyi töhfələ

2 noyabr
.

Noyabrda ardıcıl 4 gün iş olmayacaq

Azərbaycanda bu ay ardıcıl 4 gün iş olmayacaq. "Qafqazinfo" xəbər verir ki, ölkəmizdə noyabrın 8-i Zəfər Günü, noyabrın 9-u isə Dövlət Bayrağı Günü qeyd olunur. Bu il Zəfər Günü bazar gününə təsadüf etdiyindən istirahət günü noyabrın 10-na keçirilib. Beləliklə, noyabrın 7-dən 10-dək ardıcı

2 noyabr
.

"Kəmalə-Nərmin" restoranından şikayət (VİDEO)

Kimisi tüstüdən, kimisi qoxudan narahat olduğunu deyir. Görüntülər paytaxtın Binəqədi rayonu 7-ci mikrorayon ərazisindəndir…. Xəzər TV-yə göndərilən videogörüntülərdə vətəndaş iddia edir ki, "Kəmalə-Nərmin" restoranından (Narmin Palace) ətrafa yayılan tüstü nəinki mənzillərdə hiss olunur, hətt

2 noyabr
.

Sabah bu yolun bir hissəsi bağlanacaq

Hövsan-Türkan avtomobil yolunda bir müddətdir aparılan təmir işləri çərçivəsində noyabrın 3-də saat 07:00-dan 23:00-dək yolun kanal yaxınlığında yerləşən hissəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq. bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) istinadən xəbər verir

2 noyabr
.

Azərbaycanda korrupsiyaya qarşı əməliyyat: Saxlanılan var

Gəncədə Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsində korrupsiya əməliyyatı keçirildiyi bildirilir. "Bakupost"a istinadən xəbər verir ki, əməliyyat Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilib. Əməliyyat zamanı idarənin Rüfət adl

2 noyabr
.

Bayramda bölgələrə getmək istəyənlərə PİS XƏBƏR - 4 günlük tətil planı

Noyabr ayında Azərbaycanda bayram günləri ilə əlaqədar ardıcıl dörd gün qeyri-iş günü olacaq. 7 və 8 noyabr həftəsonuna, 9 noyabr Dövlət Bayrağı Gününə təsadüf edir, 10 noyabr isə bayram günlərinin həftəsonuna düşməsi ilə əlaqədar istirahət günü olacaq. Bu fürsət paytaxt Bakıda yaşayanların bir qismini

1 noyabr
.

Sərhədçilərə atəş açan şəxs zərərsizləşdirildi - Foto

DSX-nin Sərhəd Qoşunlarının "Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində dövlət sərhədinin mühafizəsini həyata keçirən sərhəd naryadı tərəfindən sərhəd pozucularının İrandan Azərbaycan istiqamətinə hərəkəti müşahidə edilib. "Qafqazinfo" Xidmətin Mətbuat Mərkəzinə istinadən xəbə

2 noyabr